is.
1. Bir neçə evdən ibarət kiçik yaşayış məntəqəsi, kiçik kənd. [Şahmar:] Baharlıdan bura gələndə elə bilirsən, şəhərdən yöndəmsiz bir obaya gəlirsən. B.Bayramov.
2. Köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət köç yeri; köçəbə, düşərgə. Çoban obası. – Qurban .. obalara gedib süd almalı və ağalar üçün çobanaşı bişirməli idi. T.Ş.Simurq. Hər il bu zaman yolun ətəklərinə qədər çadırlar, obalar düşərmiş. Mir Cəlal.
← O₄

nida. Heyrət, təəccüb bildirir (bəzən təkrar edilərək işlədilir). O! Bu kimdir? O! Bu heç olmadı.

OBABAŞI →

is. köhn. Obaya başçılıq edən adam, oba ağsaqqalı.