Azərbaycan dilinin dialektoloji lüğəti.

  • CANCUR

    (Bolnisi, Borçalı, Çənbərək, Qazax) bax cancul. – Cancurdan yaxşı mürəbbo:lor <mürəbbə olur> (Borçalı)

    Tam oxu »
  • CANDİŞ

    (Meğri) zəhmətkeş, əməksevər. – Bı Mila:yim kimin candiş adam bırda tapbassan

    Tam oxu »
  • CANDONU

    (Quba) canlıq

    Tam oxu »
  • CA:NƏMƏX’

    (Şəki) kiflənmək. – Toxumu tökərix’ elə yerə ki, nəm çəhməsin, ca:- nəməsin, göyərməsin

    Tam oxu »
  • CANƏVİ

    (Laçın) qolsuz, isti köynək

    Tam oxu »
  • CANƏZİRRƏMMƏG

    (Şamaxı) naxoşlamaq

    Tam oxu »
  • CANƏZİRRİG

    (Şamaxı) naxoşluq. – Canəzirrig adamın canın üzür

    Tam oxu »
  • CANXIRID

    canxırıd eləməx’: (Qarakilsə) yaxa qurtarmaq. – Gördüm mının əlinnən canxırıd eliyəmiyəcəm, əkildim

    Tam oxu »
  • CANQA

    I (Zəngəzur) kök. – Hajqurban oğlu Asdan canqa adamdı II (Qax, Şəki) qoçu. – Alı kəndin canqasıydı keçmişdə (Qax)

    Tam oxu »
  • CANQALIX

    (Qax) qoçuluq. – Alının canqalıxda adı çıxmışdı

    Tam oxu »
  • CANQI

    (Daşkəsən) əkinə yararsız (sahə). – O yer ki daşdıxdı, əkinə-piçinə yaramey, canqı yerdi

    Tam oxu »
  • CANNA

    (Zaqatala) bax cana. – Ho canna adamdı

    Tam oxu »
  • CANNAÇƏX’MƏ

    (Ağcabədi, Ağdam, Bərdə, Yevlax) xörək adı (qaynadılmış süd ilə suyun içinə tökülmüş düyünün həlimi süzüləndən sonra üzərinə yağ əlavə edilir)

    Tam oxu »
  • CANNIĞ

    (İsmayıllı, Salyan, Şamaxı) sırıqlı. – Kişiyçün yaydan cannığ hazırramışuğ (İsmayıllı); – Qışda cannığ giyəndə adamın canı qızır (Şamaxı)

    Tam oxu »
  • CANNIX

    (Kürdəmir, Oğuz, Zəngilan) bax cannığ. – Qışdı, cannıx gey, so:ğ olar (Kürdəmir)

    Tam oxu »
  • CANSİLƏN

    (Cəbrayıl) qətfə

    Tam oxu »
  • CANTÖVRÜ

    (Ordubad) tələsik

    Tam oxu »
  • CAR

    (Ordubad) qurudulmuş bataqlığın yerində qazılmış arx. – Qalxoççılar bü:n carda işlədilər

    Tam oxu »
  • CARCAR

    (Culfa, Naxçıvan, Ordubad, Salyan, Şərur, Zəngilan) dəmir dişli, dəstəli kötük (taxıl döymək üçün). – Carcar indi işdənmir, o vaxtdar onnan taxıl döyə

    Tam oxu »
  • CARCI

    (Balakən, Çənbərək, Xanlar, Kəlbəcər, Qarakilsə, Qazax, Tovuz) evin pərdisinin üstündən döşənən çırpı və ya xırda ağac

    Tam oxu »
  • CARCILAMAX

    (Balakən, Çənbərək, Hamamlı, Xanlar, Kəlbəcər, Qarakilsə, Qazax, Tovuz) carcı ilə örtmək. – Qar yağmamış damın üsdünü carcılamax yaxşıdı (Çənbərək); –

    Tam oxu »
  • CARCU

    (Kəlbəcər) bax carcı. – Carcunu pərdinin üsdünnən dama döşü:rüx’

    Tam oxu »
  • CARCUR

    I (Kürdəmir) qadın şalvarı növü – Arvadlar carcur giyərdi qabaxlar II (Balakən) kiçik

    Tam oxu »
  • CARÇI

    (Kürdəmir) kuryer. – Carçı kəssovetindo:lur

    Tam oxu »
  • CAROV

    (Dərbənd) quyruqsuz qoyun. – Carovu neyçü tutmisən?

    Tam oxu »
  • CARRAMAX

    I (Gəncə, Qazax, Mingəçevir, Şamaxı, Şəmkir, Tovuz, Ucar) yuyandan sonra pak etmək <arxda, çayda>

    Tam oxu »
  • CARTANBEL

    (Sabirabad) artırma. – Hacali bi öy tikdirib, ö:ün dalınnan bi yaxşı cartanbel qoydurub, adamın lap həvəsi gəlir

    Tam oxu »
  • CAVAL

    (Qax, Mingəçevir, Şəki, Zaqatala) bax cabal

    Tam oxu »
  • CAVAM

    cavam yeməx’: (Meğri) öyrəşmək, vərdiş etmək. – Sizin qolları:z kələntiyə cavam yemiyip

    Tam oxu »
  • CAVIN

    (Ağdaş, Mingəçevir) bax cabın

    Tam oxu »
  • CAVZALI

    (Qax) hirsli, əsəbi. – Hoynan sələmə bala, cavzalıdı

    Tam oxu »
  • CAYDIMAX

    (Cəbrayıl, Zəngilan) yolundan çıxmaq. – Sən gedə-gedə caydırısan ha, özu͂: yığışdı (Zəngilan)

    Tam oxu »
  • CAYDIRMAX

    (Beyləqan) yayınmaq. – Bu gün hara caydırmışdın?

    Tam oxu »
  • CAYLAX

    (Kürdəmir) kök, canlı <heyvan>. – Bizim gamış sizinkinnən caylaxdı

    Tam oxu »
  • CAYMAĞ

    (Lənkəran) bax caydımax. – Balama, sən gənə caydu:n?

    Tam oxu »
  • CAYMƏĞ

    (Lerik) çaşmaq

    Tam oxu »
  • CAZERİ

    (Qazax) köhnə sistemli tüfəng adı. – Cazeriyi ağızdan, lülədən dolduruv atallardı

    Tam oxu »
  • CECƏ

    (Zaqatala) göy soğan. – Şorbaya cecə töksən, pis olmaz

    Tam oxu »
  • CECƏX’

    (Qazax) yabanı bitki adı. – Cecəx’dən çay qoyarıx

    Tam oxu »
  • CECİK

    (Kürdəmir) bax cejix’

    Tam oxu »
  • CEDLİ

    (Borçalı) arıq

    Tam oxu »
  • CEJƏX’

    ( Ağdam) dəni təmizlənmiş qarğıdalı qıçası

    Tam oxu »
  • CEJİX’

    (Gəncə) paça. – Dünən gedəndə buzun üsdə sürüşdüm, əyağımın biri sağa getdi, biri sola, cejiyim ayrıla qaldı

    Tam oxu »
  • CEJİK

    (Ucar) dalaşqan

    Tam oxu »
  • CENCƏRƏ

    (Cəbrayıl) hanada arğac keçirilən qalın ip

    Tam oxu »
  • CESPƏR

    (Quba) mərz. – Bizim cespərin yanında bir qaranquş ülüb

    Tam oxu »
  • CEŞDƏ

    (Şəki) özbaşına. – Donuzun balaları heylə ceşdə hərrənir

    Tam oxu »
  • CEY

    (Şahbuz) tayfa, nəsil

    Tam oxu »
  • CEYBİR

    ceybir olmax: (Xanlar) əlbir olmaq. – Muradnan Əli ceybir oluflar

    Tam oxu »
  • CEYDAM

    (Qazax, Gədəbəy) mitil. – Ceydamın pütüncə təzələdim yorğanın (Gədəbəy)

    Tam oxu »