Azərbaycan dilinin frazeologiya lügəti

  • AĞACLARIN ARXASINDAN MEŞƏNİ GÖRMƏMƏK

    xırda detallara vararaq əsl mahiyyəti görməmək.

    Tam oxu »
  • AĞANƏZƏRƏM, BELƏ GƏZƏRƏM

    kefim belə istəyir, qabağımda bir adam dura bilməz; səlahiyyəti, gücü, imkanları çox olan, qəbul edilmiş qaydalara məhəl qoymayan lovğa və təkəbbürlü

    Tam oxu »
  • AĞI QARADAN SEÇMƏK

    yaxşını pisdən, xeyiri şərdən, müsbəti mənfidən fərqləndirə bilmək; ~ tükü tükdən seçmək, buğdanı qılçıqdan ayırmaq

    Tam oxu »
  • AĞI QOYUB QARAYA GETMƏK

    düzgün seçim etməmək, şərə xidmət etmək.

    Tam oxu »
  • AĞIL-AĞILA VERMƏK

    bir yerdə oturub düşünmək, fikirləşmək, məsləhətləşmək.

    Tam oxu »
  • AĞIL DƏRYASI

    çox savadlı, mühakiməli, dərin məlumatlı (çox zaman zarafat və ya istehza məqsədilə işlədilir); ~ elm dəryası

    Tam oxu »
  • AĞIL QOYMAQ (ÖYRƏTMƏK)

    bax: ağıl vermək.

    Tam oxu »
  • AĞIL VERMƏK

    öyrətmək, izah etmək; ~ yol göstərmək, başına ağıl qoymaq, ağıl qoymaq (öyrətmək).

    Tam oxu »
  • AĞILDAN SEYRƏK (KƏM)

    axmaq, gic, səfeh, səy.

    Tam oxu »
  • AĞINA-BOZUNA BAXMAMAQ

    bir-birindən fərqləndirməmək, ucdantutma, necə gəldi eləmək, kortəbii şəkildə iş görmək; ~ gözüyumulu getmək

    Tam oxu »
  • AĞINI ÇIXARMAQ

    bax: ağ eləmək.

    Tam oxu »
  • AĞIR DAŞDAN YAPIŞMAQ

    bacarmadığı işə girişmək.

    Tam oxu »
  • AĞIR GƏLMƏK

    ciddi təsir etmək, toxunmaq, pis qəbul etmək.

    Tam oxu »
  • AĞIR OTURMAQ

    1. Ucuz bir şeyi baha qiymətə əldə etmək; ~ baha oturmaq, baha başa gəlmək. 2. Pis nəticələnmək.  3. Vüqarlı, ciddi olmaq; ~ ağır oturub batman gəlmək

    Tam oxu »
  • AĞIR OTURUB BATMAN GƏLMƏK

    ciddi, təmkinli, qürurlu olmaq, yersiz hərəkətlər etməmək; ~ ağır oturmaq.

    Tam oxu »
  • AĞIR TƏRPƏNMƏK

    tələsməmək, yubanmaq, ləng olmaq.

    Tam oxu »
  • AĞIR-YÜNGÜL ELƏMƏK

    yoxlamaq, ölçüb-biçmək,  fikirləşmək, düşünmək, götür-qoy eləmək.

    Tam oxu »
  • AĞIRLIĞINI ÇİYNİNDƏ DAŞIMAQ

    zəhmətinə, əziyyətinə qatlaşmaq, bir işin yükünü öz üzərinə götürmək.

    Tam oxu »
  • AĞIRLIĞINI ÜSTÜNƏ TÖKMƏK

    başqasına mənfi emosiya vermək.

    Tam oxu »
  • AĞIRLIQ MƏRKƏZİ

    bir şeyin əsası, özəyi, nüvəsi.

    Tam oxu »
  • AĞIZ AÇMAQ

    bir iş üçün xahiş etmək, kömək istəmək; ~ dil açmaq.

    Tam oxu »
  • AĞIZ-AĞIZA GƏLMƏK

    1. Hər hansı məsələ üstündə razılığa gəlməmək, fikir ayrılığı, bir məsələyə etiraz bildirmək.  2. Rastlaşmaq, üzbəüz gəlmək

    Tam oxu »
  • AĞIZ-AĞIZA VERMƏK

    1. Eyni vaxtda danışmaq, səs-küy yaratmaq;  mənasız yerə mübahisə etmək; ~ söz güləşdirmək.  2. Əvvəlcədən razılaşaraq eyni mövqedən çıxış etmək

    Tam oxu »
  • AĞIZ-AĞIZA YATMAQ

    bir-birindən ehtiyatlanmaq, qarşısındakından özünü qorumaq, tədbirli olmaq.

    Tam oxu »
  • AĞIZ BURMAQ

    narazılıq bildirmək, imtina etmək, xoşlamadığını bildirmək; ~ ağız büzmək, ağız-burun əymək, ağız-burnunu turşutmaq, üzünü turşutmaq, üz-gözünü turşut

    Tam oxu »
  • AĞIZ-BURNU OVULMAQ

    döyülmək, məğlub edilmək, zərbə almaq.

    Tam oxu »
  • AĞIZ-BURNUNU DÜZƏLTMƏK

    səliqə-sahman yaratmaq; ~ əl gəzdirmək.

    Tam oxu »
  • AĞIZ-BURNUNU TURŞUTMAQ

    narazılıq bildirmək, etiraz etmək, xoşlamadığını büruzə vermək; ~ ağız burmaq, ağız-burun əymək, ağız büzmək, üzünü turşutmaq, üz-gözünü turşutmaq, si

    Tam oxu »
  • AĞIZ-BURUN ƏYMƏK

    narazılıq bildirmək, imtina etmək, xoşlamadığını bildirmək; ~ ağız burmaq, ağız büzmək, ağız-burnunu turşutmaq, üzünü turşutmaq, üz-gözünü turşutmaq,

    Tam oxu »
  • AĞIZ BÜZMƏK

    narazılıq bildirmək, etiraz etmək, xoşlamadığını büruzə vermək; ~ ağız burmaq, ağız-burun əymək, ağız-burnunu turşutmaq, üzünü turşutmaq, üz-gözünü tu

    Tam oxu »
  • AĞIZ DEYƏNİ QULAQ EŞİTMİR

    heç kəsin bir-birini eşitmədiyi, dinləmədiyi səs-küylü yer haqqında işlədilən ifadə. 

    Tam oxu »
  • AĞIZDAN-AĞIZA DOLAŞMAQ

    səsi-sorağı hər yana yayılmaq, məşhurlaşmaq, şöhrətlənmək; ~ ağızlarda dolaşmaq, ağızlara düşmək, ağızdan-ağıza düşmək, ağızdan-ağıza gəzmək, ağızdan-

    Tam oxu »
  • AĞIZDAN-AĞIZA DÜŞMƏK

    bax: ağızdan-ağıza dolaşmaq.

    Tam oxu »
  • AĞIZDAN-AĞIZA GƏZMƏK

    bax: ağızdan-ağıza dolaşmaq.

    Tam oxu »
  • AĞIZDAN-AĞIZA KEÇMƏK

    bax: ağızdan-ağıza dolaşmaq.

    Tam oxu »
  • AĞIZDAN QAPMAQ

    fikri, deyiləni  tez başa düşmək, izaha ehtiyac olmadan tez anlamaq; ~ havada tutmaq (qapmaq).

    Tam oxu »
  • AĞIZDAN PƏRTÖV

    bax: ağızdan yava.

    Tam oxu »
  • AĞIZDAN YAVA

    danışığını bilməyən, kobud danışan; ~ ağızdan pərtöv, harsı-parsı bilməmək.

    Tam oxu »
  • AĞIZLARA DÜŞMƏK

    bax: ağızdan-ağıza dolaşmaq.

    Tam oxu »
  • AĞIZLARDA DOLAŞMAQ

    bax: ağızdan-ağıza dolaşmaq.

    Tam oxu »
  • AĞLA SIĞMAMAQ

    heç cür qavranıla, qəbul edilə bilməmək.

    Tam oxu »
  • AĞLAR GÜNƏ DÜŞMƏK (QALMAQ)

    bədbəxtliyə düçar olmaq, vəziyyəti pisləşmək, korlanmaq, xarab olmaq.

    Tam oxu »
  • AĞLAR GÜNƏ QOYMAQ (SALMAQ)

    bədbəxt etmək, korlamaq, xarab etmək.

    Tam oxu »
  • AĞLAŞMA QURMAQ (AÇMAQ)

    bərk narahatlıq keçirmək (bir şeydən bərk təlaş keçirən adamlar haqqında), birlikdə ağlamaq.

    Tam oxu »
  • AĞLI ALA QAYADADIR

    huşu dağınıq, fikri ayrı yerdə olan, diqqətini cəmləyə bilməyən adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • AĞLI AZMAQ

    sözünün, danışığının, hərəkətinin yerini bilməmək; ~ ağlını itirmək, başı xarab olmaq, ağlı başından oynamaq

    Tam oxu »
  • AĞLI BAŞINA GƏLMƏK

    ağıllanmaq, pis yoldan çəkinmək.

    Tam oxu »
  • AĞLI BAŞINDA OLMAQ

    ayıq olmaq, ağılla, düşüncəylə iş görmək; ağıllı olmaq.

    Tam oxu »
  • AĞLI BAŞINDAN ÇIXMAQ (GETMƏK)

    1. Dəli olmaq, səfehləmək; ~ ağlını itirmək, başına at təpmək.  2. Bərk hirslənmək; ~ acığı tutmaq.   3

    Tam oxu »
  • AĞLI BAŞINDAN OYNAMAQ

    dəli kimi olmaq; ~ ağlı çaşmaq, başına hava gəlmək, ağlı yerində olmamaq, ağlı azmaq.

    Tam oxu »