XAİN

sif. [ ər. ]
1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük.
[Pəhləvanlar:] Dağ-daşından uçsun duman; Qara geysin xain insan! A.Şaiq.
Bayquş xaraba, gecəquşu qaranlıq sevən kimi, xain adamlar da xəlvəti xoşlarlar. M.İbrahimov.

// məc. Etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən.
// İs. mənasında. [Dəmirqaya:] Yəqin ki, aramızda olan xainlər [casusa] hər işimizi xəbər veriblər.
Həmin xainlər tapılıb, cəzasına çatmalıdırlar. H.Nəzərli.

□ Xain baxmaq1) pis (xain) gözlə, pis niyyətlə baxmaq, təmiz ürəklə baxmamaq.
[Güləndam:] Yoldaş Qaradağlı, oğlumun sevgilisinə xain baxan o evli kişini tapın və cəzalandırın. B.Bayramov;

2) bax xain çıxmaq.
Sancılsın tikanlar xain gözünə; Xain baxdın çün dostlara, danışma! Aşıq Hüseyn.

Xain çıxmaq – vətəninə, xalqına, dostuna, yaxınına xəyanət etmək, dönüklük göstərmək.
[İblis İbn Yəminə:] …Çəkəcəkdir başımız dürlü bəla; Çünki var başqa günahın da sənin; Orduya, dövlətə çıxdın xain. H.Cavid.
Xain çıxsa əgər bir qız, bir oğlan; Qurtarmaz ananın ahü-vayından. Şəhriyar.

2. məc. Gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. Çox xain adamdır.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XAİN 1. XAİN (vətəninə, xalqına xəyanət edən) [Maral:] Xainlər başqalarını xain adlandırmasınlar (S.Rəhman); İLAN (məc
  • XAİN satqın — dönük — namərd

Antonimlər (əks mənalı sözlər)

  • XAİN XAİN – SADİQ Bu xain yenə xəbərə getdi (A.Şaiq); Sadiq yoldaşdır, ona sirrini deyə bilərsən (“Ulduz”)
XAXAM
XAİNANƏ

Digər lüğətlərdə