azərbaycan Respublikasının gömrük ərazisi

Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir

azərbaycan Respublikası ərazisindən tranzit
azərbaycan Respublikasının gömrük tarifi
OBASTAN VİKİ
Gömrük ərazisi
Gömrük ərazisi — == Azərbaycan == Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir.
Gömrük
Gömrük — sərhəd ticarətinə nəzarət edən orqan. == Azərbaycan tarixi == Azərbaycanın xarici ticarət əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci minilliyin ikinci yarısında yerli tayfalar Assur, Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi aparır, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər. Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Zəncan, Naxçıvan və digər sahələr ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlər başqa dövlətlərlə təkcə quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur "Böyük ipək yolu" vasitəsilə Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri ilə ticarət əlaqələri formalaşmışdır. Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yun məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük vergiləri və rüsumları adlanır. Bizim eranın əvvəllərində indiki Şimali Azərbaycanın və Cənubi Dağıstanın ərazisini əhatə edən Albaniya dövləti yarandı.
Azərbaycan Gömrük Tarixi Muzeyi
Azərbaycan Gömrük Tarixi Muzeyi — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Muzey Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 23 mart 2006-cı il tarixli 034 saylı əmrə əsasən yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 15 illiyi ərəfəsində Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Gömrük Tarixi Muzeyinin yaradılması üzrə işlərə yekun vurulmuşdur. Azərbaycanda fəaliyyət göstərən 200-dək müxtəlif təyinatlı muzeylər sırasında öz yeri, mövqeyi ilə fərqlənən zamanın tələbi, gömrük əməkdaşlarının fəaliyyətinin əyani nəticəsidir. Belə ki, Azərbaycan Respublikasının gömrük xidməti öz fəaliyyətində ölkənin iqtisadi suverenliyinin keşiyində durmaqla yanaşı, milli-mənəvi və dini dəyərlərin, mədəni sərvətlərin qorunmasına, qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına, respublika ərazisindən tranzit ölkə kimi istifadə edərək qeyri-qanuni yollarla beynəlxalq dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparır. Muzey 2008-ci ildə Milli Muzeylər Şurasına üzv seçilməklə Azərbaycanın muzeyləri "ailəsinə" daxil olmuşdur. == Fəaliyyəti == Muzey öz fəaliyyətini ənənəvi müzeyşünaslıq və günün aktual tələblərinə cavab verə biləcək səviyyədə qurur. Xarici ölkə muzeylərindən, o cümlədən gömrük muzeylərinin iş təcrübəsindən bəhrələnərək öz kolleksiyasının təbliğat işini həyata keçirir. == Xarici əlaqələri == Gömrük Tarixi Muzeyi 2008-ci ilin sentyabr ayından Beynəlxalq Gömrük Muzeyləri Assosiasiyasının üzvüdür.
Dövlət Gömrük Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi — Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən dövlət orqanı. == Tarixi == Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə Əsasnamə"yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır. 4 may 1847-ci ildən Bakı Gömrüyü Zaqafqaziya Karantin-Gömrük dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəçiliyinə çevrilir. Qafqaz canişini tərəfindən 31 mart 1861-ci il tarixdə təsdiq edilmiş "Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə Əsasnamə"yə görə bü idarə Bakı Karantin-Gömrük Kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinin idarəçiliyinə tabe edilmişdi. 1897-ci il dekabr ayının 8-də "Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları" barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi idarə heyəti tabeliyində Bakı Gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir. 1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir. 1918–1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmiş və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir. 1921-ci ilin əvvəlində Bakı Gömrükxanası aşağıdakı struktura malik idi: 1. Dəftərxana; 2.
Belfor ərazisi
Belfor ərazisi — Frnsanın şərqində, Burqundiya - Franş-Konte regionunda yerləşən departament. 1922-ci ildə Belfor ərazisi əsası qoyulmuşdur. Sıra sayı 91, inzibati mərkəzi isə Belfor şəhəridir. 2010-cu ilin məlumatlarına əsasən departament ərazisində olan əhalinin sayı 146.475 nəfərə çatmışdır. == Coğrafiyası == Departamentin ərazisi 609 km²dir. Əraziyə 1 rayon, 15 kanton və 102 kommun daxildir. == Tarixi == Belfor ərazisi kimi tanınan Fransa departamenti 1871-ci ildə Frankfurt müqaviləsi şərtləri ilə yaradılmışdır. 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi sonunda Almaniya ilə Fransa arasında Frankfurt sülh müqaviləsi bağlanmışdı. Müqavilə şərtlərinə görə yeni qurulmuş Almaniya Elzas və ərazinin dörd hissəsini: Lotaringiya, Yuxarı Reynin cənub-qərb və sərhədlərin böyük bir hissəsini zəbt etdi, yalnız Belfor şəhəri Fransanın tərkibində qaldı. 1922-ci ildə Elzası Fransanın sərhədlərinə qaytarılması gözlənilirdi.
Ross ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Coğrafiyası
Azərbaycan Respublikasının Coğrafiyası — Coğrafiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış üçcildlik monoqrafiya. Əsər 2016-cı il üçün Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. == Haqqında == "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik monoqrafiyası Azərbaycanın gələcək inkişaf yollarının, iqtisadi-siyasi inkişafının təbii-antropogen potensialının müəyyən edilməsi, yeni şəraitdə ölkənin təbii ehtiyatlarının elmi cəhətdən qiymətləndirilməsi, regionların inkişafı, yoxsulluğun azaldılması, sənaye, kənd təsərrüfatı və ətraf mühitin müxtəlif səviyyəli idarə edilməsi mövzularına həsr edilmiş elmi əsərdir. === I cild — Fiziki coğrafiya === "Azərbaycan Respublikasının coğrafiyası" üç cildliyinin birinci cildində ölkə ərazisində fiziki coğrafiyanın müxtəlif sahələrinə aid çox illər ərzində aparılan kompleks tədqiqatlar ən son məlumatlar nəzərə alınmaqla ümumiləşdirilərək təqdim olunmuşdur. Əsərdə Azərbaycan Respublikasınım relyefi, geoloji quruluşu, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, landşaftları geniş şəkildə təhlil olunmuş, onların regional xüsusiyyətləri araşdırılaraq, ölkə ərazisində fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılmış və hər bir rayonlaşdırma vahidi zəngin materiallar əsasında işıqlandırılmışdır. Redaksiya heyəti: C.ü.e.d. Tanrıverdiyev X. K, Xəlilov H. A, Xəlilov M. Y, Qaşqay R. M., C.ü.f.d. Rəhimov X. Ş. İsmayılov M. C, Həsənov M. S. k/t.ü.f.d. Quliyev İ. Ə, Əliyev Ə. A. === II cild — İqtisadi, sosial və siyasi coğrafiya === Oxuculara təqdim olunan "Azərbaycan Respublikasının coğrafiyası" kitabının ikinci cildi ölkənin müasir iqtisadi-coğrafi problemlərini, onun həlli yollarını işıqlandıran geniş həcmli və konstruktiv xarakter daşıyan elmi əsərdir. Kitab "Coğrafiya" ixtisası üzrə təhsil alan bakalavrlar, magistrlər və bu sahədə çalışan müəllimlər, alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Konstitusiyası
Azərbaycan Respublikasının Konstitusiyası — Azərbaycan Respublikasının əsas qanunu. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuşdur. == Tarixi == Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Məlum olduğu kimi, 1918–1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür. === Azərbaycan konstitusiyaları === Azərbaycan SSR Konstitusiyası — Azərbaycan SSR-nin ictimai və dövlət quruculuğunu, dövlət hakimiyyəti və idarə orqanlarının təşkilat və fəaliyyət prinsiplərini, vətəndaşların əsas hüquq və vəzifələrini, bu vəzifələrin həyata keçirilməsinin maddi və hüquqi təminatlarını, seçki sistemini müəyyən edən əsas qanun, bütün qanunların hüquqi əsası. Azərbaycan SSR-nin ilk Konstitusiyası 19 may 1921-ci ildə 1-ci Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Sosializm cəmiyyəti qurmaq vəzifəsini qarşıya qoyan bu Konstitusiya respublikada sovet hakimiyyətinin qələbəsini, sovet hakimiyyəti simasında şəhər və kənd proletariatın diktaturasını, torpaq, sənaye, bank, nəqliyyat və s.-nin milliləşdirilməsini qanuniləşdirdi, əməkçi kütlələrə demokratik hüquq və azadlıqlar vermişdir. Respublikanın ictimai-siyasi və iqtisadi-mədəni sahədə inkişafı ilə əlaqədar 14 mart 1925-ci ildə 4-cü, 26 mart 1927-ci ildə 5-ci, 14 fevral 1931-ci ildə 7-ci və 11 yanvar 1935-ci ildə 8-ci Ümumazərbaycan Sovetlər qurultayında Konstitusiyayada dəyişiklik və əlavələr edilmişdir. Azərbaycan SSR Konstitusiyası SSRİ Konstitusiyası əsasında, 14 mart 1937-ci ildə Fövqəladə 9-cu Ümumazərbaycan Sovetlər qurultayında qəbul olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Prezidenti — Azərbaycan Respublikasının ali dövlət vəzifəsi. Azərbaycan Respublikasının Prezidenti dövlətin başçısı hesab olunur. Azərbaycan Respublikasının Prezidenti vəzifəyə seçki yolu ilə təyin olunur. Azərbaycan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçir. 2003-cü il oktyabrın 31-dən Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini İlham Əliyev icra edir. O, 2003-cü ildə 75,38 % səs, 2008-ci ildə 88,74 % səs, 2013-cü ildə 84,54 % səs, 2018-ci ildə isə 86,02 % səs topladı. 2024-cü ilin fevral ayında Azərbaycanda növbəti prezident seçkilərində də qalib gələrək təkrar Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Onun səlahiyyət müddəti 2031-ci il fevralın 7-də başa çatır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən eyni şəxsin dəfələrlə prezident vəzifəsinə seçilməsinə məhdudiyyət yoxdur. == Seçilmə qaydaları == === Prezidentliyə namizədə aid tələblər === Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsi Azərbaycanın Prezidentliyinə namizədlərə aid tələblərdən ibarətdir.
Azərbaycan Respublikasının Xəritəsi
Azərbaycan Respublikasının Xəritəsi — Azərbaycan Respublikasının ərazisinin kiçildilmiş təsviri. == Pul üzərində == Azərbaycan manatının 2005-ci ildən tədavülə buraxılan bütün əsginaslarının arxa tərəfində Azərbaycan Respublikasının Xəritəsi təsvir edilmişdir. == Poçt markası üzərində == 2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Xəritəsinə həsr olunmuşdur.
Azərbaycan Respublikasının medalları
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Respublikasının ordenləri
Azərbaycanın dövlət təltifləri — Vətəndaşların vətəni müdafiə, dövlət quruculuğu, iqtisadiyyat, elm, mədəniyyət, incəsənət, təhsil, maarifləndirmə, vətəndaşların sağlamlığının, həyatının və hüquqlarının müdafiəsi, xeyriyyəçilik fəaliyyəti və dövlət qarşısındakı digər görkəmli xidmətlərinə görə mükafatlandırılmasının ali formasıdır. Azərbaycan Respublikasının dövlət təltiflərinə Azərbaycan Respublikasının dövlət təltifi kimi təsdiq edilmiş orden və medallar, Azərbaycan Respublikasının fəxri adları və bir sıra fərqli mükafatlar daxildir. == Məlumat == 1992-ci il 10 noyabrda Azərbaycanın II Prezidenti Əbülfəz Elçibəy, Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında 370 nömrəli Sərəncam imzaladı. Sərəncama əsasən 4 orden və 4 medal təsis edildi — "İstiqlal", "Şah İsmayıl", "Azərbaycan Bayrağı", "Şöhrət" ordenləri və "Vətən uğrunda", "İgidliyə görə", "Tərəqqi", "Hərbi xidmətlərə görə" medalları. 2020-ci il noyabrın 20-də Azərbaycan Milli Məclisinə "Vətən müharibəsində qələbə münasibətilə Azərbaycanın orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında" Azərbaycanın Qanununda əlavələrin edilməsi barədə Azərbaycanın Qanununun dəyişdirilməsi" layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir. Qanun layihəsinə əsasən 2 orden 15 medal təsis edildi.
Azərbaycan Respublikasının şeyxülislamları
Şeyxülislam — Qafqaz bölgəsində şiə müsəlmanlarının dini başçısının, Qafqaz Müsəlmanları Ruhani İdarəsi sədrinin dini rütbəsi və vəzifəsi adlanır. Şeyxülislam rütbəsi (vəzifəsi) Rusiya çarının fərmanı ilə "Qafqaz şiələrinə dini başçılıq etmək üçün" təsis edilmişdir. 50 il ərzində Şeyxülislam təkbaşına fəaliyyət göstərmişdir. Sonra Şeyxülislamın nəzdində və onun sədirliyi ilə Qafqaz Müsəlmanları Ruhani idarəsi yaradılmışdır (1872). Həmin idarə və Şeyxülislam 1920-ci ilədək mövcud olmuşdur. 1944-cü ilin mayında Qafqaz Müsəlmanları Ruhani İdarəsi (şiələr və sünnilərin birgə idarəsi) və onun sədri Şeyxülislam yenidən fəaliyyətə başlamışdır. Şeyxülislamların böyük əksəriyyəti yüksək dini savad sahibləri, çoxlu qiymətli elmi-tarixi və bədii əsərlərin müəllifləri olmuşlar. == Şeyxülislamlar == Struktur yaradıldıqdan bu yana şeyxülislam vəzifəsinə gətirilən şəxslər aşağıdakılardır: Axund Məhəmməd Əli Hüseynzadə (1823–1846); Axund Fazil İrəvani (1847–1872); Axund Əhməd Hüseynzadə (1873–1884); Axund Həsən Tahirzadə (1885–1894); Axund Əbdüssəlam Axundzadə (1895–1907); Məhəmməd Mövlazadə (1908–1909) Axund Məhəmməd Pişnamazzadə (1909–1918); Axund Ağa Əlizadə (1918–1920); 1920–1944-cü illərdə bu vəzifə boş qalmışdır; Axund Ağa Əlizadə (1944–1952); Axund Mövsüm Həkimzadə (1952–1956); 1966–1967-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Əliağa Süleymanzadə (1968–1976); 1976–1977-ci illərdə bu vəzifə boş qalmışdır; Axund Mirzəqəzənfər İbrahimov (1978–1980); Hacı Allahşükür Paşazadə (1980 — bu günədək). Qeyd. 2003-cü ildən bu yana bu titul Hacı Allahşükür Paşazadəyə ömürlük verilmişdir.
Azərbaycan Respublikasının əhalisi
Azərbaycan əhalisi — Bu məqalə Azərbaycan Respublikası əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == İlk sakinləri == == Ümumi əhali == Cədvəllə əlaqədar qeydlər - 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir;- 2000–2009-cu illər üzrə məlumatlar ölkədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında dəqiqləşdirilmişdir. Dövri hadisələrin əhali sayısına olan təsirini görmək üçün 1950-ci ilə qədər olan müddət onilliklərə görə verilməmişdir. === 2010–2014 r.t. === MKİ-nin 2014-cü ilə olan təxminlərinə əsasən Azərbaycan Republikası əhalisinin sayına görə dünyada 240 ölkə arasında 92-ci yerdə dayanmaqdadır. === Cinsi tərkibi === 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Azərbaycan Respublikasının de-fakto əhalisi 9.235.085 nəfərdir. Onlardan 4.583.484 nəfərini kişilər, 4.651.601 nəfərini isə qadınlar təşkil edir. == Etnik tərkib == == Dil == == Rayonlar və respublika tabeli şəhərlər üzrə əhali == *Qeyd: 2009-cu ildə aparılmış siyahıyaalınmaya əsasən Naxçıvan Muxtar Respublikasının ümumi əhalisinin (398,323 nəfər) 115488* nəfəri şəhər əhalisi, 282835** nəfəri isə kənd əhalisi olmuşdur Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine. == Təhsil səviyyəsi == == Miqrasiya == === Əhalinin beynəlxalq miqrasiyası === Qeyd: Ölkəyə daimi yaşamaq üçün gələnlər — immiqrant, Ölkədən daimi yaşamaq üçün gedənlər — emmiqrant hesab edilirlər. === Daimi yaşamaq üçün Azərbaycana gələn və gedənlərin ölkələr üzrə bölgüsü === === Azərbaycanda miqrantlar === 2011-ci ilin iyul ayında Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimovun və ombudsman Elmira Süleymanovanın bildirdiyinə görə Azərbaycan Respublikasında təxminən 450 min nəfər miqrant vardır.
Gömrük bəyannaməsi
Bəyаnеtmə — dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir. == Bəyanetmənin xüsusiyyətləri == Bir qаydа оlаrаq bəyаnеtmə аşаğıdаkı əsаs hаllаrdа tələb оlunur: mаl və nəqliyyаt vаsitələri - Аzərbаycаn Rеspublikаsının gömrük sərhədindən kеçirildikdə; mаllаrın yеrləşdirildiyi gömrük rеjimi bu və yа digər səbəbdən Gömrük Məcəlləsinə müvаfiq оlаrаq dəyişdirildikdə; Аzərbаycаn Rеspublikаsı Qаnunvеriciliyi ilə nəzərdə tutulmuş digər hаllаrdа (məsələn, rüsumsuz ticаrət mаğаzаsı, yахud sərbəst аnbаr rеjimi аltındа yеrləşdirilmiş mаllаr, vеrilmiş icаzə gеri аlındıqdа, yахud ləğv еdildikdə yеnidən bəyаn еdilməlidir. Mаl və nəqliyyаt vаsitələrinin bəyаn еdilməsinin nəticələri gömrük оrqаnının vəzifəli şəхsləri tərəfindən аşаğıdаkı məqsədlər üçün istifаdə еdilə bilər: hüquq-mühаfizə; (qаçаqmаlçılıq və gömrük qаydаlаrının pоzulmаsınа qаrşı mübаrizə) vеrgi; xаrici iqtisаdi fəаliyyətin inzibаti tənzimlənməsi (kvоtаlаşdırmа, lisеnziyаlаşdırmа); gömrük sərhədində digər dövlət nəzаrəti növlərinin təşkili (bаytаrlıq, fitоsаnitаr, еkоlоji və s.); хаrici ticаrət stаtistikаsının аpаrılmаsı və s. Bəyаnеtmə gömrük-tаrif tənzimləməsi mехаnizmi üçün birinci dərəcəli əhəmiyyət kəsb еdir. İlkin gömrük – tаrif münаsibətlərində (mаl və nəqliyyаt vаsitələri bilаvаsitə gömrük sərhədindən kеçirilərkən) vеrgilərin və gömrük rüsumlаrının ödənilməsi ilə bаğlı öhdəliklər gömrük оrqаnının vəzifəli şəхsi tərəfindən gömrük bəyаnnаməsinin qəbul еdilməsi ilə bаğlıdır. == Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti == Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə təsadüf edərsə, növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.
Gömrük ittifaqı
Gömrük İttifaqı (Gİ) — azad ticarət zonasına daxil olan ölkələrin başqa ölkələrə tətbiq etdiyi ümümi tarif sistemidir. Bəzən üzv ölkələr bir xarici ticarət siyasəti aparır, amma xüsusi hallarda fərqli gömrük tarifi tətbiq edirlər. Bu çərçivədə rəqabətlə bağlı əskiklikləri aradan qaldırmaq üçün ümumi rəqabət siyasəti də həyata keçirilir. Gömrük ittifaqı iqtisadi inteqrasiyanın üçüncü səviyyəsidir. Gİ qurmaqda məqsəd iqtisadi səmərəliliyi artırmaq və üzv ölkələr arasında daha sıx siyasi, iqtisadi və mədəni əlaqələr formalaşdırmaqdır.
Gömrük işi
Gömrük işi — Gömrükxananın işi. Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar. Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur. Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir.
Gömrük rejimi
Gömrük rejimi – xarici iqtisadi əlaqələrin inkişafına dövlət təsirinin həyata keçirildiyi gömrük tənzimlənməsi vasitələrinə kompleks şəkildə kömək edən xüsusi tədbirlər sistemi və metodların məcmusudur. Deməli, gömrük rejimi gömrük məqsədləri üçün gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin statusunu təyin edən qaydaların məcmusudur. GM-in 25-ci maddəsinə görə, gömrük tənzimlənməsi məqsədilə aşağıdakı 15 gömrük rejimi növü tətbiq olunur: 1. Sərbəst dövriyyə üçün buraxılış; 2. Təkrar idxal; 3. Tranzit; 4. Gömrük anbarı; 5. Rüsumsuz ticarət mağazası; 6. Gömrük ərazisində emal; 7. Gömrük nəzarəti altında emal; 8.
Gömrük rüsumu
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Azərbaycan Gömrük Tarixi Muzeyinin filialı
Gömrük Tarixi Muzeyinin filialı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin muzeyi. Bakı şəhərində yerləşir. == Tarixi == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin "Azərterminalkompleks" Birliyinin nəzdində fəaliyyət göstərən bölməsi 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qeydiyyatından keçdikdən sonra fond və daimi ekspozisiyadan ibarət muzey filialı kimi formalaşmışdır. Birliyinin inzibati binasında yerləşən filialın müasir avadanlıqlarla təchiz olunmuş fond və daimi ekspozisiyası müasir müzeyşünaslıq tələblərinə müvafiq olaraq qurulmuşdur. == Kolleksiyası == Filialın toplusu bir neçə bölmədən ibarətdir: onun bir qismini müasir rəssamların Azərbaycan gömrüyünün keçmişini, milli gömrük xidmətinin vüsətli inkişafını, müxtəlif tarixi mərhələlərdə fəaliyyətini və müasir gününü – gömrük əməkdaşlarının gərgin əməyini vəsf edən rəngkarlıq nümunələri təşkil edir. Kolleksiyada, həmçinin narkomaniyaya qarşı qətiyyətlə mübarizə aparan gömrükçülərin fəaliyyətini və ümumiyyətlə narkomaniyanın mahiyyətini açıqlayan sənət əsərləri: heykəltəraşlıq və rəsm əsərləri, plakatlar, karikaturalar toplanmışdır. Fondlarda sənətin növləri üzrə bölgü aparılmış və saxlancda kolleksiyanı təşkil edən əsərlər müvafiq olaraq yerləşdirilmişdir. Növündən, təyinatından asılı olmayaraq kolleksiyalarda toplanmış hər bir əşyanın muzeylərdə zədəsiz mühafizəsi, komplektləşdirilməsi, elmi tədqiqat obyekti kimi öyrənilməsi, tədqiqi və təbliği muzey işinin tərkib hissəsidir. Muzeyin fond və daimi ekspozisiyası müvafiq olaraq kompleks mühafizə üçün nəzərdə tutulmuş otaq və avadanlıqlarla, ən müasir təhlükəsizlik sistemləri ilə təmin edilmişdir. Muzey filialının kolleksiyası inventarizasiyadan keçmiş, sənədləşdirmə, qeydiyyat və kompüterləşdirmə, beynəlxalq standartlara cavab verən kataloqlaşdırma işi görülmüşdür.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi — Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirən dövlət orqanı. == Tarixi == Bakı Gömrüyü ilk dəfə Rusiya İmperiyası Senatının 25 yanvar 1807-ci il tarixli fərmanı ilə 1809-cu ildə təsis edilmiş, Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilmişdi. "Zaqafqaziya ölkəsində gömrük idarəetməsi barədə Əsasnamə"yə görə o, 31 iyul 1831-ci il tarixdən Zaqafqaziya gömrük dairəsinin tabeliyinə verilmiş və 1832-ci ildən etibarən "Bakı anbar gömrükxanası" adını almışdır. 4 may 1847-ci ildən Bakı Gömrüyü Zaqafqaziya Karantin-Gömrük dairəsinin tabeliyində olan Bakı Karantin-Gömrük idarəçiliyinə çevrilir. Qafqaz canişini tərəfindən 31 mart 1861-ci il tarixdə təsdiq edilmiş "Qafqaz və Zaqafqaziyada Karantin-gömrük hissəsinin yenidən təşkili barədə Əsasnamə"yə görə bü idarə Bakı Karantin-Gömrük Kontoruna çevrilmiş və yeni yaradılmış Bakı Karantin-Gömrük dairəsinin idarəçiliyinə tabe edilmişdi. 1897-ci il dekabr ayının 8-də "Rusiyanın Avropa hissəsi və Qafqazda gömrük təşkilatlarının ştatları" barədə qanuna əsasən Bakı Karantin-Gömrük Kontoru Bakı Gömrük Dairəsi idarə heyəti tabeliyində Bakı Gömrükxanasına çevrilir və 1 iyun 1911-ci ildə Tiflisdəki Qafqaz Gömrük Dairəsinin idarəçiliyinə tabe edilir. 1911-ci ildən 1918-ci ilə qədər Bakı Gömrüyü Senat tərəfindən 21 yanvar 1911-ci ildə təsdiq edilmiş "Rusiya İmperiyası Gömrüklərinin Nizamnaməsi" əsasında fəaliyyət göstərmişdir. 1918–1920-ci illərdə gömrükxana Azərbaycan Demokratik Respublikasının Maliyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmiş və onun funksiyalarında əhəmiyyətli dəyişikliklər baş vermişdir. 1921-ci ilin əvvəlində Bakı Gömrükxanası aşağıdakı struktura malik idi: 1. Dəftərxana; 2.
Azərbaycan Gömrük Komitəsi Mərkəzi Hospitalı
Mərkəzi Gömrük Hospitalı — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış hospital. == Haqqında == Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nəzdində yaradılmış Mərkəzi Hospital möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimı ilə 2008-ci ilin 25 dekabr tarixində öz fəaliyyətinə başlayıb. Ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu Hospitalda gömrük əməkdaşlarının və əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılmışdır. Mərkəzi Hospitalın qabaqcıl avadanlıqlarla təchiz olunması gömrük əməkdaşlarına və əhaliyə yüksək səviyyədə tibbi xidmətin göstərilməsinə imkan verir. Eyni zamanda bu, səhiyyənin müasirləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən görülən işlərin parlaq bir nümunəsidir. Bir çox yeniliklərə imza atmış Mərkəzi Gömrük Hospitalı qısa bir müddət ərzində Azərbaycanın qabaqcıl səhiyyə ocaqlarından birinə cevrilib. 10 ildən çoxdur ki, Mərkəzi Gömrük Hospitalı ümumilikdə 300 nəfərlik peşəkar kadr heyəti və 4 mindən artıq tibbi xidmət növü ilə gömrük əməkdaşlarının və əhalinin sağlamlığının keşiyindədir. Bu illər ərzində bu səhiyyə ocağında güclü ixtisaslı akademik kadr potensialı formalaşmışdır. Belə ki, hazırda Hospitalda 2 əməkdar həkim, 4 tibb üzrə elmlər doktoru, 19 tibb üzrə fəlsəfə doktoru, 2 doktorant və Türkiyədə uzmanlıq təhsili almış 15 həkim öz şərəfli peşə borcunu layiqincə yerinə yetirirək əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərirlər. Gömrük Komitəsinin ayrılmaz bir hissəsi olan Mərkəzi Gömrük Hospitalı, Komitənin həyata keçirdiyi islahatlara uyğun olaraq davamlı şəkildə yenidənqurma işlərini aparır.
Ross asılı ərazisi
Ross ərazisi (ing. Ross Dependency) — Antarktidada yerləşən Yeni Zelandiyaya mənsub olan ərazi. Departament 60 °C.e., 160° ş.u. və 150° q.u. arasında yerləşir. Ərazi öz adını britaniyalı dənizçi, Ross dənizini açılışını edən Ceyms Rossun şərəfinə adlandırılmışdır. Əraziyə Viktoriya Torpağı, Ross şelf buzlağı, Ross adası, Balleni adaları, Skott adası və Ruzvelt adası daxildir. Skott (Yeni Zelandiya) və Mak-Merdo (ABŞ) qütb stansiyaları fəaliyyət göstərir. Bu ərazidə yeganə daimi fəaliyyət göstərən stansiya Mak-Merdodur. Burada hava limanı fəaliyyət göstərir.
Yeni Qvineya Ərazisi
Yeni Qvineya Ərazisi (ing. Territory of New Guinea) — Birinci Dünya müharibəsində Almaniya İmperiyasının məğlubiyyətindən sonra Millətlər liqasının qərarı ilə Avstraliyanın idarə edilməsinə verilmiş mandat ərazisi. Ona Almaniyanın Alman Yeni Qvineyası — Yeni Qvineya adasının şimal-şərqi hissəsi, Bismark arxipelağı, Admiralteyst adası, Solomon adaları (arxipelaq), Buka adası və bir neçə kiçik ada daxildir. Ərazi 1914-cü ildə Avstraliya tərəfindən zəbt edilib. 17 sentyabr 1914-cü ildə Alman Yeni Qvineyasının qubernatoru vəzifəsini icra edən şəxs kapitulyasiya haqqında akta imza atır. 9 may 1921-ci ilədək ərazi hərbi komendant tərəfindən idarə edilir. Həmin tarixdə isə mülki idarəçilik tətbiq edilir. Millətlər Liqası 17 dekabr 1920-ci ildə ərazi üzərində Avstraliyanın mandatı barəsəndə şərtlər hazırlayır və aprel 1921-ci ildə ərazi rəsmi surətdə ona verilir. İkinci dünya müharibəsi dövründə ərazi Yaponiya tərəfindən işğal edilir və ciddi döyüşlər gedir. 13 dekabr 1946-cı ildə ərazi Avstraliyanın idarəçiliyinə verilən BMT mandatlı torpaq statusu alır.
Şimal ərazisi (Avstraliya)
Şimal ərazisi (ing. Northern Territory) - ərazisinə görə Avstraliyanın ən böyük üçüncü inzibati vahididir. Paytaxtı Darvin şəhəridir.