Ambulans
Təcili tibbi yardım maşını və ya ambulans— xəstələri xəstəxanalara nəql edən tibbi cəhətdən təchiz olunmuş nəqliyyat vasitəsi. Bəzi hallarda xəstəyə xəstəxanadan kənar tibbi yardım göstərmək üçün istifadə olunur.
== Tarixi ==
Ambulans ilk dəfə təcili nəqliyyat vasitəsi kimi 1487-ci ildə İspaniyada istifadə olunmuşdur. XIX və XX əsrdə müasir variantları yaranmışdır.
== Nəqliyyat vasitələri ==
Ambulans kimi əsasən furqonlu maşınlardan istifadə olunsa da, motosiklet, velosiped, vertolyot, qayıq, avtobus, at qoşqusu formasında olan ambulans növləri də mövcuddur. Qayıq ambulanslar ada ərazilərində istifadə olunur.
== İstinadlar ==
== Xarici keçidlər ==
Vikianbarda Ambulans ilə əlaqəli mediafayllar var.