ATMAK
AVANTAJ
OBASTAN VİKİ
AV
Astronomik vahid (AU və ya UA) — uzunluq ölçüsü. Yer kürəsi ilə Günəş mərkəzi arasındakı orta məsafə vahid olaraq seçilərsə, bu uzaqlığa astronomik vahidi (AV) deyilir. 1 Astronomik Vahidi (AV) = 149 597 870 km İşıq ili (İİ) = 63240 AV = 9.5x10 ^ 15 m Parsek (PC) = 206265 AV = 3.1x10 ^ 16 m = 3.26 İİ Astronomiyada digər qəbul olunan uzunluq ölçüləri Parsek və İşıq ili ilə bərabər Astronomik vahidindən də istifadə olunur.
Dürtüli (Avurğazı)
Dürtüli (başq. Дүртөйлө, rus. Дюртюли) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Yeni Kəlsir kənd şurasının tərkibindədir. 10 sentyabr 2007-ci ilə qədər Starotrumbet adlanırdı. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 11 km, kənd sovetliyindən (Yeni Kəlsir): 7 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 41 km.
E-119 nömrəli avtomobil yolu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
E119 Avropa marşrutu
Azərbaycan Respublikası ərazisində "E" Beynəlxalq yollar şəbəkəsinə daxil olan "E-97" nömrəli Xerson-Poti-Bakı-Trabzon ("Tarixi İpək yolu" marşrutu ilə) və "E-119" nömrəli Moskva-Mahaçqala-Bakı-Astara avtomobil yolu (Rusiya Federasiyasının sərhədi) keçir. E-119 avtomagistral yolu Azərbaycan-İran sərhəddindəki Astara rayonundan Rusiyanın Moskva şəhərinə qədər uzanır. Uzunluğu 2630 km-dir. Avtomobil yolunun keçdiyi məntəqələr: Astara - Ələt - Bakı - Quba - Maxaçqala - Volqoqrad - Povorino - Tambov - Moskva. E-119 nömrəli avtomobil yolu Azərbaycan daxilində 2 marşrutdan ibarətdir. Bu Bakıdan şimal sərhəddinə qədər olan M2, Bakıdan Astaraya qədər olan M3 nömrəli avtomobil yolllarıdır.
E60 Avropa marşrutu
E60 Avropa marşrutu — Fransanın qərbi Brest şəhərindən Qırğızıstanın şərqi İrkeştam şəhərinə qədər uzanan Avropa marşrutu.
E982 Avropa marşrutu
Avropa E-yolu E982 — Türkiyənin cənub sahilindəki Mersin və Tarsus şəhərlərini bir-birinə bağlayan bir Avropa B sinfi yoldur. Ankaradan təxminən 380 kilometr cənubdadır. Mersinin cənub-qərbindəki D400 qovşağından E90 və O21 qovşağına qədər uzanır. Uzunluğu 68 kilometrdir və tamamilə avtomagistral yoldan ibarətdir.
E99 Avropa marşrutu
E99 Avropa marşrutu və ya E99 — Azərbaycanın Sədərək rayonu Dəmirçi kəndindən Türkiyənin Şanlıurfa ili Akçakale kəndinə qədər olan Avropa marşrutu. Yolun uzunluğu 856 km.
Elektrik avtomobili
Elektrik avtomobili — elektrik enerjisi ilə işləyən bir və ya bir neçə mühərrikdən ibarət avtomobil. İlk praktiki elektrik avtomobili 1880-ci illərdə istehsal edilmişdir. Elektrik avtomobilləri 19-cu əsrin axırları və 20-ci əsrin əvvəlləri populyar olsa da, daxili yanma mühərriklərinin inkişafı və kütləvi ucuz benzin istehsalı elektrik avtomobillərinin istifadəsinin azalmasına səbəb olmuşdur. 2008-ci ildən etibarən batareyaların inkişafı, neft qiymətlərinin daha da bahalaşma qayğıları və havaya buraxılan zəhərli qazların azaldılması istəyi elektrik avtomobillərinin istehsalında yeni bir dalğa yaratmışdır. Çoxlu ölkə və yerli hökumətlər elektrik maşınlarının kütləviləşməsi üçün güzəştli kreditlər, vergi güzəştləri və s tətbiq etməyə başlamışdır. Daxili yanma mühərrikləri ilə işləyən avtomobillərlə müqayisədə elektrik avtobilləri daha az səs çıxarır. Çox ölkədə neft idxal edildiyi üçün elektrik avtomobilləri neft idxalının azaldılmasına gətirib çıxaracaq. Elektrik avtomobillərinin əsas problemlərindən biri yenidən elektrik qidalanmasının çox uzun müddət çəkməsidir. batareyaların baha olması, elektrik avtomobillərinin digər avtomobillərdən baha olmasına gətirib çıxarır, amma hal-hazırda batareya qiymətlərində eniş müşahidə olunur. Bundan başqa sürücülər növbəti mənzilə çatana qədər batareyanın tamami ilə bitməsindən qorxurlar.
Elektron aviabilet
Elektron aviabilet — İnternetdən axtarış edilib alınan aviabiletlər elektron aviabilet və ya digər adı ilə e-ticket adlanır. Elektron aviabilet, hava nəqliyyatında sərnişin və ya yük daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz, özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yük daşıma şərtləri və s. məlumatları tam ehtiva edir. Bundan başqa bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqvimə əlavə edir və uçuşa bir neçə müddət qalmış alıcını xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.
Eliezer Avtabi
Eliezer Avtabi(İvritcə: אליעזר אבטבי‎, 1938 təvəllüdlü) 1974 və 1984 arasında Milli Dini Partiyasının Knessetdə üzvü kimi xidmət edən keçmiş İsrailli siyasətçi.
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) — == Haqqında == 1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur. === Rəhbərləri === İnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir. 2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev rəhbərlik edir. İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:. Aviasiya Elektronikası Şöbəsi Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi Аviasiya Mikroelektron Vericiləri Şöbəsi Texnoloji Şöbə Aerokosmik İnformatika Şöbəsi == Aviasiya Elektronikası Şöbəsi == Aviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir.
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Erigeron aviatorum
Erigeron aviatorum (lat. Erigeron aviatorum) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Ermənistan 2010 Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya 2010 müsabiqəsində Ermənistan təmsilçisi Eva Rivas olacaq. == Milli final == 13 dekabrda ARMTV 2010-cu ildə Avroviziya iştirakını rəsmən təsdiq etdi. 18 dekabrda yarış üçün ölkənin seçməsində birinci təsnifat elan edildi. Milli final 2010-cu ilin fevral ayında keçiriləcək. Ermənistanı təmsil etmək üçün on mahnı rəqabət aparacaq. Mahnılar 1 fevrala qədər ARMTV-ə təqdim edilə bilər. On mahnı seçiləcək və 10 fevralda göstəriləcək. Erməni bəstəkarlara və yazıçılara iştirak etmək üçün imkan verilirlər. Televiziya ilə yayılınan milli finalın qalibi 50% jüri və 50% tele səsvermənin nəticələindən sonra müəyyən olunacaq.
Ermənistan 2015 Avropa Oyunlarında
Ermənistan — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Ermənistan 2015 Avropa Oyunlarında 25 idmançı ilə qatıldı. Ermənistan 2015 Avropa Oyunlarında 1 gümüş medal qazandı və medal sıralamasında 38-ci yeri tutdu. == Medalçılar == == Ümumi məlumat == Ermənistan 2015 Avropa Oyunlarında 25 idmançı ilə 6 idman növündə qatıldı. Ermənistan bayrağını 2015 Avropa Oyunlarının açılış mərasimində Bakı Olimpiya Stadionuna Ermənistan Milli Olimpiya Komitəsinin nümayəndəsi Qraçya Rostomyan gətirdi.
Ermənistan Avroviziya Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Mahnı Müsabiqəsinə 2006-cı ildə qoşulmuş və ümumilikdə isə 13 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədəki 13 iştirakından 7-də ilk onluqda yer almışdır. İndiyədək müsabiqədə heç vaxt qalib gəlməmişdir. Ən yaxşı nəticələrini 2008-ci ildə Siruşonun ifa etdiyi "Qele Qele" mahnısı ilə və 2014-cü ildə Aram Mp3-nin ifa etdiyi "Not Alone" mahnısı ilə qazanmış və dördüncülük əldə etmişdirlər. Ən pis nəticəni isə 2019-ci ildə yarımfinalda 16-ci olaraq göstərmişdirlər. Ermənistan 2012-ci ildə Bakıda keçirilən müsabiqəyə qatılmamışdır.
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2007-ci ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə qalibiyyət əldə edib. Ermənistan uşaq Avroviziyasında ilk qələbəsini 2010-cu ildə Vladimir Arzumanyanın ifa etdiyi "Mama" adlı mahnı ilə qazanıb.
Ermənistanın avtomobil yolları
Ermənistanın avtomobil yolları — respublikanın nəqliyyat sisteminin mühüm tərkib hissəsidir. İnkişaf etməmiş dəmir yolu şəbəkəsi ilə Ermənistanın yolları ölkənin sosial-iqtisadi inkişafında həlledici əhəmiyyətə malikdir. Ermənistanın avtomobil yollarının beynəlxalq daşımalarda da rolu əvəzsizdir. Ermənistanda formalaşmış ümumi istifadədə olan avtomobil yolları şəbəkəsi 7637 km-dir ki, bunun da 96,7%-i bərk örtüklüdür. Respublika ərazisinin hər 1000 km²-ə 258 km yol düşür. == Şosselər == Müasir mənasında anladığımız ilk yollar Ermənistanda 19-cu əsrdə yaranıb. Ermənistanın paytaxtı İrəvandan dörd çoxzolaqlı “avtomagistral” yol ayrılır - Ararat, Əştərək, Armavir və Göycə. İrəvan-Ararat hissəsindəki Meqri şossesi ikixətlidir: cənubda şəhərlərdən yan keçərək sürətli “avtomobil” var, şimaldan isə ona paralel köhnə marşrut. Ermənistanda qış üçün bağlı keçidlər yoxdur. Ermənistanın ən çox trafikə malik əsas şosselər bunlardır: М1: İrəvan - Əştərək - Gümrü - Bavra (Gürcüstanla sərhəddə yol keçid məntəqəsi).
FIBA Avropa
FIBA Avropa, FIBA üzvü 51 Avropa basketbol federasiyasının meydana gətirdiyi bir konfederasiyadır.
Finlandiya 2009 Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya 2009 Avroviziya Mahnı Müsabiqəsində — Finlandiyani 2009 Avroviziya Mahnı Müsabiqəsində Waldo's Peoplein ifa edəcəyi Lose Control mahnısı təmsil etmişdir.
Finlandiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək. == Seçim == Finlandiya Avroviziya 2012 üçün seçimi yenilənmiş formatda keçiriləcək. Seçim fevral ayına planlaşdırılır və adı hələ müəyyən edilməyib. YLE bildirib ki, bu Finlandiyanın ən mötəbər musiqili şou olacaq. YLE mahnıların demo versiyalarını avqustun 15-dən sonra qəbul edəcək və bu proses sentyabrın sonuna qədər davam edəcək. Yeni şou yanvar ayında işıq üzü görəcək. Şou zamanı münsiflərin seçimi, auditoriyanın fikiri və fan-klubların çıxışları nəzərdə tutulur. Bütün bunlar fevral ayında Helsinki şəhərində keçiriləcək möhtəşəm final ilə bitəcək və Finlandiyanın Avroviziya 2012 mahnı müsabiqəsində təmsilçisinin adı bəlli olacaq.
Finlandiya 2015 Avropa Oyunlarında
Finlandiya — 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 2015 Avropa Oyunlarındaki iştirakı. Finlandiya 2015 Avropa Oyunlarında 6 idmançı ilə 1 idman növündə təmsil olundu. Finlandiya 2015 Avropa Oyunlarında 1 bürünc medal qazanaraq ümumilikdə 1 medal ilə medal sıralamasında 40-cı yeri tutdu.
Finlandiya 2019 Avropa Oyunlarında
Finlandiya Avroviziya Mahnı Müsabiqəsində
Finlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1961-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Finlandiya bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 1995, 1997, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak edə bilməmişdir. Ölkə ilk dəfə Avroviziyada 2006-cı ildə Lordi qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" mahnısı ilə birincilik qazanmışdır. Finlandiya eyni zamanda Avroviziyada üç dəfə 0 xalla və ümumilikdə isə on dəfə sonuncu yeri tutmuşdur. 1 dəqiqə və 25 saniyədən ibarət olan Avroviziya tarixinin ən qısa mahnısı məhz Finlandiyaya (2015) məxsusdur. == Təmsilçilər == QEYD: a. ↑ 2009-cu ildə yarımfinalda 12-ci yeri tutmasına baxmayaraq Finlandiya münsiflər heyətinin dəstəyi ilə finala vəsiqə qazana bilmişdir. == Ev sahibliyi == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Formula 1 avtomobili
Formula 1 avtomobili — Bu avtomobillər tək oturacaqlı, açıq sükanlı, arxa və öndə iki qanada sahib yüksək sürətli yarış avtomobilləridir. Təyin olunmuş nizamnamələrə əsasən komandalar tərəfindən hazırlanan güclü mühərriklərlə təchiz edilmişdir. === Formula 1 avtomobili === Avtomobilləri idarə edən tənzimləmələr çempionata xasdır və istehsalın kənardan təmin edilə bilməsinə baxmayaraq avtomobillər yarış komandalarının özləri tərəfindən hazırlanmalıdır. Formula 1 avtomobilləri böyük miqdarda aerodinamik asfaltayatma qüvvəsi yaratma vasitəsilə çox yüksək manevr etmə sürətinə sahib olaraq dünya yarış treklərində ən sürətli avtomobillərdir. Əylənmə qüvvəsinin və ümumi dönmə sürətinin nəticəsi olaraq, Formula 1 sürücüləri tez-tez 5g-dən çox g yüklənmələrinə məruz qalırlar, bu yüklənmələr pik dönmə şiddətlərində 7g-yə qədərdir. == Klassik dizayn == İcazə verilən minimum çəki 740 kq(1631 lb)-dır, bu çəkiyə yanacaq xaric olmaqla sürücü daxildir. Avtomobillər quru hava təkərləri quraşdırılmış şəkildə ölçülür.
McDonnell Douglas AV-8B Harrier II
AV-8B Harrier II sözün əsl mənasında bütün V/STOL təyyarələri içərisində ən məşhur olan hərbi təyyarədir Onun bir ədəd Rolls Royce Pegasus II mühərriki vardır. Mühərrik təyyarənin tam mərkəzində yerləşir və təyyarənin hər iki tərəfində görünən hava girişləri təyyarənin mərkəzində yerləşən Rolls Royce Pegasus II mühərrikini hava ilə təmin edir. İlk Harrier II uçuşunun 1981-ci ilin payızında baş verdiyini nəzərə alaraq, orijinal Hawker P.1127-nin ilk uçuşunun üstündən çoxlu illərin keçdiyini görmək mümkündür. P.1127 1957-ci il dizaynlı olub, bir fransız mühərrik konsepsiyasının əsasında hazırlanmış və təkmilləşdirilmişdir. Layihənin maliyyələşdirilməsi Britaniyanın Bristol Engine Co. şirkəti və ABŞ Hökuməti tərəfindən “Müştərək Silahların İnkişafı Proqramı” (MWDP) çərçivəsində həyata keçirilmişdir. Mühərrikin konfiqurasiyası müəyyən edildikdən və mühərrikin inkişafı üçün tədqiqat işləri qaydasına salındıqdan sonra Hawket Aircraft Ltd. mühəndisləri diqqətlərini bu mühərrikdən istifadə edəcək V/STOL təyyarəsini yaratmağa yönəltmişdirlər. Onlar hökumətin və ordunun dəstəyi olmadan tək mühərrikli hücum-kəşfiyyat təyyarəsi istehsal etməyi bacarmışdırlar. Mühərrikin fırlanan eqzoslarından başqa, reaksiya idarəetmə sistemi də V/STOL qabiliyyəti üçün tələb olunan yeganə komplikasiya olmuşdur.

Digər lüğətlərdə