ANLAŞILMAQ
ANLAŞMAQ
OBASTAN VİKİ
Anlaşma memorandumu
Anlaşma memorandumu iki (ikitərəfli) və ya daha çox (çoxtərəfli) tərəflər arasında bağlanan müqavilə növüdür. O, nəzərdə tutulan ümumi fəaliyyət xəttini göstərməklə tərəflər arasında iradənin yaxınlaşmasını ifadə edir. Bu, çox vaxt ya tərəflərin hüquqi öhdəliyi nəzərdə tutmadığı hallarda, ya da tərəflərin qanuni qüvvəyə minən müqavilə yarada bilmədiyi hallarda istifadə olunur. Bu, centlmen sazişinə daha formal alternativdir. Sənədin icbari müqavilə olub-olmaması yalnız sənədin mətnində ("dörd künc" adlanan) dəqiq müəyyən edilmiş hüquqi elementlərin olub-olmamasından asılıdır. Tələb olunan elementlər təklif və qəbul, nəzərə alma və qanuni olaraq bağlı olmaq niyyətidir (animus contrahendi). ABŞ-də müqavilənin mallar (Vahid Ticarət Məcəlləsinə müvafiqdir) və ya xidmətlər (ştatın ümumi qanunlarına müvafiq) üçün olmasından asılı olaraq xüsusiyyətlər bir qədər fərqlənə bilər. Bir çox şirkətlər və dövlət orqanları departamentlər, agentliklər və ya yaxın şirkətlər arasında əlaqələri müəyyən etmək üçün anlaşma memorandumlarından istifadə edirlər.
Madrid anlaşması (1750)
Madrid anlaşması Beynəlxalq müqavilə olub İspaniya və Portuqaliya arasında 13 yanvar 1750-ci ildə Madriddə imzalanmışdır. Anlaşmada iki ölkə arasında Cənubi Amerikadakı torpaqlarında sərhədlərin müəyyənləşməsini nəzərdə tuturdu.Katolik kilsəsinin dəstəyi ilə imzalanmış Tordesilyas müqaviləsi koloniyada 46-cı horizontalın sərhəd olmasını nəzərdə tuturdu.Bu anlaşmaın şərlərini pozan Portuqaliya ərazini 46-cı horizantaldan qərbə doğru genişləndirildi.Madrid anlaşmasına əsasən hər iki ölkə Tordesil anlaşmasının şərtlərinin ləğv edilməsini qəbul edir.Portuqaliyanın ələ keçirdiyi torpaqlar onun mülkiyyəti elan edilir.Utrxt anlaşmasını 5-7 ci maddələri öz gücünü itirir.26-cı madfələrə bu şərtlər əlavə edilir: Sakremento koloniyası İspaniyaya verilir.Ru Qrandi du Sul vilayyəti Portuqaliyanın nəzarətində qalır.Portuqaliya Uruqvay çayına kiçik dar çıxış əldə edir. Portuqaliya İspaniyanın lehinə Yuxarı La Plata çayı hövzəsində Xapuri çayından qərbindəki torpaqlarını və Sakrementonu imtina etməli olur. İspaniya və Portuqaliya arasında müharibə baş verərsə bu torpaqlar neytral elan edilir.Koloniyada yaşayanlar bu müharibələrə cəlb edilə bilməz. Cənubi Amerikada olan limanlarına xoşlanmayan ölkələrin gəmilərinin və tacirləri buraxılmamalıdır. Bu müqavilənin şərtlərinə görə ardıq indiki Braziliyanın ərazisi formalaşır.Sərhədlərin müəyyənləşməsi üçün Quarani müharibəsinə adlanan Yuxarı Uruqvaya yeddi hərbi missiya təşkil edilir.Madrid anlaşması El Pardo anlaşmasına əsasən ləğv edilir.Bu ərəfədə Portuqaliya Yeddi İllik müharibəyə cəlb edilir.Sakremento yenidən işğal edilir və İspaniya bu torpağı Fonyeneblo və Paris anlaşmasında güzəştə getməli olur. Bununla belə La Plata vitse kralı Braziliyaya hücum edərək portuqaların ordusunu darmadağın edir.Hətta Braziliyanın itirilməsi təhlükəsi yarandığından San İldefonso anlaşmasını imzalamalı olur. Britaniya dan qələcək dəstək demək olar ki ABŞ İstiqlal müharibəsinə cəlb olması ilə mümkünsüzləsir.
Moskva anlaşması
Moskva müqaviləsi Bu anlaşma SSRİ və Almaniya Federativ Respublikası arasında 1970-ci ilin 12 avqustunda Moskvada imzalanmışdır.Müqavilə imzalama mərasimində SSRİnin nümayyəndəsi Nazirlər Sovetinin sədri A.N.Kosiqin və AFR-sını isə Federal kansler B.Brant təmsil edirdi. Bu anlaşmaya əsasən Oder-Neys və Polşa,AFR və ADR arasında sərhədlərini müəyyənləşdirilməsi nəzərdə tutulurdu.Üstəlik dövlət sərhədlərin qorunması və ərazi bütölüyünün tanınmasını hər iki ölkə öz üzərinə götürürdü .Tərəflər Avropada dövlətlərin sərhədlərini təstiqləyirdilər.AFR Şərqi Prusiyaya olan ərazi idiasında əl çəkir.(ikinçi dünya müharibəsində bu ərazilər SSRİ və Polşa arasında bölüşdürülür).SSRİ isə öz növbəsində gələcəkdə əlverişli zaman yetişərsə hər iki ölkənin (AFR VƏ ADR) bir dövlət halında birləşməsinə maniə olmayacağını üzərinə götürür. Bu anlaşma təkcə iki ölkə arasında nəzədə tutulan müqavilə deyildi.Bu müqavilə Avropa miqyaslı bir anlaşma olaraq SSRİnin təsir dairəsində olan ölkələrlə Avropa kapitalist ölkələri arasında sərhədi tam təstiqlədirdi.
Oslo anlaşması
Portuqal-Braziliya anlaşması
Portuqal-Braziliya anlaşması 29 dekabr 1825-ci ildə Rio de Janeyroda Böyük Britaniyanın vastəçiliyi ilə Portuqaliya Krallığı və özünü müstəqil elan etmiş Braziliya İmperiyası arasında imzalanmışdır.Braziliya İstiqlal müharibəsinin sonucunda Portuqaliya bu müqaviləni imzalayaraq Braziliyanın müstəqilliyini tanıyır. Müqaviləni Braziliya 30 avqustda Kral I Pedru tərəfindən təstiqləyir. Portuqaliya isə 15 noyabrda Kral VI Juan tərəfindən təstiqlənir. Bu müqavilənin qüvvəyə minməsi 15 noyabr 1825-ci ildə Lissabonda təstiqlənmiş sənədlərin dəyişdirilməsindən sonra baş tutur. Müqaviləyə görə Juan VI Portuqaliya və Alvarqe kralı olmaqla yanaşı, həm də Braziliya imperatoru tilulu daşıyırdı. Əslində isə ölkə tam olaraq Kral I Pedronun əlində çəmlənmişdi.1826-cı ildə Kral Juanın ölməsi ilə bu titulda Pedroya nəsib olur.
Qrinvill anlaşması
Qrinvill anlaşması ABŞ-la hindu qəbilələrinin birliyi Qərbi Hindu Konfederasiyası arasında bağlanmışdır. Müqavilə Şimal-Qərbi İndiana müharibəsindəki məğlubiyyətdən sora imzalanır. Bu anlaşma ABŞ-la hindu qəbilələrinin birliyi arasında 1795-ci ilin 2 avqustda , hinduların Qırılmış Ağaclar döyüşündəki məğlubiyyətindən sonra imzalanmışdır. ABŞ hökumətini Entoni Ueyn, hindu birliyini isə vayandatov, delavaros,şauni, ottava, odjibve, mayami, kikopu, kaskask və potavuomi qəbilə başçıları arasında imzalanmışdır. Anlaşmanın şərtinə görə indiki Ohayo ştatının ərazisini özünə birləşdirir və İndiana ştatının ərazisini nəzarətə alır. Müəyyən olunmuş sərhədə görə həmin ərazilərə kolonistlər yerləşdirilməli idi. Məşhur hindu sərkərdəsi Tekumse hansı ki, bu müqavilənin imzalanmasında iştirak etməmişdi. Bu anlaşmanı tanımadığını bildirir. Müqavilənin bəndi/Charles J. Kappler.(1904)."TREATY WIHT THE WYANOOT, ETC.1795". U. S. Government treaties with Native Americans Oklahoma State university Library.
San İldefonso anlaşması (1777)
San İldefonso anlaşması Bu anlaşmanı bəzən Birinci San İldefonso anlaşması da adlandırırlar. Anlaşma İspaniya və Portuqaliya arasında La Plata hövzəsində sərhədin müəyyən edilməsini nəzərdə tutulurdu. Anlaşma 1 oktyabr 1777-ci ildə San İldefonsoda imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən İspaniya Portuqaliyaya Cənubi Amerika ərazisində Braziliya koloniyasına müəyyən qədər ərazi verir. Bunun müqavilində Uruqvay üzərində nəzarəti əlinə alır. Fernando-Po və Afrikanın sahil ərazilərində Higer və Oqove çayları arasındakı torpaqlarda İspaniyaya verilir. Üstəlik Portuqaliya Şərq misiyası , Sakromento koloniyası ,Filippin və Marian adalarından əl çəkməli olur. Bu müqavilənin 20–21-ci maddələrinə əsasən əvvələr imzalanmış Tordesilyass və Saraqoss digər sülh anlaşmaları , həmçinin Utrext və Paris müqavilələri öz qüvvəsini itirmiş olur.6–15-ci maddələrinə əsasə isə Cənubi Amerikada sərhədlərin müəyyənləşməsi demək olar ki, Madrid anlaşması(1750)ndakı sərhəddən heç bir fərgi yox idi.18-ci maddədə sərhəd bölgəsində istehkamlar tikməyə icazə verilir. Bu anlaşma İspan və Portuqal müharibəsi(1776–1777)nə son qoysada , Braziliya və ispan koloniyaları arasında dəqiq sərhəd müəyyənləşmədi. Buda bir çox toqquşmalara gətirib cıxarırdı.

Digər lüğətlərdə