Azərbaycan dilinin dialektoloji lüğəti.

  • GÜMÜLTÜ

    (Qazax) zümzümə

    Tam oxu »
  • GÜNAĞAŞI

    (Şəmkir) gün düşən yer. – Gəlin bu günağaşıda oturuf bir əz qızınax

    Tam oxu »
  • GÜNA:RŞI

    (Tovuz) bax günağaşı. – Yayda güna:rşıda otumazdar, qışda oturallar

    Tam oxu »
  • GÜNAŞMAX

    (Qazax) məhsulu əməkgününə görə bölmək

    Tam oxu »
  • GÜNDƏXOŞ

    (Bakı) bax gündəquş

    Tam oxu »
  • GÜNDƏQUŞ

    (Bakı) şərq

    Tam oxu »
  • GÜNDOĞUŞ

    (Bakı, Lənkəran) 1. b a x gündəquş 2. şərq küləyi

    Tam oxu »
  • GÜNDÜC

    (Zaqatala) böyük iynə. – Corablarmı gündüclə yama

    Tam oxu »
  • GÜNDÜRRÜG

    (İmişli) yaşayış, dolanacaq. – So:ra gündürrügləri olmadı, dolanışığ pis oldı

    Tam oxu »
  • GÜNƏBAXAN

    (Ağcabədi, Ağdam, Bərdə, Salyan, Zərdab) körpə quzu saxlanılan yer. – Quzuları günəbaxana saldım (Ağdam); – Quyi kimi yer qazırduğ, ona günəbaxan deyi

    Tam oxu »
  • GÜNƏLGƏ

    (Bərdə) daldalanacaq. – Yevlaxdan gələndə yolda məni yağış tutdu, dönüf qarağacın divində özümə günəlgə qayırdım

    Tam oxu »
  • GÜNGƏNƏ

    (Zaqatala) buğda növü

    Tam oxu »
  • GÜNİ

    (Təbriz) ot tayası. – Qurumuş otı gətirrux, qapıda güni düzəldirux

    Tam oxu »
  • GÜNKÜR

    (Qusar) qozbel

    Tam oxu »
  • GÜNNÜX’

    (Gədəbəy, Qazax) bir gündə şumlanmış sahə. – Qalxozun çox günnüx’ləri var (Gədəbəy)

    Tam oxu »
  • GÜNNÜK

    I (Zəngilan) əməkgünü II (Yardımlı) papağın günlük hissəsi

    Tam oxu »
  • GÜNÖYSÜ

    (Gədəbəy) gündüşən (yer). – Günöysü yerin otu tez çalıner

    Tam oxu »
  • GÜNSÜX’

    (Tovuz) günün təsiri ilə xarab olan, çürüyən (qatığa aiddir). – Günsüx’ qatığı itə atallar, a bajı

    Tam oxu »
  • GÜNSÜMƏX’

    I (Çənbərək) boş, bikar gəzmək. – Usuf günüzü axşamatana aralıxlarda günsüyür II (Tovuz) günün təsiri ilə xarab olmaq, çürümək (qatığa aiddir)

    Tam oxu »
  • GÜNÜ

    (Gədəbəy) xalçaçılıqda istifadə olunan alət. – Günü düzətdiηizmi xanıya?

    Tam oxu »
  • GÜNÜK

    (Borçalı) bir hektar yer

    Tam oxu »
  • GÜNYƏ

    (Tovuz) sütunların baş tərəfinə vurulan bəzəkli taxta

    Tam oxu »
  • GÜPSƏMAX

    (Təbriz) yıxmaq, arxasını yerə vurmaq. – Qardəşim onu güpsəmişdi yerə

    Tam oxu »
  • GÜRDƏX’

    I (Cəbrayıl, Zəngilan) iri üzüm salxımı. – Bir gürdəx’ yedim qarnımı doydudu, düz bir kilov olardı (Zəngilan) II (Lerik) qar topası

    Tam oxu »
  • GÜRDİG

    (Yevlax) çuxur yerlərə dolmuş qar

    Tam oxu »
  • GÜRGƏLƏMƏX’

    (Cəbrayıl) gözümçıxdıya salmaq, bezikdirmək. – A:z, o da bacı qızıdı dayna, uşağı niyə gürgəliyirsəη

    Tam oxu »
  • GÜRGƏNƏ

    (Meğri) qorxaq. – Gözüm su işmer Fəxratdan, çox gürgənə uşaxdı

    Tam oxu »
  • GÜRGƏNİ

    (Ağdam, Bərdə, Borçalı) buğda növü. – Gürgəni buğdanın çörəyi yaxşı olmur (Ağdam)

    Tam oxu »
  • GÜRGƏVAZ

    (Ağbaba) biabır, rüsvay. – El içində gürgəvaz olmax çox pis işdi

    Tam oxu »
  • GÜRNƏC

    (Tovuz) bax kürnəc. – Heyvannarı isdidə gürnəcə yığırıx

    Tam oxu »
  • GÜRNƏŞDƏMƏX’

    (Gədəbəy, Hamamlı) istidən bir yerə toplaşmaq, sıxlaşmaq (qoyunlara aiddir). – Qoyunnar issidə gürnəşdənər (Hamamlı)

    Tam oxu »
  • GÜRNƏŞMƏX’

    (Xanlar) bax gürnəşdəməx’. – İsdi havada gürnəşər qoyun-quzu

    Tam oxu »
  • GÜRNİ

    (Salyan) saxsı suqabı. – Gürnini mə: ver, Əli; – Gürniyə su töküllər

    Tam oxu »
  • GÜRPƏZDƏMƏX’

    (Şəmkir) çalxamaq (nehrəni). – Nehrə:n ağzın səleynən sələli:rsəη, soηra gürpəzdi:rsəη yağ olur

    Tam oxu »
  • GÜRPÜŞDÜRMƏX’

    (Qazax) çalxamaq (nehrəni). – Gə nəhreyi gürpüşdürəx’, görəx’ kim-kimi yorajax

    Tam oxu »
  • GÜRŞAD

    (Göyçay, Qazax, Sabirabad, Salyan) bax gurşad. – Gürşad yazza, payızza çoxalır (Salyan)

    Tam oxu »
  • GÜRŞAT

    (Lerik, Yardımlı) leysan, güclü yağış. – Çölə çıxmalı döy, gürşat tökey (Yardımlı)

    Tam oxu »
  • GÜRŞƏD

    (Gədəbəy) bax gurşad

    Tam oxu »
  • GÜRULDUX

    (Oğuz) şəlalə

    Tam oxu »
  • GÜRVƏ

    (Quba) 1. külbə (təndirdə) 2. evin havasını dəyişdirmək üçün divarda düzəldilən xüsusi yer, yelçəkər

    Tam oxu »
  • GÜŞAT

    (Salyan) ağzıaçıq çəllək. – Güşata su doldur, durulsun

    Tam oxu »
  • GÜŞDİ

    (Ordubad) şaftalı

    Tam oxu »
  • GÜVƏLƏMAX

    (Zaqatala) tələsik yemək. – O, çörək güvəliyip gitdi

    Tam oxu »
  • GÜYÜ

    (Quba) cır alma. – Uşaxlar meşədən çuxli güyü yığdılar

    Tam oxu »
  • GÜYÜM

    (Balakən, Cəbrayıl, Gəncə, Kürdəmir, Qax, Oğuz, Şəki, Tovuz, Yevlax, Zəngilan, Zərdab) mis səhəng. – Güyümü götü suya gidax (Oğuz); – A:za, vadanoy di

    Tam oxu »
  • GÜZ

    I (Əli Bayramlı, Sabirabad, Salyan) bax küz II (Əli Bayramlı, Xanlar, Sabirabad, Salyan) 1. payızlıq şum (Əli Bayramlı, Sabirabad, Salyan) 2

    Tam oxu »
  • GÜZDEX’

    (Şəki) payız otu, payızda göyərən ot. – Güzdex’ malı kökəldən şeydi

    Tam oxu »
  • GÜZDƏG

    (Biləsuvar) payızda qoyunquzu saxlanılan yer

    Tam oxu »
  • GÜZDƏX’

    I (Daşkəsən, Füzuli, Gədəbəy, Xanlar, Ordubad, Zəngilan) 1. b a x güzdex’ (Daşkəsən, Füzuli, Gədəbəy, Ordubad, Zəngilan)

    Tam oxu »
  • GÜZDÜX’

    (Basarkeçər, Çənbərək, Xanlar) payızlıq taxıl. – Ə:, malları qavala, güzdüyə doluf (Basarkeçər); – Malağanın dalındakı güzdüx’ yatıf deyn beçəliyif (Ç

    Tam oxu »