Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TÜ» – 93
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TÜCCAR

is. [ər. “tacir” söz. cəmi] köhn. Tacirlər.
ətraflı

TÜFEYLİ

is. [ər.] 1. biol. Başqa orqanizmin üzərində və ya içində yaşayıb onun hesabına qidalanan bitki; parazit.
ətraflı

TÜFEYLİLİK

is. 1. biol. Bir orqanizmin o biri orqanizmdən qida mənbəyi kimi istifadə etməsi; parazitlik, parazitizm.
ətraflı

TÜFƏNG

is. Uzun, ya qısa lüləli, əllə tutulub atılan odlu silah.
ətraflı

TÜFƏNGLİ

sif. Tüfəngi olan, tüfənglə silahlanmış. Tüfəngli əsgər.
ətraflı

TÜĞYAN

is. [ər.] Daşma, qabarma, qaynama, coşub-daşma.
ətraflı

TÜHAF

sif. [ər.] 1. Qəribə, görünməmiş, anlaşılmaz.
ətraflı

TÜK

is. 1. İnsan və heyvan dərisinin üstündə çıxan sapvari buynuz törəməsi.
ətraflı

TÜKBAŞ

sif. Başına heç bir şey örtməmiş; başaçıq. Tükbaş qız.

TÜKCƏ

sif. və zərf Tük qədər, zərrə qədər, qətiyyən, əsla.
ətraflı

TÜKCÜK

is. İncə, zərif, xırda tük. Yarpağın tükcüyü.

TÜKƏNDİRMƏ

“Tükəndirmək”dən f.is.

TÜKƏNDİRMƏK

f. Hamısını işlədib qurtarmaq, sərf edib qurtarmaq, axırına çıxmaq.
ətraflı

TÜKƏNMƏ

“Tükənmək”dən f.is.

TÜKƏNMƏK

f. Qurtarmaq, bitmək, tamamilə işləyib qurtarmaq, daha qalmamaq.
ətraflı

TÜKƏNMƏZ

sif. Tükənməyən, bitməyən, bitməz, qurtarmayan, qurtarmaz, çox, saysız-hesabsız.
ətraflı

TÜKƏTMƏ

“Tükətmək”dən f.is.

TÜKƏTMƏK

f. Axıra çatdırmaq, bitirmək, sona çatdırmaq.
ətraflı

TÜKLƏNMƏ

“Tüklənmək”dən f.is.

TÜKLƏNMƏK

f. 1. Üzünə tük çıxmaq, tük gəlmək, tük basmaq.
ətraflı