AFİYYƏTDİN
AFTAB
OBASTAN VİKİ
Afrodita
Afrodita (yun. Ἀφροδίτη; ἀφρός — köpükdən yaranmış) — Yunan mifologiyasında eşq, gözəllik və əyləncə ilahəsi. Simvolları qu quşu, sərçə və göyərçindir. == Ümumi məlumat == Qədim yunan mifologiyasında məhəbbət və gözəllik ilahəsi. Afrodita həmçinin məhsuldarlıq, bərəkət, əbədi bahar və həyat ilahəsi hesab olunurdu. Bəzi rəvayətlərə görə, Afrodita Zevsin və Diananın qızıdır. Başqa rəvayətlərdə isə onun dəniz köpüyündən doğulduğu qeyd olunur. Afrodita nikahın hamisidir. Kiçik Asiya ilahəsi Kibelaya yaxın olan Afroditanın arxaik xüsusiyyətləri daha mülayimdir. Afrodita Finikiya ilahəsi Astarta, Babil ilahəsi İştar və Misir ilahəsi İsida ilə eyniləşdirilirdi.
Knidli Afrodita
Knidli Afrodita (yun. Κνίδια Αφροδίτη Πραξιτέλη) – Qədim Yunanıstan heykəltaraşı Afinalı Praksitelin (e.ə. IV əsr) ən məşhur əsərlərindən biridir. Açıq qasığını sağ əli ilə örtdüyünə görə əsər və onun kopyaları bəzən "Venera Paduika" (Təvazökar Venera) da adlandırılır. "Venera Paduika"nın ən məşhur variantları (əli ilə döşlərini örtmüş vəziyyətdə) Mediçi Venerası və Kapitoli Venerasıdır. == Orijinal heykəl == Heykəl, gözəlliyi ilə məşhurluq qazanmışdır. O, hər tərəfdən eyni dərəcədə gözəl görünməklə yanaşı, çılpaq qadın bədəninin həyati ölçüdə təsvir edildiyi ilk heykəldir. Əsər, məbəd üçün kult heykəli kimi sifariş edildiyinə görə, bu xüsusiyyətlər çox təəccübləndirici idi. Əsərdə təmizliyini (bakirəlik kimi başa düşülməməlidir) bərpa etmək üçün hamam ritualına hazırlaşan, bir əli ilə geyimini atan, digər əli ilə isə utancaqlıqla qasığını gizlədən ilahə Afrodita təsvir edilib. Onun hərəkət vəziyyətində təsvir edilmiş əlləri bir tərəfdən obrazın qadınlığını müdafiə etsə də, digər tərəfdən onun çılpaqlığına diqqət çəkir.
Miloslu Afrodita heykəli
Miloslu Venera heykəli (yun. Ἀφροδίτη τῆς Μήλου, Aphroditē tēs Mēlou) və ya "Miloslu Afrodita" (Milos adasından tapılmış Afrodita) heykəli – məşhur antik heykəl olub, e.ə. 130 – 100 illərə aid edilir. == Heykəlin aid olduğu dövr == Makedoniyalı İsgəndərin çoxsaylı istilaları yunan mədəniyyətinin Ellada xaricində yayılmasına imkan verirdi. Bu işğallardan sonra bir sıra xalqlar Yunanıstanın bilavasitə qonşusuna çevrildi. Yaranan qonşuluq həmin dövr yunan incəsənətinə reallıq gətirdi. Rəssamlar insan təbiətinin müxtəlif hədlərinin təsvirinə üstünlük verməyə başladılar. Hətta ilahə heykəlləri insan simalarına malik idilər. == Müəllif və quruluşu == Sevgi ilahəsi Afroditanın heykəli (təx. e.ə.
Afroditanın qolları (film, 1987)
Afroditanın qolları qısametrajlı bədii filmi rejissor Davud İmanov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Debüt" Studiyasında istehsal edilmişdir. Filmin qəhrəmanı (Rafiq Əliyev) heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür. Filmdə rolları Rafiq Əliyev, Olqa Zolotuxina, Muxtar Avşarov, Təvəkkül İsmayılov və Əliqulu Səmədov ifa edirlər. == Məzmun == Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltaraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.Heykəltəraş Cahid (Rafiq Əliyev) qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir, amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir.
а́ло амо́рфный антропоцентри́чный заде́лка конопи́нка отгрузи́ться отфы́ркивать подла́тываться распы́ливаться строфоками́л ана́лог безобразность в зави́симости от того, что голы́шка наплоди́ть натоскова́ться сыз... шпо́рный маг dinner pail tellur вздуматься доселе контрапунктический пир