Azərbaycan dilinin frazeologiya lügəti

  • BOĞAZINA BAĞLAMAQ

    zorla və ya hiylə ilə qəbul etdirmək; ~ boynuna qoymaq.

    Tam oxu »
  • BOĞAZINA ÇÖKMƏK

    çıxılmaz vəziyyətə salmaq, bir şeyə məcbur etmək; ~ divara dirəmək (qısnamaq).

    Tam oxu »
  • BOĞAZINA İP SALMAQ

    özünə tabe etmək; ~ başına xalta salmaq, boynuna xalta keçirmək.

    Tam oxu »
  • BOĞAZINA KEÇİRMƏK

    birini başqasına calamaq, ilişdirmək, qəmiş eləmək.

    Tam oxu »
  • BOĞAZINA KEÇMƏK

    özünü zorla sırımaq, əl çəkməmək, qəmiş olmaq.

    Tam oxu »
  • BOĞAZINA KƏNDİR SALMAQ

    kimisə ələ alıb arxasınca aparmaq.

    Tam oxu »
  • BOĞAZINA QURĞUŞUN DOLDURMAQ

    işgəncə vermək, əziyyət etmək.

    Tam oxu »
  • BOĞAZINA ŞƏRİK ÇIXMAQ

    başqasının puluna, var-dövlətinə şərik çıxmaq.

    Tam oxu »
  • BOĞAZINDA BAŞMAQ TAYI QALMAQ

    susmaq, danışmamaq, kənarda qalıb məsələyə qarışmamaq.

    Tam oxu »
  • BOĞAZINDA DÜYÜNLƏNMƏK

    1. Demək istədiyini həyəcandan deyə bilməmək.  2. Həyəcandan, qorxudan yemək yeyə bilməmək.

    Tam oxu »
  • BOĞAZINDA QALMAQ

    dan. istəyinə, arzusuna nail olmamaq (mənfi çalarda); ~ gözündə qalmaq, ürəyində qalmaq.

    Tam oxu »
  • BOĞAZINDAN ÇIXARIB VERMƏK

    özünə yararlı olan bir şeyi məcburiyyət qarşısında qalıb başqasına vermək, özünün ehtiyacı olduğu halda başqasına maddi köməklik etmək

    Tam oxu »
  • BOĞAZINDAN ÇIXARMAQ

    qismət olmamaq, əlində olan bir şeyi itirmək.

    Tam oxu »
  • BOĞAZINDAN KƏSMƏK

    yemək-içməyə ciddi qənaət etmək, qıymamaq; özünə korluq vermək hesabına başqasına yardım etmək.

    Tam oxu »
  • BOĞAZINDAN SU KEÇMƏMƏK

    kədərlənmək, xiffət etmək, üzülmək.

    Tam oxu »
  • BOĞAZINDAN YAPIŞMAQ

    çətin vəziyyətə salmaq, bir şeyə məcbur etmək.

    Tam oxu »
  • BOĞAZINI ARITLAMAQ

    öskürməklə boğazını təmizləmək, danışmağa hazırlaşmaq.

    Tam oxu »
  • BOĞAZINI KƏNDİRDƏN QURTARMAQ

    çətin vəziyyətdən qurtarmaq, xilas etmək.

    Tam oxu »
  • BOĞAZINI KƏNDİRƏ VERMƏMƏK

    təslim olmamaq, inadkarlıq göstərmək.

    Tam oxu »
  • BOĞAZINI QƏHƏR TUTMAQ

    bax: qəhər tutmaq.

    Tam oxu »
  • BOĞAZINI YAĞLAMAQ

    dan. rüşvət vermək.

    Tam oxu »
  • BOĞAZINI YAŞLAMAQ (İSLATMAQ)

    dan. bir az içki içmək (əsasən, alkoqol nəzərdə tutulur).

    Tam oxu »
  • BOĞAZINI YIRTMAQ (CIRMAQ)

    dan. ucadan və əsəbi danışmaq, qışqırmaq; bir şey haqqında təkrar-təkrar və səmərəsiz yerə danışmaq.

    Tam oxu »
  • BOĞAZININ QULU OLMAQ

    ancaq maddiyyat haqqında düşünmək, öz mənfəətini güdmək, çox yeməyə həris olmaq; ~ nəfsinin qulu olmaq

    Tam oxu »
  • BOMBA PARTLATMAQ

    qeyri-adi bir şey eləmək.

    Tam oxu »
  • BOMBOZ BOZARMAQ

    1. Rəngi solmaq.  2. Əsəbdən üz ifadəsi dəyişmək.

    Tam oxu »
  • BORC İÇİNDƏ ÜZMƏK

    çoxlu borcu olmaq; ~ borcu xirtdəyə çıxmaq, xərcə-borca düşmək.

    Tam oxu »
  • BORC OLSUN

    birinin pisliyi müqabilində nə vaxtsa əvəz çıxacağını bildirən hədələyici ifadə.

    Tam oxu »
  • BORCDAN ÇIXMAQ

    əvəzini vermək, minnətdən çıxmaq, qarşılığını vermək.

    Tam oxu »
  • BORCLU ÇIXARMAQ

    başqasını əsassız yerə günahlandırmaq, haqsız hesab etmək; ~ minnət qoymaq.

    Tam oxu »
  • BORCU XİRTDƏYƏ ÇIXMAQ

    bax: borc içində üzmək.

    Tam oxu »
  • BORDAĞA BAĞLAMAQ

    kökəltmək, yedirib-içirmək, rahat həyat yaşatmaq.

    Tam oxu »
  • BORDAQDA SAXLAMAQ

    bax: bordağa bağlamaq.

    Tam oxu »
  • BOSTANI BAR GƏTİRMƏMƏK

    əziyyəti puça getmək, zəhmətinin qarşılığını almamaq.

    Tam oxu »
  • BOSTANINA DAŞ ATMAQ

    sataşmaq, qıcıqlandırıcı hərəkətlər etmək.

    Tam oxu »
  • BOŞ BURAXMAQ

    bax: boş tutmaq.

    Tam oxu »
  • BOŞ DAMAR

    zəif cəhət, qüsur, xarakterin zəif tərəfi; ~ zəif damar.

    Tam oxu »
  • BOŞ DAMARINI TUTMAQ

    kiminsə zəif cəhətindən istifadə etmək.

    Tam oxu »
  • BOŞ TUTMAQ

    məsuliyyətsizlik etmək, ciddi yanaşmamaq; ~ dərinə getməmək, boş buraxmaq, işin dalına düşməmək. 

    Tam oxu »
  • BOŞ VERMƏK

    ciddiyə almamaq, əhəmiyyət verməmək.

    Tam oxu »
  • BOŞA ÇIXMAQ (GETMƏK)

    1. Gözlədiyi olmamaq, puç olmaq, heç bir nəticə verməmək, niyyəti baş tutmamaq; ~ puça çıxmaq, fıs çıxmaq, bada getmək, hədər getmək

    Tam oxu »
  • BOŞQAB DİBİ YALAMAQ

    yaltaqlanmaq; ~ qazan dibi yalamaq, quyruq bulamaq.

    Tam oxu »
  • BOŞLUQ ETMƏK

    məsuliyyətsizlik etmək; iradəsiz olmaq.

    Tam oxu »
  • BOY ATMAQ

    böyümək, inkişaf etmək; ~ boya vermək.

    Tam oxu »
  • BOY-BOYA VERMƏK

    ayaq üstə yanaşı dayanmaq.

    Tam oxu »
  • BOY GÖSTƏRMƏK

    hansısa xidmətləri ilə tanınmaq, seçilmək, məşhurlaşmaq.

    Tam oxu »
  • BOY OXŞAMAQ

    əzizləyərək xoş sözlər demək.

    Tam oxu »
  • BOY VERMƏK

    1. Boyca, yaxud uzunluqca bərabər olmaq.  2. Adam boyundan yuxarı olmamaq (suyun səviyyəsi).

    Tam oxu »
  • BOYA-BAŞA ÇATDIRMAQ

    böyütmək, yetişdirmək; ~ ərsəyə çatdırmaq.

    Tam oxu »
  • BOYA VERMƏK

    uzanmaq, boy atmaq.

    Tam oxu »