Kilim, gəbə və s. toxunanda hündür qalxan iplər əriş, eninə gedən isə arğac adlanır. Mənbələrdə arğa feili var və rus dilinə “ткать, плести поперек” kimi tərcümə olunub. Arğac sözü qədim mənbələrdə arqat, arqut, arquru formalarında qeydə alınıb. Deməli,“toxumaq” deməkdir.