Azərbaycan dilinin frazeologiya lügəti

  • BİR DİLİ VAR, QIRX AÇARI

    ikiüzlü, riyakar adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • BİR DÜNYA

    çoxlu, hədsiz; ~ bir aləm.

    Tam oxu »
  • BİR EŞŞƏYƏ MİNİB ƏLLİSİNİ DÖYƏCLƏMƏK

    hər işə qarışmaq, acgözlük, görməmişlik etmək; ~ bir ağacda oturub min budağı silkələmək.

    Tam oxu »
  • BİR EVİN DİRƏYİ

    qoçaq, bacarıqlı, işgüzar; ~ yıxılı evin dirəyidir, uçulu evin dirəyidir.

    Tam oxu »
  • BİR ƏLDƏ İKİ (BEŞ) QARPIZ TUTMAQ

    eyni vaxtda bir neçə iş görməyə çalışmaq; ~ işi işə qatmaq.

    Tam oxu »
  • BİR ƏLDƏ OLMAQ

    birləşdirmək, mərkəzləşdirmək; monopoliya yaratmaq.

    Tam oxu »
  • BİR ƏLİ AĞZINDA OLMAQ

    ara vermədən nəsə yemək; ~ çənəsi işləmək, çənəsi boş dayanmamaq (durmamaq).

    Tam oxu »
  • BİR ƏLİ, BİR BAŞI OLMAQ (QALMAQ)

    tək yaşamaq, külfəti olmamaq, əl-ayağına dolaşanı olmamaq.

    Tam oxu »
  • BİR ƏLİ ÜSTÜNDƏ OLMAQ

    davamlı qayğı göstərmək, himayə etmək.

    Tam oxu »
  • BİR ƏLİ YAĞDA, BİR ƏLİ BALDA OLMAQ

    maddi vəziyyəti yaxşı olmaq, bolluq içində olmaq.

    Tam oxu »
  • BİR ƏTƏK

    çoxlu, xeyli (pul, qızıl və s.).

    Tam oxu »
  • BİR GÖZ QIRPIMINDA

    bir anda; ~ göz açıb-yumunca, qaşla göz arasında, göz qırpımındа.

    Tam oxu »
  • BİR GÖZDƏ GÖRMƏK

    ayrı-seçkilik etməmək, fərq qoymamaq, ədalətli yanaşmaq.

    Tam oxu »
  • BİR GÖZÜ ALMA DƏRİR, BİR GÖZÜ SƏBƏTƏ QOYUR

    bax: bir gözü çaya (ala dağa) baxır, bir gözü aya (qara dağa).

    Tam oxu »
  • BİR GÖZÜ ÇAYA (ALA DAĞA) BAXIR, BİR GÖZÜ AYA (QARA DAĞA)

    çəpgöz adam haqqında işlədilən ifadə; ~ bir gözü alma dərir, bir gözü səbətə qoyur.

    Tam oxu »
  • BİR GÜLLƏ İLƏ İKİ DOVŞAN VURMAQ

    bir hərəkətlə iki problemi həll etmək.

    Tam oxu »
  • BİR GÜN GÖRMƏMƏK

    bax: gün görməmək.

    Tam oxu »
  • BİR HƏSİRDİR, BİR MƏMMƏDNƏSİR

    çox kasıb, yoxsul adam haqqında deyilən ifadə; ~ bir lələdir, bir şələ, barmağını sormaq.

    Tam oxu »
  • BİR HİMƏ BƏNDDİR

    hər hansı səbəbdən gərginləşmiş və hər an istənilən addımı atmağa hazır olan şəxs haqqında işlədilən ifadə

    Tam oxu »
  • BİR XƏMİRDƏN YOĞRULMAQ

    oxşar xasiyyətlərə malik olmaq; ~ bir bezin qırağı olmaq.

    Tam oxu »
  • BİR-İKİ AĞIZ DEMƏK

    oxumaq, zümzümə etmək.

    Tam oxu »
  • BİR İŞDƏ BARMAĞI (ƏLİ) OLMAQ

    bax: barmağı olmaq (işləmək).

    Tam oxu »
  • BİR İŞİN QULPUNDAN YAPIŞMAQ

    bir işə girişmək, işləmək, bir işlə məşğul olmaq; ~ bir baltaya sap olmaq.

    Tam oxu »
  • BİR KƏFƏNƏ QOYMAQ (BÜKMƏK)

    bax: eyni gözdə görmək.

    Tam oxu »
  • BİR KÖYNƏK ƏT TÖKMƏK

    bax: köynək-köynək ət tökmək.

    Tam oxu »
  • BİR KÖYNƏK YAXIN OLMAQ

    başqalarına nisbətən kiməsə daha yaxın olmaq.

    Tam oxu »
  • BİR KÖYNƏKDƏ QALMAQ

    kasıblaşmaq, kasıb olmaq, hər şeyi əlindən alınmaq.

    Tam oxu »
  • BİR QARA QƏPİKLİK OLMAQ

    hörmətsiz olmaq; ~ nüfuzdan düşmək.

    Tam oxu »
  • BİR QARA PULA DƏYMƏZ

    heç bir qiyməti, dəyəri, əhəmiyyəti olmayan insan və ya əşya haqqında işlədilən ifadə; ~ çöpə dəyməz, beş qəpiyə dəyməz

    Tam oxu »
  • BİR QARNI AC, BİR QARNI TOX

    yarıac, yarıtox, yoxsul adam haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR QƏPİYƏ DƏYMƏZ

    bax: bir qara pula dəyməz.

    Tam oxu »
  • BİR QƏPİYƏ (ŞAHIYA) GÜLLƏ ATMAQ

    bax: qəpiyə güllə atmaq.

    Tam oxu »
  • BİR QƏPİYİ (ŞAHISI) ÇIXINCA CANI ÇIXIR

    xəsis adamlar haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR QULAĞINDAN ALIB O BİRİ QULAĞINDAN VERMƏK (ÖTÜRMƏK)

    deyilənə əhəmiyyət verməmək, saymazlıq göstərmək; ~ vecinə almamaq, söz batmamaq, sağ qulağından alıb sol qulağından vermək (ötürmək)

    Tam oxu »
  • BİR QURAN SÖZ DANIŞMAQ

    məsələni təfsilatı ilə izah etmək, bir şey barədə geniş danışmaq.

    Tam oxu »
  • BİR QURTUM SU İÇMƏK KİMİ

    çox asan, çox sadə.

    Tam oxu »
  • BİR LƏLƏDİR, BİR ŞƏLƏ

    bax: bir həsirdir, bir Məmmədnəsir.

    Tam oxu »
  • BİR MEDALIN İKİ ÜZÜ

    bax: bir almanın iki üzü.

    Tam oxu »
  • BİR MİSQAL DİLİNİ QOYUB BİR BATMAN BAŞI İLƏ DANIŞMAQ

    deyilən şeyə və ya soruşulan suala baş hərəkəti ilə cavab vermək.

    Tam oxu »
  • BİR NARIM VAR, QIRX YARIM

    maddi vəziyyəti çətin, ailəsi böyük olan adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • BİR NÖKƏRİN İKİ AĞASI OLMAQ

    bir işin iki sahibinin olması, qarışıqlıq.

    Tam oxu »
  • BİR NÖQTƏYƏ VURMAQ

    eyni mövqedən çıxış etmək, sözü bir olmaq, birlikdə hərəkət etmək.

    Tam oxu »
  • BİR OVUC

    az, lap az, cüzi.

    Tam oxu »
  • BİR PARÇA ƏPPƏK OLUB GÖYƏ ÇƏKİLMƏK

    bax: əppək olub göyə çəkilmək.

    Tam oxu »
  • BİR SAÇINI AĞ, BİR SAÇINI QARA HÖRMƏK

    bax: saçının birini ağ, birini qara hörmək.

    Tam oxu »
  • BİR SÖZÜN ÜSTÜNDƏ DURMAQ

    eyni şeyləri təkrar etmək, inad etmək.

    Tam oxu »
  • BİR SÖZÜNÜ BEŞ BATMAN BALLA YEMƏK OLMAZ

    kobud, acı danışanlar haqqında işlədilən ifadə.

    Tam oxu »
  • BİR SÖZÜNÜ İKİ ELƏMƏMƏK

    deyiləni qəbul etmək, etiraz etməmək, tabe olmaq; ~ öl deyəndə ölmək, qal deyəndə qalmaq, mil durmaq (dayanmaq)

    Tam oxu »
  • BİR SUYU OXŞAMAQ

    hansısa bir əlamətə görə, az da olsa, kiməsə oxşamaq; bir çox hallarda eyni soydan, nəsildən olmağa işarə

    Tam oxu »
  • BİR ŞEİR DEYİB QAFİYƏSİNDƏ QALMAQ

    başladığı işi yarımçıq qoymaq.

    Tam oxu »