Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GƏRƏN

    I (Füzuli, Qazax) sıra, cərgə. – Gərənnən sağırıx (Füzuli) ◊ Gərən çüşməx’ (Qazax) – cərgələnmək, sıralanmaq

    Tam oxu »
  • GƏRƏNƏMƏX’

    (Bərdə, Borçalı) yayılmaq (qoyun-quzuya aiddir). – Qoyun otdar gərənər, otdadıxca gərənər (Borçalı)

    Tam oxu »
  • GƏRƏNİMƏK

    (Cəbrayıl, Ucar) bax gərənəməx’. – Qoyun gərəniyib (Ucar)

    Tam oxu »
  • GƏRGƏC

    (İmişli) bax gərgəncə. – Dərini gətirib ağac gərgəcə çəkirik

    Tam oxu »
  • GƏRGƏNCƏ

    (Ağdam) dəri qurutmaq üçün alət (çarmıx) ◊ Gərgəncə verməx’ – dərini qurutmaq üçün tarıma çəkmək

    Tam oxu »
  • GƏRGİ

    I (Hamamlı) arakəsmə (tövlədə). – İnəx’ gərgiyi qırıfdı II (Çənbərək) eyvanda və ya balkonda paltar qurutmaq üçün yer

    Tam oxu »
  • GƏRGİNO

    (İsmayıllı) damın üstünə tökülən torpağı bərkitmək üçün istifadə olunan kötük, alət. – Yağış bərkitməmiş, a uşağlar, çıxu:z gərginonan damın üssün ham

    Tam oxu »
  • GƏRİX’

    (Basarkeçər) qolsuz sırıqlı (qadın üçün)

    Tam oxu »
  • GƏRMAN

    (Meğri) boğazda və ya qoltuqda əmələ gələn şiş

    Tam oxu »
  • GƏRMƏ

    (Ağdam, Bərdə, Gədəbəy, Kürdəmir, Qazax, Şəmkir, Tərtər, Tovuz, Ucar) bax gəmrə (1-ci məna). – Qışa heç odunumuz yoxdu, bir gərmədən başqa (Tovuz)

    Tam oxu »
  • GƏRMƏK

    (Cəlilabad, Füzuli, Lənkəran, Ucar) yemiş növü adı. – Gərmək çox şirin olur (Ucar)

    Tam oxu »
  • GƏRMƏLMƏX’

    (Çənbərək) yandırmaq üçün tapdanıb qurudulmuş mal nəcisini bellə kəsmək

    Tam oxu »
  • GƏRMƏŞOY

    (Oğuz, Şəmkir) qəhvəyi rəngli, yumşaq qabıqlı ağac növü. – Gərməşoydan yaxşı əl ağacı olur (Oğuz)

    Tam oxu »
  • GƏRMƏŞÖY

    (Borçalı, Qazax) bax gərməşoy

    Tam oxu »
  • GƏRPƏLİ

    (Cəlilabad) qol-budaqlı. – O ağac gərpəliydi

    Tam oxu »
  • GƏRRƏNMƏX’

    (Gədəbəy, Qazax, Tovuz) kobudlaşmaq, yoğunlaşmaq (səsə aiddir). – So:x dəyif deyni səsi yaman gərrənif (Tovuz)

    Tam oxu »
  • GƏRRƏŞMƏX’

    (Qazax, Tovuz) bax gərrənməx’

    Tam oxu »
  • GƏRRİG

    (Sabirabad) çəkilik, cır tut bağı

    Tam oxu »
  • GƏRZƏK

    (Qəbələ) bax gəzzək

    Tam oxu »
  • GƏ:Sİ

    (Bakı) bəzisi. – Gə:si belə di:r, gə:si helə

    Tam oxu »
  • GƏ:ŞİK

    (Kürdəmir) bax gq:şıx

    Tam oxu »
  • GƏTİRGƏ

    (Salyan) ağacda əmələ gələn yapışqan. – Gətirgə ağajda olır

    Tam oxu »
  • GƏ:V

    (Culfa, Şahbuz, Şərur, Zəngilan) bax gev. – De:llər ki, Həsənin gə:vi xəsdədi (Zəngilan); – O oğlan həm gə:vimdi, həm də əmim oğludi (Culfa)

    Tam oxu »
  • GƏVƏN

    (Ağbaba, Kürdəmir, Təbriz, Ordubad) yabanı bitki adı (yağından dərman kimi istifadə olunur). – Gəvən yağınnan dərman hazırranır (Ordubad)

    Tam oxu »
  • GƏVƏNNƏŞMƏG

    (Salyan) böyüdükcə qol-budaqları şaxələnərək aşağı əyilmək (ağaca aiddir). – Bı ağac çox gəvənnəşib

    Tam oxu »
  • GƏVƏRƏ

    (Salyan) çoxdanışan, boşboğaz. – Çərkəz gəvərə danışan adamdı

    Tam oxu »
  • GƏVƏŞ

    (Kürdəmir, Naxçıvan, Sabirabad, Tovuz) bax gəbəş. – Gəvəş adam tənbəl olar (Füzuli)

    Tam oxu »
  • GƏVƏZ

    (Naxçıvan) çoxdanışan, boşboğaz

    Tam oxu »
  • GƏVƏZƏ

    (Ağdaş, Basarkeçər, Borçalı, Böyük Qarakilsə, Gəncə, Kürdəmir, Qazax, Naxçıvan, Salyan) bax gəvəz. – Məylisdə çox danışdığı üçün ona gəvəzə və laqqal

    Tam oxu »
  • GƏVƏZƏX’

    (Ağdam) bax gəvəz

    Tam oxu »
  • GƏVGƏZ

    I (Cəbrayıl) çox qoca II (Zəngilan) tərəvəz və bostan bitkilərini korlayan ziyanverici qurd. – Gəvgəz bamadoru da kökünnən kəsir

    Tam oxu »
  • GƏVİL

    (Ağdam, Ağcabədi) meyvəsi yeyilən yabanı bitki adı. – Gəvildən şoraba qoyuf yi:llər (Ağdam); – Gəvildən yaxşı şoraba olur (Ağcabədi)

    Tam oxu »
  • GƏVREX’

    (Meğri) kövrək. – Gəvrex’ odundu, baltanı vuran kimin şilix’-şilix’ olecex’

    Tam oxu »
  • GƏVRƏX’

    (Qarakilsə) bax gəvrex’. – Gəvrəx’ tez sınar

    Tam oxu »
  • GƏYAL

    (Oğuz) kəsək. – Yeri sürəndə görürük kü, yer gəyallı oldu, diyirik ki, bir mala qoşax yerin gəyalını əssin <əzsin>

    Tam oxu »
  • GƏYAN

    (Ordubad) bax gəvən

    Tam oxu »
  • GƏYƏN

    I (Biləsuvar, Ordubad) ikirəng II (Qazax) aylı, aydın (gecə). – Gəyən gejələrdə yeri əx’məy olar

    Tam oxu »
  • GƏYƏV

    (Cəbrayıl) kürəkən

    Tam oxu »
  • GƏYİŞMƏG

    (Lerik, Yardımlı) məsləhətləşmək

    Tam oxu »
  • GƏYNİMƏX’

    (Ağbaba) açılmaq. – Hava yavaş-yavaş gəyniyir

    Tam oxu »
  • GƏZ

    I (Göyçay, Kürdəmir, Mingəçevir, Oğuz, Ucar) çəpərin tapdanmış, iz düşmüş yeri. – Çəpərə gəz düşüp (Kürdəmir); – Gamış gəzdən keşdi (Ucar) II (Cəbrayı

    Tam oxu »
  • GƏZAL

    (Ağdaş, Göyçay, Kürdəmir, Ucar) bax gazal. – Gəzal çox acı olur (Ağdaş); – Gəzalnan keşmişdə yara sağaldırdılar (Ucar)

    Tam oxu »
  • GƏZALIŞ

    (Kürdəmir) sarımtıl. – Naxoşun rəngi gəzalış olur

    Tam oxu »
  • GƏZAN

    (Ağdam) gön doğrayan alət. – Gəzan al, gönü doğra

    Tam oxu »
  • GƏZDƏX’

    (Çənbərək, Qazax) aşırım, dağ keçidi. – Gəzdəx’də mal həmməşə müələ yığılır (Çənbərək)

    Tam oxu »
  • GƏZDƏMƏG

    (Yardımlı) nişan vurmaq. – Əğəci gəzdə aparmasunnər

    Tam oxu »
  • GƏZDƏMƏX’

    (Ağdam) vəlin altına daş və dəmir parçaları keçirmək. – Vəlin altın gəzdiyirdix’, daş doldururdux

    Tam oxu »
  • GƏZDİK

    (Yardımlı) bıçaq

    Tam oxu »
  • GƏZƏ

    (Dərbənd) bax gezə

    Tam oxu »
  • GƏZƏL

    (Ağcabədi, Basarkeçər, Borçalı, Füzuli, Gədəbəy, Xocavənd, Qazax, Tovuz) bax gazal. – Eymiyi gəzəlnən də boamağ olor (Gədəbəy); – Gəzəlnən ip boaner (

    Tam oxu »