sif. dan. Ətiacı, zəhəndə, hər şeyin ziddinə gedən, acı danışan. Qanıacı adam
is. dan. Qanıacı adamın xasiyyəti; ətiacılıq, zəhəndəlik
sif. Solğun, bənizi qaçmış. Kukla kök-qırmızı, Roza qanıaçıq və arıq idi. S.Rəhimov
bax qanıqdırmaq
bax qanıqmaq. Belə getsə onların dişi şirəyə batar, qanıxarlar, bu kənddə adam qalmaz. S.Rəhimov. Qan içib qanıxan canavarları; Məhv et silahının qüdr
bax qanıqmaq
sif. Adama yovuşan, adamlarla üns tutan; ünsiyyətli, səmimi. Qanıisti adam
is. Adama yovuşma, ünsiyyət
sif. 1. Qana yerikləyən, qana susamış, qana həris. // İs. mənasında. Sərt, azğın, bəd, quduz kimi it
zərf Çox pərt, çox tutqun, əhvalı pozğun halda. Dəniz buruğundan daha da qanıqara qayıtmış Qüdrət, Laləni yuxudan oyatmadı
is. Pərtlik, məyusluq, əhval pozğunluğu. [Yusif:] Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq
f. Alışdırmaq, dadandırmaq
“Qanıqmaq”dan f.is
f. 1. Alışmaq, dadanmaq; həris olmaq. Bu tula ov etməyə qanıqmışdır. 2. Qana susamaq, gözü qızmaq
bax qanıqmaq 2-ci mənada
məch. Başa düşülmək. Həzrət Əşrəf Hacı Nayibə qanılmayan dildə yavaşyavaş bir söz deyir. C.Məmmədquluzadə
sif. Qanıla bilməyən, başa düşülə bilməyən
1. “Qanırmaq”dan məch. 2. f. Çevrilmək, dönmək. [Nadir] dərhal məstliyindən ayıldı və qanırılıb baxdıqda Məstan bəyi gördü
“Qanırmaq”dan f.is
f. Burmaq, əymək, qatlamaq, bükmək, qarmaq, çevirmək. Yenə bir-birinə yanaşdılar, bu dəfə başlarını qanırıb, peysərlərini bir-birinə sürtüb, ayrıldıla
“Qanırmaq”dan icb
sif. Adamayovuşmaz, adamdanqaçan, adama isinişməyən; üzügülməz; xoşa gəlməyən. Qanısoyuq adam. O, çox qanısoyuqdur
is. Adama yovuşmama, adamdan qaçma, adama isinişməmə; qanısoyuq adamın keyfiyyəti
sif. Adamların rəğbətini özünə cəlb edən, özünə qarşı hüsn-rəğbət oyadan; sevimli, qanıisti. Qanışirin adam
is. Qanışirin adamın keyfiyyəti; sevimlilik, qanıistilik
sif. Zalım, qəddar, rəhmsiz, vəhşi. Simaca kafir, qaniçən, talançı və cəsur olan bu tayfa [hun tayfası] … hədsiz zülmlər etmişlər
bax qaniçən. Gördülər qaniçici gözlərini əhli-nəzər; Bu sitəmkarları axırda tutar qan, dedilər. S.Ə.Şirvani
is. Zalımlıq, qəddarlıq, rəhmsizlik, vəhşilik
bax qankəsici. Qankəsən ot
sif. Qan axmasını dayandıran. Qankəsici dərman
is. tib. Müalicə məqsədi ilə xəstənin bədəninə başqasından alınmış qanı, yaxud öz bədəninin bir yerindən alınmış qanı başqa yerinə yeritmə
is. bot. Yarpağı tikanlı, özəyi yeyilən alaq bitkisi; qalağan. Qanqallar da çiçək açmışdı. İ.Əfəndiyev
sif. Qanqal bitən, qanqalı çox olan. Qanqallı əkin. Qanqallı çöllər
is. Çoxlu qanqal bitən yer. Belə bəhs edərək, gəlib bir kolluq və qanqallıq yerdə qazılmış qəbrə çatdılar
sif. Əhvalı pozan, pərt edən, əsəbiləşdirən. Qanqaraldan söz
sif. bax qanqaraldan. Qanqaraldıcı söz. Qanqaraldıcı xəbər
“Hansı” sözünün qədimi forması. Vəsfində Nəsimi sözünü ərşə çıxardı; Qanqı sədəfin incisi buldu bu nizami? Nəsimi
f. məh. Diləmək, yalvarmaq, arzusunda olmaq, həsrətində olmaq. Sail, qapıdan baxma bizə, pis göz atarsan! Çox qanqıma, durram, elə vurram ki, batarsan
sif. Qan kimi qırmızı, qıpqırmızı. Gözlərdə dolaşan qanqırmızı su; Ötən yarışların nəticəsiydi. M.Müşfiq
[yun.] tib. Qan dövranının pozulması nəticəsində toxuma və ya bədənin bir yerinin çürüyərək ölməsi. Ayağı qanqren olmaq
sif. tib. Qanqren olmuş. Qanqrenli barmaq
is. [ing.] Quldur, soyğunçu, bandit
1. is. bot. Qan dayandırmaq üçün xalq təbabətində işlədilən bir bitki. 2. sif. Axan qanı qurudan, dayandıran
sif. 1. Qana batmış, qana bulaşmış. Qanlı paltar. Qanlı silah. – Fəhlələrdən bir neçə nəfəri Qurbanın qanlı cənazəsini kazarmaya gətirirlər
zərf Düşmən, qan düşməni. [Bayram:] …Öldürməkdən nə hasil? Mən özüm də qanlı-qaçaq ollam. M.F.Axundzadə
sif. Xatalı, qorxulu, qana bais ola bilən
zərf Düşməncəsinə, qeyzlə, acıqlı-acıqlı. Usta yenə arabir Tahirə qanlıqanlı baxır, narazı halda başını bulayırdı