ABIR

(Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər:

1. “Üzünün suyunu ətəyinə axıtmaq”. 

2. “Elə günə salmaq ki, tumanını qal­dı­rıb üzünü gizlətsin”. Deyimdəki bükmək sözü göstərir ki, 2-ci yozum daha doğ­ru­dur. Birinci doğru olsa idi, bükmək yox, tökmək sözü işlədilərdi. Bizdə ud sözü işlədilib. Ayıblı yerə “ud yeri” deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)  

ABI
ABİ-NEYSAN
OBASTAN VİKİ
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.

Значение слова в других словарях