sif. [ər.] fəls. Maddi olmayan; mənəvi
is. Qeyri-maddi şeyin halı və keyfiyyəti; maddi olmama
sif. [ər.] Məcbur olmayan, könüllü. Qeyri-məcburi dərs. – Təzkirəli mütəxəssislər (doktorlar, mühəndislər və dava vəkilləri) öz ana dillərindən və öz
is. Qeyri-məcburi olma, məcburi olmama
sif. [ər.] 1. Həddi-hüdudu olmayan, ucsuz-bucaqsız, sonsuz. Qeyri-məhdud səhralar, düzənliklər. 2. Heç bir şeylə məhdudlaşdırılmayan
is. Qeyri-məhdud olma, həddi-hüdudu olmama, qeyri-məhdud şeyin halı. Hakimiyyətin qeyri-məhdudluğu
sif. [ər.] 1. Məhsuldar olmayan, məhsul verməyən, bəhər verməyən, artım verməyən. 2. dilç. Sözlər və şəkilçilər haqqında: yeni sözlər əmələ gətirməyən
is. Qeyriməhsuldar şeyin halı
sif. [ər.] Qəbul oluna bilməyən, bəyənilməyən, yararsız. Qeyriməqbul dəlil. Qeyri-məqbul iş. Qeyri-məqbul təklif
is. Məqbul olmama, qəbula keçməmə, qəbul edilə bilməmə
sif. [ər.] Məlum olmayan, bəlli olmayan, tanınmayan. Qeyriməlum ada. Əsərin qeyri-məlum müəllifi
sif. [ər.] Məmnun olmayan, razı olmayan, xoşnud olmayan
is. Qeyri-məmnun olma, məmnunsuzluq, xoşnudsuzluq
sif. Məntiqə zidd olan; ziddiyyətli, ardıcıl olmayan. Qeyri-məntiqi mühakimə. Qeyri-məntiqi ifadə
sif. [ər.] Məskun olmayan, adam yaşamayan. Qeyri-məskun yerlər
sif. [ər.] Mötəbər olmayan, etibar edilə bilməyən. Qeyri-mötəbər xəbərlər
sif. [ər.] Müəyyən olmayan, dəqiqləşdirilməmiş, müəyyən edilməmiş. Qeyri-müəyyən istiqamət. Qeyri-müəyyən vaxt
is. Qeyri-müəyyən şeyin hal və vəziyyəti
sif. [ər.] Mükəmməl olmayan, tamamlanmamış, təkmilləşməmiş; bitməmiş, yarımçıq. Qeyri-mükəmməl rəsm. Qeyri-mükəmməl üsul
is. Qeyri-mükəmməl şeyin halı; natamamlıq, yarımçıqlıq
sif. [ər.] Mümkün olmayan, imkansız, imkan xaricində olan, həyata keçirilə bilməyən. Qeyri-mümkün iş
is. Mümkün olmama, imkan xaricində olma, həyata keçirilə bilməmə
sif. [ər.] Münbit olmayan, bitkini yaxşı bitirməyən, məhsul verməyən, bərəkətsiz. Qeyri-münbit torpaq
is. Qeyri-münbit torpağın halı; bərəkətsizlik
sif. [ər.] Müntəzəm olmayan, tərtibsiz, nizamsız. Qeyri-müntəzəm qoşun. – Üzəngilər qeyri-müntəzəm (z
is. Qeyri-müntəzəm şeyin halı; tərtibsizlik, nizamsızlıq. Hərəkətin qeyri-müntəzəmliyi
sif. [ər.] Bir yerdən başqa yerə köçürülə bilməyən, yerindən tərpədilə bilməyən, hərəkət etməyən
is. Qeyri-mütəhərrik şeyin halı
sif. köhn. İntəhasız; sonu-axırı olmayan
is. köhn. Sonsuzluq, intəhasızlıq, sonu-axırı olmama
sif. [ər.] Mütənasib olmayan; bir-biri ilə uyğun olmayan, tutmayan. // Aralarında nisbət olmayan
is. Qeyri-mütənasib şeyin halı; bir-biri ilə uyğun olmama, tutmama
sif. [ər.] Təşkil olunmamış; mütəşəkkillikdən, təşkilatdan məhrum. Qeyri-mütəşəkkil kütlə. Qeyri-mütəşəkkil çıxış
is. Qeyri-mütəşəkkil şeyin halı. Konsertin qeyri-mütəşəkkilliyi nəzərə çarpdı
sif. [ər.] Müvafiq olmayan, uyğun olmayan, münasib olmayan, məqsədə uymayan
sif. [ər.] Nizami olmayan. Qeyri-nizami qoşun. // zərf Nizamsız bir surətdə, heç bir nizam və qaydaya riayət etmədən
is. Qeyri-nizami qoşunun halı
sif. [ər. qeyri və lat. normal] Normal olmayan, adi normadan kənara çıxan; qeyri-adi. Qeyri-normal hal
is. Qeyri-normal olma; qeyri-normal vəziyyət, hal. Vəziyyətin qeyri-normallığı
sif. [ər. qeyri və lat. real] Real olmayan, gerçək olmayan, həyati olmayan, həyata keçirilə bilməyən
is. Real olmama, həyati olmama, həyata keçirilə bilməmə. Təklifin qeyri-reallığı
sif. [ər.] Rəsmi olmayan, rəsmiyyətə salınmamış, rəsmi cəhətdən əhəmiyyəti olmayan. Qeyri-rəsmi məlumat
is. Qeyri-rəsmi olma, rəsmi olmama. Məlumatın qeyri-rəsmiliyi
sif. [ər.] Sabit olmayan, möhkəm olmayan, qərarsız
is. Sabit olmayan şeyin halı
sif. [ər.] Səmimi olmayan, öz həqiqi hiss və fikirlərini gizləyən, ikiüzlü, riyakar. Qeyri-səmimi adam
is. Səmimi olmama, ürəkdən gəlməmə; səmimi olmayan iş, hərəkət, münasibət; ikiüzlülük, riya
sif. Simmetrik olmayan, mütənasib olmayan
sif. [ər.] Şəffaf olmayan, şəffaflıqdan məhrum. Qeyri-şəffaf şüşə. Naftalan yağabənzər, qatı, qeyri-şəffaf bir mayedir
is. Qeyri-şəffaf şeyin halı, xassəsi