Azərbaycan dilinin frazeologiya lügəti

  • İŞARƏ VURMAQ

    sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək; ~ söz atmaq.

    Tam oxu »
  • İŞDƏN BOYUN QAÇIRMAQ

    iş görmək istəməmək, imtina etmək və ya bunun üçün bəhanə gətirmək; ~ özünü işə verməmək, canını işə verməmək

    Tam oxu »
  • İŞDƏN GÖZ AÇMAMAQ

    işi çox olmaq, macalı olmamaq; ~ göz aça bilməmək.

    Tam oxu »
  • İŞDƏN-GÜCDƏN QALMAQ

    hər hansı səbəbdən işə getməmək; işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək.

    Tam oxu »
  • İŞDƏN SOYUMAQ

    bax: əli işdən soyumaq.

    Tam oxu »
  • İŞƏ BAXMAQ

    məhkəmə prosesini aparmaq, araşdırmaq.

    Tam oxu »
  • İŞƏ DÜŞMƏK

    1. Çətinlik yaranmaq, çətinliklə üzləşmək; ~ başına qəza gəlmək, başını cəncələ salmaq, iş açmaq.  2

    Tam oxu »
  • İŞƏ DÜZƏLMƏK

    bir vəzifədə işə başlamaq, işləmək, çalışmaq, məşğul olmaq.

    Tam oxu »
  • İŞƏ DÜZƏLTMƏK

    bir yerdə işləməsinə imkan yaratmaq, vəzifəyə qoymaq.

    Tam oxu »
  • İŞƏ KEÇİRMƏK

    yararsız, lazımsız bir şeyi kiməsə sırımaq, xırıd eləmək.

    Tam oxu »
  • İŞƏ KEÇMƏMƏK

    alınmamaq, reallaşmamaq, dolaşıqlıqla üzləşmək; gərəksiz, lazımsız olmaq.

    Tam oxu »
  • İŞƏ QARIŞMAQ

    müdaxilə etmək, işin gedişinə təsir etmək; ~ əl vurmaq.

    Tam oxu »
  • İŞƏ SALMAQ

    1. İşlətməyə başlamaq, işlətmək; ~ hərəkətə gətirmək.  2. Dolaşdırmaq, çətin vəziyyətə düşməsinə səbəb olmaq; ~ başına bəla açmaq (gətirmək), kələyə s

    Tam oxu »
  • İŞƏ YARAMAQ

    bax: karına gəlmək.

    Tam oxu »
  • İŞIĞA GƏLMƏK

    gözlənilmədən bir-birinin ardınca çox adam gəlmək, gurluq olmaq.

    Tam oxu »
  • İŞIĞA KOR BAXIM

    dan. birisinin yalan demədiyini, yalnız həqiqəti söylədiyini təsdiqləmək üçün işlətdiyi ifadə, and.

    Tam oxu »
  • İŞIĞI SÖNMƏK (QARALMAQ)

    bax: ocağı sönmək (qaralmaq).

    Tam oxu »
  • İŞIQ GƏLƏN YERƏ BARMAQ TIXAMAQ

    özünə ziyan vurmaq, xeyrini bilməmək; ~ oturduğu budağı baltalamaq (kəsmək), xeyir gələn yerə papaq (barmaq) tıxamaq

    Tam oxu »
  • İŞIQ GÖZÜ

    səhər açılan vaxt, gündüz vaxtı.

    Tam oxu »
  • İŞIQ ÜZÜ GÖRMƏK

    1. Çapdan çıxmaq, çap edilmək, nəşr olunmaq.  2. Azadlığa çıxmaq, sərbəst, asudə olmaq.

    Tam oxu »
  • İŞIQ ÜZÜNƏ HƏSRƏT QALMAQ

    daim qapalı bir yerdə oturmaq, açıq havaya çıxmamaq və ya çıxa bilməmək.

    Tam oxu »
  • İŞIQLI DÜNYA

    yaşadığımız aləm, bu dünya, həyat.

    Tam oxu »
  • İŞIQLI DÜNYAYA HƏSRƏT QOYMAQ

    kor etmək, gözlərini çıxarmaq.

    Tam oxu »
  • İŞIQLI GÜNƏ ÇIXMAQ

    xoşbəxtliyə çatmaq, rahatlaşmaq, vəziyyəti yaxşılaşmaq, kasıblıqdan qurtulmaq.

    Tam oxu »
  • İŞIQUCU GÖRÜNMƏK

    çətin, dolaşıq bir məsələnin həllində müsbət irəliləyiş olmaq.

    Tam oxu »
  • İŞIQUCU QOYMAMAQ

    güman yeri qalmamaq.

    Tam oxu »
  • İŞİ AXSAMAQ

    geri qalmaq, çatdıra bilməmək, işi yaxşı getməmək.

    Tam oxu »
  • İŞİ ALLAHA QALMAQ

    çətin, ağır, çıxılmaz vəziyyətdə olmaq.

    Tam oxu »
  • İŞİ BAŞ TUTMAMAQ

    işləri yolunda getməmək, planlaşdırdığı işi gerçəkləşdirə bilməmək.

    Tam oxu »
  • İŞİ BAŞINDAN AŞMAQ

    həddindən artıq işi olmaq, bərk məşğul olmaq; ~ adı yadından çıxmaq, adını özgədən soruşmaq, udqunmağa vaxt tapmamaq, başını qaşımağa vaxtı olmamaq

    Tam oxu »
  • İŞİ BATIRMAQ

    işi yarıtmamaq, uğursuzluğa düçar olmaq.

    Tam oxu »
  • İŞİ BƏRKƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ BİŞİRMƏK

    bax: dağ eləmək.

    Tam oxu »
  • İŞİ BİTMƏK

    sonu çatmaq, ilişmək, tutulmaq, cəzasını almaq; ~ bayatısı çoxdan çağırılmaq, fatihəsi oxunmaq (verilmək), kitabı bağlanmaq, qanı getmək, kəlmeyi-şəha

    Tam oxu »
  • İŞİ BURMAQ

    bir işin düzəlməsinə mane olmaq, əngəlləmək.

    Tam oxu »
  • İŞİ ÇƏTİNƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ DAĞ ELƏMƏK

    bax: dağ eləmək.

    Tam oxu »
  • İŞİ DAŞDAN KEÇMƏK

    çətinliklə qarşılaşmaq, hər işi əzab-əziyyətlə, çox çətinliklərlə başa gəlmək.

    Tam oxu »
  • İŞİ DOLAŞIĞA DÜŞMƏK

    çətinlik qarşısında qalmaq, dolaşıb-qalmaq, çıxış yolu tapmamaq; ~ dara düşmək, işi bərkə düşmək, işi çətinə düşmək, işi düyünə düşmək, tərs gətirmək,

    Tam oxu »
  • İŞİ DÜŞMƏK

    kiməsə ehtiyacı olmaq, müraciət, xahiş etmək zərurəti yaranmaq.

    Tam oxu »
  • İŞİ DÜYÜNƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ DÜZ GƏTİRMƏK

    işi istədiyi kimi getmək, işi uğurlu olmaq; ~ bəxti gətirmək, bəxti ayaq üstə olmaq, rast gətirmək, xeyir tapmaq, aşığı alçı durmaq, bağlı qapı üzünə

    Tam oxu »
  • İŞİ XARAB OLMAQ

    vəziyyəti pisləşmək, çətin vəziyyətə düşmək, uğursuzluğa düçar olmaq; ~ işi şuluq olmaq,  işi yaş olmaq

    Tam oxu »
  • İŞİ İŞƏ QATMAQ

    1. İşi qarışdırmaq, qarma-qarışıq hala gətirmək.  2. Bir neçə işi birdən görmək; ~ bir əldə iki (beş) qarpız tutmaq

    Tam oxu »
  • İŞİ KORLAMAQ

    nədəsə səhv etmək, müdaxilə nəticəsində pis vəziyyət yaratmaq.

    Tam oxu »
  • İŞİ MÜŞKÜLƏ DÜŞMƏK

    bax: işi dolaşığa düşmək.

    Tam oxu »
  • İŞİ RAST GƏTİRMƏMƏK

    fəaliyyətində uğur qazanmamaq.

    Tam oxu »
  • İŞİ ŞULUQ OLMAQ

    çətin vəziyyətə düşmək, təhlükə qarşısında qalmaq; ~ işi xarab olmaq.

    Tam oxu »
  • İŞİ TƏRS GƏTİRMƏK

    bax: tərs gətirmək.

    Tam oxu »
  • İŞİ UZATMAQ

    işi bilərəkdən vaxtında qurtarmamaq, qəsdən gecikdirmək.

    Tam oxu »