AYNAZ

naz eləyən Ay, Ay kimi nazlı qız.
AYNANİSƏ
AYNİFƏR
OBASTAN VİKİ
Aynazur
Aynazur — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşir. Toponim türk dilində «cin, şeytan» mənasında işlənən ayna sözü ilə, türk dilində «yarğan» mənasında işlənən car sözünün əsasında əmələ gələn zur sözünün birləşməsindən əmələ gəlmişdir. Ehtimal ki, həmin dərə qorxulu, vahiməli olduğu üçün Aynazur adlandırılmışdır. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı 11 fərmanı ilə adı dəyişdirilib Axavnadzor qoyulmuşdur. == Əhalisi == Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər Aynazur kəndinə 1828-29-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür. Kənddə ermənilərdən başqa 1897-ci ildə 75 nəfər, 1926-cı ildə 4 nəfər azərbaycanlı yaşamışdır . 1926-cı ildən sonra azərbaycanlılar kənddən çıxarılmışdır.