Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası
Ümumdünya Turizm Agentlikləri Assosasiyaları Federasiyası — həqiqi üzvləri qismində milli turizm assosasiyası və təşkilatalrı, assosasiya edilmiş üzvlər kimi isə turizm agentləri, mehmanxana, nəqliyyat müəssisələri, tədris müəssisələrini birləşdirən beynəlxalq turizm təşkilatıdır.
Təşkilat 1966-cı ildə yaranmışdır.
Dünyanın 80 dövlətini təmsil edən 80 milli turizm təşkilatı və 1400 personalı özündə birləşdirir. Onlara Amerika Turagentlər Cəmiyyəti, Almaniya Səyahətlər Bürosu Assosasiyası, Britaniya Turagentlər Assosasiyası, Şimal ölkələri Turizm Büroları Assosasiyaları İttifaqı, "Tomas Kuk və oğlu" firması və s. aiddir.
Federasiyanın əsas məqsədləri arasında milli turagentlər assosasiyalarının yaradılması və möhkəmləndirilməsi, onlara hüquqi, maliyyə, peşə, maddi-texniki yardımların göstərilməsi, iqtisadi, hüquqi, sosial və iqtisadi sahələrdə beynəlxalq səviyyədə turizm agentliklərinin bütün kateqoriya peşələrinin nüfuzunun maksimal dərəcədə dəstəklənməsi vacib yerlərdən birini tutur.
Qurumun Katibliyi Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Onun rəsmi dilləri isə ingilis, fransız və ispan dilləridir. Rəhbər orqanları isə hər il çağrılan Baş Assambleya, Direktorlar Şurası və İcraiyyə Komitəsi sayılır.