XAÇ

is. Xristianlığın rəmzi sayılan və bir-birini perpendikulyar olaraq qət edən iki mildən ibarət sitayiş obyekti. Kilsələrin xaçları. Ağac xaç.
[Xanım] soyuq əlləri ilə boğazındakı xaçından bərk-bərk yapışdı, dua oxudu, Allahı çağırdı… Lakin ruhuna sükun gəlmədi. Çəmənzəminli.

□ (Boynundan) xaç asmaq, (boynuna) xaç salmaq – dönüb xristian olmaq, xristianlığı qəbul etmək.
[Müridlər:] Şeyximiz satdı dini, imanı; Öncə islama bir mürəvvic ikən; Xaç asıb çıxdı dinü məzhəbdən. H.Cavid.
Dinindən əl çəkib o Şeyx Sənan; Boynuna bir anda xaç salmadımı? B.Vahabzadə.

Xaç vurma (çəkmə) – xristianlarda: icra edilən dini ayin.
Bu zaman yanımdan ötən bir qarı; Üz tutub qəbrə baxır, xaç vurur. M.Rahim.
Bacıların hər ikisi ayağa durub xaç çəkdi. Mir Cəlal.

Xaç yürüşləri – bax səlib müharibələri (“səlib”də).
Xaç suya salma – İsanın dara çəkilməsi xatirəsinə olaraq xristianların yanvarın 6(19)-da xaçı suya salmaq şəklində icra etdikləri dini ayin (mərasim).
2. Xaç şəklində olan nişan, orden və s.
◊ Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyəti – müharibədən və təbii fəlakətdən zərər çəkmiş əhaliyə yardım göstərmək üçün təşkilat.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XAÇ XAÇ (xristianlarda sitayiş obyekti) Talış xan .. “Georgi” xaçını döşünə taxıb .. getdi (C.Məmmədquluzadə); SƏLİB Bir çoxlarının başlarındakı səlib qır
XACƏBAŞI
XAÇAÇURAN

Digər lüğətlərdə