arxiv sənədlərinin daimi mühafizəsi

Həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi

arxiv sənədi
arxiv sənədlərinin mülkiyyətçisi
OBASTAN VİKİ
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki "arkheon" sözündən törəyib, latın dilindəki "archivum" sözünə keçmişdir. Məna etibarilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Daimi
Sabit, Daimi və ya konstant (lat. constanta — daimi, dəyişməyən) — baxılan proses çərçivəsində öz parametrlərini və əhəmiyyətini dəyişməyən ölçü və ya istinad mərkəzi.
Arxiv proqramları
Arxiv proqramları (Arxivatorlar) — fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır: İstifadə olunan arxivatordan Sıxma üsulundan Faylın tipindən. İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla) Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə. Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv surəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır. Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP. Windows əməliyyat sistemlərində əsasən 7-Zip, WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.
Arxiv (film)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. == Süjet xətti == 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Daimi donuşluq
Daimi mühərrik
Daimi mühərrik (lat. Perpetuum Mobile) — Faydalı iş əmsalı 100%-dən artıq olan xəyali qurğu. Ayrı-ayrı alimlər müxtəlif üsullarla bu mexanizmi yaratmağa cəhd göstərsələr də, bunun mümkün olmadığını dərk etmişlər. Bu istiqamətdəki bütün təcrübələr göstərir ki, əbədi olaraq öz-özünü mütəmadi hərəkət və enerji ilə təmin edən mexanizm yaratmaq qeyri-realdır. İstənilən hərəkət sükuta məhkumdur. == Tarixi == Daimi mühərrik haqqında elmə məlum olan ilk fikirlər XII əsr hind şairi, riyaziyyatçısı və astronomu Bhaskaraya məxsusdur. Həmçinin, bu ideyaya bəzi orta əsr ərəb alimlərinin əlyazmalarında rast gəlinir. Leonardo da Vinçinin işləri arasında da daimi mühərrik çertyoju tapılmışdır. == Elmi əsasları == Daimi mühərrik yaratma sahəsində aparılmış çoxsaylı təcrübələrin nəticəsi olaraq fizikada termodinamikanın 1-ci və 2-ci qanunu formulə edilmişdir. Belə ki, 1-ci qanuna görə termodinamik sistem yalnız öz daxili enerjisi və ya kənardan aldığı enerji hesabına iş görə bilər.
Daimi ordu
Daimi ordu — bir dövlətin həm sülh, həm də müharibə vaxtı fəaliyyət göstərən daimi, əsasən peşəkar ordusu. Daimi hərbi işdə fəaliyyət göstərən əsgərlərdən (hərbi xidmətə çağırılanlar da buna aid ola bilərlər) ibarət olur. Bu, üzun müddət fəaliyyət göstərən əsgərlərdən ibarət olan və sadəcə müharibə və ya təbii fəlakət vaxtı fəallaşdırılan hərbi ehtiyatlardan və mülki əhalidən yaradılan və sadəcə müharibə və ya müharibə təhlükəsi vaxtı fəallaşan və müharibə və ya müharibə təhlükəsi bitən zaman ləğv edilən müvəqqəti ordulardan fərqlidir. Termin təxminən XLVIII əsrdə yaradılıb, ancaq onu izah edən fenomen daha köhnədir. == Tarix == İlk daimi ordu Assuriyada III Tiqlatpalasar (comment. h. hakimiyyət e.ə. 745–727) tərəfindən yaradılmışdır. Avropada yaradılan və bizə məlum olan ilk daimi ordular Qədim Yunanıstanda idi. Qədim Spartanın kişi vətəndaşları daimi ordu kimi fəaliyyət göstərirdi.
Daimi yaşayış
Teymur Daimi
Teymur Daimi (əsl adı: Teymur Rüstəm oğlu Tağıyev) — Azərbaycan rəssamı, kinorejissoru, ssenari müəllifi, fəlsəfə elmləri doktoru, mədəniyyət və incəsənət tənqidçi və nəzəriyyəçisi, publisist, müəllim. 1981-1985-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam edib və 1993-ci ildə orani bitiribdir. XX əsrin 80-ci illərinin axırında, respublikanin bədii həyatında fəal surətdə arenaya daxil olan, Azərbaycanın müasir rəssamlarının nəslindəndir. Helə bu müddət ərzində (1989-cu il) T. Daimi dostları ilə Azərbaycanda "Təstiq" adında birinci müstəqil bədii qrupu yaradır. Peşəkar fəaliyyətinin əvvəlindən bədii təcrübə ilə yanaşı nəzəri tədqiqatlarla məşqul olur. 1990-ci ildən rəssamın fəaliyəti fənlərarası xarakteri alır. 1996-ci ildə "Yolun tapılması" kitabını nəşr edir. Bu kitaba uç esse daxil olub - "Yolun tapılması", "Transfomasiya olmuş fəzanın manifesti və ya Tam Təsvirin portreti" və "Tutulmaz Birliyin görünüşü". 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edir. 2003-2005-ci illərdə ssenarist və rejissor qismində "Caspian Supplies" studiyası ilə əməkdaşlıq edib.
Daimi şou
Regular Show (azərb. Müntəzəm şou‎); 8-ci mövsüm Regular Show in Space (azərb. Müntəzəm şou kosmosda‎) olaraq tanınır — J. G. Quintel tərəfindən Cartoon Network üçün yaradılmış animasiya sitkom janrında Amerikan cizgi-serialı. 6 sentyabr 2010-cu ildə başladı və 16 yanvar 2017-ci ilə qədər 8 sezon və 261 bölümü yayımlandı. Serial 23 yaşlı 2 dostun həyat hekayəsindən bəhs edir. Onlar Mordekay (növcə mavi zığ-zığ), Riqbi (yenot) işlədikləri parkın ərazasini mühafizə etməklə məşğuldurlar. İkili işdən qaçmaq və əylənmək üçün hər yola əl atır və nəticədə hər dəfəsində məntiqsiz və fövqəltəbii vəziyyətlə qarşılaşırlar. Digər baş personajlara Skips (qar adam), Musqul adam, Çax beşlik kabus, Pops (lolipop) və parkın müdiri Benson (saqqız maşını) daxildir. Seriya Azərbaycan dilində yayımlanmamışdır. == Məzmun == Serialda parkda bağban işləyən iki dənə 23 yaşlı dost Mordekay və Riqbinin günlük həyatından bəhs edilir.
Daimi Nümayəndə
Daimi Nümayəndə — bir ölkənin beynəlxalq təşkilatdakı diplomatik nümayəndəliyinin rəhbəri olan diplomat. == Vəzifə və öhdəlikləri == Diplomatiyada "daimi nümayəndə" beynəlxalq təşkilatlarda bir dövlətin rəsmi nümayəndəsi kimi fəaliyyət göstərən diplomata deyilir. Daimi nümayəndə adətən həmin dövlətin səfiri statusuna malik olur və ölkəsini BMT, Avropa ittifaqı, NATO və digər beynəlxalq təşkilatlarda təmsil edir. Onlar ölkələrinin maraqlarını qorumaq, razılaşmaları müzakirə etmək və qərarların qəbul edilməsində iştirak etmək üçün təyin olunurlar. Daimi nümayəndələr, adətən, dövlətlərinin paytaxtında yerləşən Xarici İşlər Nazirliyinə hesabat verirlər və onların fəaliyyət sahəsi təyin olunduqları beynəlxalq təşkilatın qərargahına uyğun olaraq müəyyən olunur. Məsələn, BMT-də bir ölkənin daimi nümayəndəsi Nyu-Yorkda yerləşir. Daimi nümayəndəliyin diplomatik toxunulmazlıq hüququ vardır. Onlar, beynəlxalq hüquqa əsasən, təmsil etdikləri ölkənin toxunulmazlığına malikdirlər. Bu toxunulmazlıq onların öz işlərini maneəsiz icra etmələrini təmin edir. Daimi nümayəndələr vergi, gömrük və digər dövlət rüsumlarından azad olurlar.
Bitki Mühafizəsi
Bitki mühafizəsi — Bitki mühafizəsi bitkilərin və onların məhsullarının ziyanverici, xəstəlik və alaq otlarından qorunması məqsədilə elmi cəhətdən əsaslandırılmış kompleks tədbirlərin həyata keçirilməsidir. Bitki mühafizəsi aşağıdakılarla təmin edilir: bitkilərin ziyanverici, xəstəlik və alaq otlarının kütləvi çoxalmasının və yayılmasının qarşısının alınmasına, məhsul itkisinə yol verilməməsinə, ekoloji təmiz bitkiçilik məhsullarının əldə edilməsinə, ətraf mühitin, əhalinin sağlamlığının, xeyirli fauna və floranın pestisidlərin zərərli təsirindən qorunmasına yönəldilmiş bitki mühafizəsi üzrə tədbirlər sisteminin həyata keçirilməsi, karantin və digər xüsusi təhlükəli ziyanverici obyektlərin təsdiq edilməsi və ləğvi üzrə məqsədli dövlət proqramlarının yerinə yetirilməsi; bitki mühafizəsi sahəsində mütəxəssislərin hazırlanması və elmi tədqiqatların təşkil, bitki mühafizə vasitələrinin istehsal və onların istifadəsinə nəzarətin təmin edilməsi üzrə Azərbaycan Respublikasının vahid dövlət siyasətinin formalaşdırılması; bitki mühafizəsi haqqında qanunvericiliyə dövlət orqanları, bələdiyyələr və ictimai təşkilatlar, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələr, icarələr, təşkilatlar, digər təsərrüfat subyektləri, torpaqdan istifadə edən vətəndaşlar, habelə vəzifəli şəxslər tərəfindən riayət edilməsi. Aqrotexniki üsulla Bitki mühafizəsi zamanı kənd təsərrüfatı bitkilərinin böyümə və inkişafı üçün əlverişli şərait yaradılır, xəstəlik törədicilərinin və zərərvericilərinin inkişafının qarşısı alınır. Bu tədbirlərə düzgün növbəli əkin, alaq otlarının məhv edilməsi, bitki əkilən torpağın keyfiyyətlə becərilməsi, mineral və üzvi gübrələrin normada tətbiqi, bitki qalıqlarının məhv edilməsi, xəstəlik və zərərvericilərə qarşı davamlı sortlardan, sağlam əkin materialından və sair istifadə edilməsi aiddir. Son vaxtlar zərərvericilərə qarşı mübarizədə kompleks üsullardan, o cümlədən faydalı entomofaqları qorumaqla, onların təbii ehtiyatını artırmaqla və biol. mübarizəyə geniş yer verilməklə, kimyəvi mübarizənin minimuma endirilməsi qarşıya məqsəd qoyulmuşdur. == Ədəbiyyat == Məmmədova S. R.; Xəlilov B. B. Kənd təsərrüfatı entomologiyası 1986., Cəfərov İ. H. Kənd təsərrüfatı fitopatologiyası. B.2001.
Təbiətin mühafizəsi
Təbiətin mühafizəsi – Ətraf təbii mühitin mühafizəsi-təbii ehtiyatlardan istifadə, onların saxlanmasını və səmərəli istehsalını təmin etmək üçün dövlət və hüququ tədbirlər sistemi. Azərbaycan Respublikasında təbiətin mühafizəsi müvafiq dövlət orqanları, qoruqları, meşəçilik idarələri, ovçuluq təsərrüfatları və b. müəssisələr tərəfindən həyata keçirilir. Təbiətin mühafizəsi torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları və zəhərləyici kimyəvi maddələrlə çirklənməsi, meşə və otlaqların mühafizəsi, nadir tapılan və nəsli kəsilməkdə olan faydalı bitki və heyvanların mühafizəsi, təbii sərvətlərdən düzgün istifadə edilməsi, təbii abidələrin qeydiyyatı, mühafizəsi və bərpası, balneoloji və iqlim ehtiyatlarından maksimum istifadə olunması, termal və mineral mənbələrin mühafizəsi, həmçinin təbiətin mühafizəsi ideyası və qorunmasına yönəldilmiş tədbirlərin təbliği və s. ilə məşğul olur. Eyni zamanda geniş miqyasda tarlaqoruyucu və digər melorativ meşə zolaqları salınır, torpağın münbitliyinin artırılması, meliorasiya üzrə tədbirlər görülür, su və külək eroziyasına qarşı mübarizə aparılır. Su ehtiyatlarının mühafizə edilməsi üçün işlər görülür. Dəniz və başqa su hövzələrinə tökülən axar suların zərərsizləşdirilməsi üçün xüsusi təmizləyici qurğular quraşdırılır. Təbiətin mühafizəsi eyni zamanda təbii ehtiyatların saxlanması və bərpasının ümumi prinsipləri və metodlarının işlənilməsinə aid elmi fəndir. Bu fənnin bölmələri torpağın, suyun, atmosferin, bitki və heyvanat aləminin, təbii komplekslərin (landşaftın) qorunması və s.-dən ibarətdir.
Qadisiyyə mühafizəsi
Qadisiyyə mühafəzəsi İraqın 18 mühafəzəsindən biri. Qadisiyyə mühafəzəsinin ərazisi 8.153 km² , 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 751.331 nəfər, inzibati mərkəzi Divaniyyə şəhəridir.
Sahil mühafizəsi
Sahil mühafizəsi ölkələrin dənizlərdən olan təhlükəsizliyini (hüquq-mühafizə orqanı) təmin edən təşkilatdır. Sahil mühafizəsi xidmətlərinin tərifi və əhatə dairəsi və onları həyata keçirən orqanın strukturu ölkələrin müvafiq qanunvericiliklərindən asılı olaraq ölkələr arasında çox böyük fərqliliklər göstərə bilir. Sahil mühafizəsini icra edən orqanların vəzifələri sırasına dəniz qanunvericiliyinin tətbiqi, milli dəniz sərhədlərinin mühafizə edilməsi, patrul xidmətləri, dəniz və ya sahildə həyata keçirilən narkotik qaçaqmalçılığı, silah qaçaqmalçılığı, insan qaçaqmalçılığı və digər qeyri-qanuni kommersiya fəaliyyətləri ilə mübarizə aparmaq, dənizin çirklənməsi ilə mübarizə aparmaq, dəniz gəmiləri və dənizdə olan şəxslərin mühafizəsi və xilas edilməsi ilə bərabər milli və beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş digər fəaliyyətlərin həyata keçirilməsi daxildir. Xüsusilə də müharibə dövründə bu vəzifələr limanların təhlükəsizliyinin təmin edilməsi və dəniz kəşfiyyatını əhatə edəcək şəkildə genişləndirilə bilər. Azərbaycan Respublikasında sahil mühafizə xidmətini Dövlət Sərhəd Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi təşkil edir.
Sərhəd mühafizəsi
Sərhəd mühafizəsi ölkənin milli sərhədlərinin mühafizəsi və sərhəd nəzarətini həyata keçirmək tapşırıqlarını icra edən milli təhlükəsizlik təşkilatıdır. Bəzi milli sərhəd təhlükəsizliyi təşkilatları həmçinin də sahil mühafizəsi və axtarış-xilasetmə vəzifələrini yerinə yetirirlər. Bir çox ölkələrdə bu ayrıca bir orqandır, bəzi ölkələrdə isə bu orqan polis idarələrinin bir hissəsi kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında sərhəd mühafizə xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti təşkil edir.
Brendin mühafizəsi
Brendin mühafizəsi (ing. Brand protection) — şirkətin və ya fərdin brendini rəqabətdən və qanunsuz istifadədən qorumaq üçün tətbiq olunan tədbirlər və strategiyalar toplusudur. Brend, bir şirkətin məhsul və ya xidmətlərini rəqiblərindən fərqləndirən əmtəə nişanı, loqo, şüar, dizayn, rəng palitrası və ümumi vizual identifikasiyanı əhatə edir. Brendin mühafizəsi, istehlakçıların yanlış yönləndirilməsinin qarşısını almaq, brendin dəyərini qorumaq və onun saxtalaşdırılması və ya təqlid edilməsinə mane olmaq məqsədi daşıyır. == Əhəmiyyəti == Brend bir şirkət üçün əhəmiyyətli aktiv hesab olunur. Güclü bir brend şirkətin bazardakı mövqeyini qorumaqla yanaşı, onun müştəri bazasını genişləndirir və dəyərini artırır. Buna görə də, brendin mühafizəsi şirkətlərin uzunmüddətli uğuru və rəqabət qabiliyyəti üçün vacibdir. Brendin mühafizəsi aşağıdakı məsələləri əhatə edir: Saxtalaşdırmanın qarşısını almaq — saxta məhsulların istehsalı və satışı brendin dəyərinə ciddi ziyan vura bilər. Brendin mühafizəsi bu cür qanunsuz fəaliyyətləri aşkar etmək və onlara qarşı hüquqi tədbirlər görmək məqsədi daşıyır. Reputasiyanın qorunması — şirkətin brendi onun bazardakı nüfuzunu əks etdirir.
ABŞ diplomatik sənədlərinin açıqlanması
ABŞ diplomatik sənədlərinin açıqlanması 2010 il noyabrın 28-də baş vermişdir. "Wikileaks.org" saytının ABŞ Dövlət Departamentinin məxfi sənədlərini kütləvi dərc etməsi. Birləşmiş Ştatların xarici ölkələrdəki səfirliklərinin məktub, teleqram və yazışmalarını açıqlayan sayt artıq 251288 sənədi dərc etmişdir. Onların 15500-dən artığı ABŞ-nin dünya ölkələrindəki 274 səfirlik və diplomatik nümayəndəliklərinin Vaşinqtona yolladığı məlumatlarda Vaşinqtondan aldığı xəbərlərdir.
Arxiv (film, 2020)
Azərbaycanın daimi nümayəndəlikləri
== Avropa ==
Daimi yaddaş qurğusu
Daimi yaddaş (ROM) - enerjidən asılı olmayan yaddaş. Daxili və ya əsas yaddaşın bir hissəsidir. Daimi yaddaşın tutumu əməli yaddaşa nisbətən az olur və istifadəçilər oraya informasiya yaza bilmir. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Orada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır (məsələn, əməliyyat sisteminin bəzi proqramları, kompüterin düzgün işləməsini yoxlayan proqramlar və s.). Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanılır. == Əmrlər == ROM – daimi yaddaşda yerləşir. ROM çipləri xüsusi əmrlər saxlayır, bu əmrlər birlikdə yerinə yetirilir. ROM-un daxilində olan əmrlər bunlardır: POST (ingiliscə: Power On Self Test) – kompüter qoşulduqda qurğuların elektrik enerjisinə qoşulmasını yoxlayır; CMOS (ingiliscə: Complementary metal-oxide semiconductor) – Fərdi kompüterlərə xidmət göstərən proqramların işləməsi üçün cari tarix, saat, kompüterin konfiqurasiyası haqqında müəyyən informasiya lazım olur. Bütün bu verilənlər CMOS-da saxlanılır.
Daimi şah (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Qalın Lori mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Qalın lorilərin mühafizəsi
Astagəl lori - Nycticebus cinsinin yaşburun primatları — 2007-ci ildə Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən müdafiəsiz və ya nəsli tükənməkdə olan cins kimi qəbul edilmişdir. Onlar bir çox ölkənin qanunları və beynəlxalq müqavilələrlə qorunur, lakin bu qanunların gerçək icrası hər yerdə təmin edilmir və bu cür növlər tükənmək təhlükəsi altında qalır. Astagəl Lori-Cənubi və Cənub-Şərqi Asiyanın tropik meşələrində yaşayır. Onların mövcudluğuna dair əsas təhlükələr-meşələrin selektiv kəsilməsinin nəticəsində yaşayış yerlərinin məhv edilməsi və parçalanması, kəndtəsərüfatının qırılıb yandırılması, qida məqsədi ilə qanunsuz ovlanmaları, xalq təbabətində və rituallarda istifadəsi və qanunsuz satışıdır. Bu primatlara qulluq edilməsinin çətin olmasına, onların dişləməsinin zəhərli, yuxu tsiklinin və yuxusuzluğunun insanla müqayisədə fərqli olmasına baxmayaraq astagəl lorilər YouTube-da məşhur videoçarxların və Onlardan ekzotik ev heyvanları həvəskarları arasında aparılan sorğuların qəhrəmanı oldular. Bu cinsə artan tələbat onların qanunsuz ovlanmasına, bu sahədə qaçaqmalçılığa və qanunsuz ticarətin genişlənməsinə səbəb olmuşdur: artıq beynəlxalq hava limanlarında yüzlərlə heyvan müsadirə olunub, lakin bu qaçaqmalçılığın yalnız kiçik bir hissəsi ola bilər, çünki asatagəl lorilərin çox da böyük olmayan ölçüsünə görə onları asanlıqla gizlətmək və daşımaq mümkündür. Astagəl lorilərdə qəfəs mühitində çoxalma pis gedir, lakin kiçik lori balasının qəfəslərdə, o cümlədən də San-Dieqo zooparkında doğum halları da məlumdur. Halbuki, zooparkda saxlanılan astagəl lorilərin əksəriyyəti, artıq çoxalmaq üçün çox qocadılar. Qeyri-peşəkarların qəfəsdə saxladığı astagəl lorilər çox vaxt düzgün olmayan qidalanma, qənaətbəxş olmayan qayğı, stress və yoluxucu xəstəliklər nəticəsində tez-tez ölümlə üzləşir. Bir çox hallarda astagəl lorilərlə ticarət edənlər onları az yaşlı uşaqlar üçün təhlükəsiz etməkdən ötrü dişlərini çıxardırlar.
Sahil Mühafizəsi Dəstəsi
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi ― Azərbaycan Dövlət Sərhəd Xidmətinin Xəzər hövzəsi sularında DSX funksiyalarını yerinə yetirən bölməsi. Azərbaycan Respublikası Sahil Mühafizəsi 2005-ci ildə yaradılmışdır. Azərbaycan Sahil Mühafizəsinin missiyası dövlət sərhədini və ətraf mühiti qorumaqla yanaşı, ölkənin Xəzər dənizindəki iqtisadi maraqlarını təmin etməkdir. Azərbaycan Sahil Mühafizəsi dəniz qanunlarının icrası, dənizçilərə yardım, axtarış və xilasetmə işlərində iştirak edir.