KADR₂

[fr.]
1. Qoşun hissələrinin sülh zamanı tərxis edilməyən daimi heyəti. Ordu kadrları. Kadr qoşunları.
2. Hər hansı bir müəssisənin, idarənin, təşkilatın hazırlıqlı, ixtisaslı işçilərinin əsas heyəti (bu mənada adətən cəm şəklində işlənir). – Doktor Balacayev bu rayonda illər boyu səmərəli çalışmış, Gülöyşə kimi bir çox yerli kadrlar yetişdirmişdi. S.Rəhimov. ◊ Kadr şöbəsi – müəssisənin və ya idarənin işçi tutmaq, işdən çıxarmaq və s. ilə məşğul olan şöbəsi. Konduktor Kazımı kadr şöbəsinə çağırıb dedilər: – Sabahdan sən qatarda müfəttiş olacaqsan. Mir Cəlal.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

KADR 1 I сущ. кадр: 1. отдельный снимок на кино – или фотопленке. Kadr sayğacı счетчик кадров 2. ətraflı

Author: Obastan; Publisher: Obastan