Azərbaycan dilinin frazeologiya lügəti

  • İŞİN ÜSTÜNÜ AÇMAQ

    əsl həqiqəti üzə çıxarmaq, aşkar etmək.

    Tam oxu »
  • İŞİN ÜSTÜNÜ BASDIRMAQ

    hadisənin açılmasına mane olmaq, onu hər vəchlə gizlətmək.

    Tam oxu »
  • İŞİNDƏ OLMAQ

    başqa şeylərə əhəmiyyət vermədən öz işi ilə məşğul olmaq.

    Tam oxu »
  • İŞİNƏ GƏLMƏK

    faydalı olmaq, uyğun olmaq; ~ işinə yaramaq.

    Tam oxu »
  • İŞİNƏ QARIŞMAQ

    müdaxilə etmək, təsir etməyə çalışmaq.

    Tam oxu »
  • İŞİNƏ YARAMAQ

    bax: karına gəlmək.

    Tam oxu »
  • İŞİNİ BİLƏN

    öz xeyrini, mənfəətini güdən, ehtiyatlı və tədbirli; gördüyü işi yaxşı bacaran, peşəkar.

    Tam oxu »
  • İŞİNİ BİLMƏK

    bax: hesabını aparmaq.

    Tam oxu »
  • İŞİNİ BİTİRMƏK

    məhv etmək, yox etmək, öldürmək; ~ axırına çıxmaq, xəşilini çalmaq.

    Tam oxu »
  • İŞİNİ BURMAQ

    mane olmaq, hər vəchlə işini pozmaq; ~ pəl vurmaq (qatmaq).

    Tam oxu »
  • İŞİNİ DÜZƏLTMƏK

    kömək etmək, işini yoluna qoymaq.

    Tam oxu »
  • İŞİNİ GÖRMƏK

    öz təsirini göstərmək; məşğul olduğu işi davam etdirmək.

    Tam oxu »
  • İŞİNİ MÖHKƏM TUTMAQ

    tədbirli olmaq, hərtərəfli düşünüb ağıllı hərəkət etmək.

    Tam oxu »
  • İŞTAHASI AÇILMAQ

    iştahası artmaq, iştahalanmaq, yemək istəmək; ~ iştahası yeddi yerdən açılmaq.

    Tam oxu »
  • İŞTAHASI BÖYÜK OLMAQ

    bacardığından, layiq olduğundan daha böyük şeyə iddia etmək.

    Tam oxu »
  • İŞTAHASI ÇƏKMƏMƏK

    yeməyə meyli olmamaq, ürəyi istəməmək.

    Tam oxu »
  • İŞTAHASI KÜSMƏK (POZULMAQ)

    bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, ürəyi heç bir şey istəməmək.

    Tam oxu »
  • İŞTAHASI YEDDİ YERDƏN AÇILMAQ

    çox iştahla, şövqlə yemək; ~ iştahası açılmaq.

    Tam oxu »
  • İŞVƏ SATMAQ

    naz-qəmzə eləmək; ~ özünü naza qoymaq.

    Tam oxu »
  • İT AĞZINA DÜŞMƏK

    pis adamların dilinə düşmək, arxasınca danışılmaq.

    Tam oxu »
  • İT AĞZINA KEÇMƏK

    işi çətinliyə düşmək, davamlı olaraq işi alınmamaq.

    Tam oxu »
  • İT AĞZINA SÜMÜK DÜŞMƏK

    bir şey haqqında davamlı, təkrar-təkrar danışmaq, bir mövzudan əl çəkməmək.

    Tam oxu »
  • İT AĞZINDAN ÇIXMAQ

    səliqəsiz, əzik-üzük, qırış-qırış olmaq.

    Tam oxu »
  • İT APARAN OLSUN

    könülsüz, istəmədən, məcburi verilən bir şey haqqında deyilən ifadə; ~ başına fırladıb vermək.

    Tam oxu »
  • İT BAŞI BƏZƏMƏK

    camaatı güldürmək üçün hər şey etmək, təlxəklik etmək.

    Tam oxu »
  • İT-BATA DÜŞMƏK

    görünməmək, itmək, qeyb olmaq, yox olmaq; ~ yoxa çıxmaq.

    Tam oxu »
  • İT DALAMAQ

    bax: cin dalamaq.

    Tam oxu »
  • İT DAMINDA YAŞAMAQ

    qaranlıq, kiçik, şəraitsiz, yaşayışa yaramayan, natəmiz yerdə yaşamaq.

    Tam oxu »
  • İT DƏ GETDİ, İP DƏ

    hər şeyi əldən çıxdıqda, hər şeydən əli üzüldükdə, bütün ümidləri boşa çıxdıqda deyilən ifadə.

    Tam oxu »
  • İT DƏ TAMAH SALMAZ

    çox eybəcər, hədsiz dərəcədə çirkin adam haqqında deyilən ifadə.

    Tam oxu »
  • İT DÖYMƏK

    bax: küçələrdə it döymək.

    Tam oxu »
  • İT ƏL-AYAĞI YEMƏK

    bir yerdə dayanmadan hərəkət etmək, qeyri-iradi davranmaq, hədsiz hərəkətdə olmaq.

    Tam oxu »
  • İT ƏL ÇƏKİR, MOTAL ƏL ÇƏKMİR

    münaqişə həll olunub bitdikdən sonra da dönə-dönə onun üzərinə qayıdan, dediyindən əl çəkməyən tərs, inadkar adam haqqında işlədilən ifadə

    Tam oxu »
  • İT GƏLDİ, ÖRKƏN APARDI

    əsaslandırılmamış fikrə, boş, yersiz və mənasız danışığa münasibət bildirən kinayəli ifadə.

    Tam oxu »
  • İT GÜNÜNDƏ

    pis vəziyyətdə, pis görkəmdə; ~ it kökündə.

    Tam oxu »
  • İT GÜNÜNƏ DÜŞMƏK

    çox pis vəziyyətdə qalmaq; ~ it kökünə düşmək.

    Tam oxu »
  • İT XILI, KÖPƏK SÜRÜSÜ

    bax: at ilxısı, köpək sürüsü.

    Tam oxu »
  • İT İLİNDƏ

    qədimdə, çox uzaq keçmişdə, yaddan çıxmış bir dövrdə.

    Tam oxu »
  • İT İLİNDƏN QALMA

    köhnə, qədim.

    Tam oxu »
  • İT KÖKÜNDƏ

    bax: it günündə.

    Tam oxu »
  • İT KÖKÜNƏ DÜŞMƏK

    bax: it gününə düşmək.

    Tam oxu »
  • İT-QURD AĞZINA DÜŞMƏK

    səviyyəsiz adamların söhbətlərinin mövzusu olmaq; ~ dilə-dişə düşmək.

    Tam oxu »
  • İT OTARAN

    işsiz, gücsüz, avara, mənasız adam haqqında.

    Tam oxu »
  • İT ÖLƏR, O ÖLMƏZ

    pis, yaramaz və canıbərk adamlar haqqında deyilən ifadə.

    Tam oxu »
  • İT ULAMAQ

    xaraba qalmaq, boşalmaq, boş olmaq; ~ bayquş ulamaq.

    Tam oxu »
  • İT YERİNƏ QOYMAMAQ

    hörmət etməmək, saymamaq; ~ adam yerinə qoymamaq.

    Tam oxu »
  • İT YİYƏSİNİ TANIMIR

    qarışıqlıq, gurluq, xaos olan yer haqqında; ~ kimin əlinin kimin cibində olduğu bilinməmək.

    Tam oxu »
  • İT ZÜLMÜ ÇƏKMƏK

    çox çətinliklərlə üzləşmək, ağır əzablara qatlaşmaq.

    Tam oxu »
  • İTAƏTDƏ DURMAQ

    tabe olmaq, sözə qulaq asmaq, özbaşına hərəkət etməmək.

    Tam oxu »
  • İTAƏTDƏN ÇIXMAQ

    itaətsizlik etmək, tabe olmamaq; sözə, əmrə, göstərişə əməl etməmək.

    Tam oxu »