Azərbaycan dilinin izahlı lüğəti

Cəmi – 45193, məqalələr «TA» – 419
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

TABSIZLAŞMA

“Tabsızlaşmaq”dan f.is.

TABSIZLAŞMAQ

f. Tabdan düşmək, taqətsiz olmaq, gücdən düşmək.

TAB(Ü)-TAQƏT, TAB(Ü)-TAVAN

is. [fars.] Güc, qüvvət, taqət, tavan. [Zəhra:] Qalmamış məndə zərrə tabü-tavan; Məni qəhr et də, lakin atma, aman!.
ətraflı

TABÚ

[Polineziya dilindən] 1. İbtidai xalqlarda: əfsanəvi etiqadlara, mövhumi təsəvvür və zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə səbəb olacaq və buna görə də söylənməsi qadağan olunmuş söz.
ətraflı

TABURET(KA)

[rus.] bax kətil 1-ci mənada. Tahir böyründəki taburetdə [Lətifəyə] yer göstərdi.
ətraflı

TABUT

is. [ər.] Cənazəni qoymaq üçün iri qutu. Mehralı bəyin tabutunu xanlıq imarətinin bağına qoymuşdular.
ətraflı

TAC

is. [fars.] 1. Hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və cavahiratla bəzənmiş papaq.
ətraflı

TACBITRAQ

is. bot. Kolluq sahələrdə və meşənin açıq yerlərində bitən çoxillik ot bitkisi.

TACCIQ

is. bot. Gülün, ayrı və ya bitişik ləçəklərdən ibarət hissəsi; tac.

TACDAR

is. [fars.] Padşah, hökmdar (adətən şahlara, padşahlara təntənəli müraciət zamanı işlədilən epitet).
ətraflı

TACİK

is. Tacikistanın əsas əhalisini təşkil edən irandilli xalq və bu xalqa mənsub adam.

TACİKCƏ

sif. və zərf Tacik dilində. Tacikcə kitab. Tacikcə öyrənmək.

TACİR

is. [ər.] Ticarətxanası olan; xüsusi ticarətlə məşğul olan adam.
ətraflı

TACİRLİK

is. Xüsusi ticarətlə məşğul olma. Qasım bəydə tacirlik damarı daha qüvvətli idi.
ətraflı

TAC-TAXT

bax taxt-tac. [Qızıl Arslanı] Həmədana çağırıb hörmət göstərmək və əlahəzrətin tac-taxtına sədaqət göstərməsi üçün təminat almaq lazımdır. M.S.Ordubadi.

TAFTA

is. [fars.] Sıx toxunmuş ipək və ya pambıq parça.
ətraflı

TAĞ₁

is. Qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən kolu.
ətraflı

TAĞ₂

is. [farscadan] Bəzi binaların yarımdairə şəklində olan damı; qübbə, günbəz.
ətraflı

TAĞ₃

is. Saçın iki yerə ayrılan yeri; həmin hissələrdən hər biri.
ətraflı

TAĞALAQ₁

is. Sap, iplik və s. sarınan çarx. ..Arvad ayağa qalxdı və nə isə çaşqınlıqla cəhrənin ora-burasını, tağalağını, iyini, dəstəsini yoxladı.
ətraflı