Azərbaycan dilinin izahlı lüğəti

  • YEKƏLƏTMƏK

    f. Daha yekə etmək, daha da böyütmək

    Tam oxu »
  • YEKƏLİK

    is. 1. Yekə şeyin halı; irilik, həcmcə böyüklük. Daşın yekəliyi. Ayaqqabının yekəliyi. – Başın yekəliyi dövlətdir, ayağın yekəliyi neybət

    Tam oxu »
  • YEKƏLMƏ

    “Yekəlmək”dən f.is

    Tam oxu »
  • YEKƏLMƏK

    f. Yekə olmaq, həcmcə, boyca artmaq. Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək. // Böyümək, yekələşmək

    Tam oxu »
  • YEKƏLTMƏ

    “Yekəltmək”dən f.is

    Tam oxu »
  • YEKƏLTMƏK

    f. 1. Böyütmək, iriləşdirmək. // məc. Şişirtmək, böyütmək, yekə göstərmək. Xırda məsələni yekəltmək lazım deyil

    Tam oxu »
  • YEKƏPƏR

    sif. və is. Çox yekə, çox iri, cüssəcə çox böyük. Dəmirçioğlu baxdı ki, bu, bir yekəpər, kələ-kötür adamdı, üz-gözündən zəhm yağır

    Tam oxu »
  • YEKƏPƏRLİK

    is. Yekəpər adamın (heyvanın) hal və görünüşü

    Tam oxu »
  • YEKƏRAQ

    sif. köhn. Böyüktəhər, bir qədər yekə, iri. // Çox yekə. Hər kəsin olsa başında yekəraq əmmamə; Görünür xəlqdə guya ki, odur əllamə

    Tam oxu »
  • YEKƏSAQQAL

    sif. Saqqalı yekə olan. Yekəsaqqal kişi

    Tam oxu »
  • YEKƏYANAQ

    sif. Yanaqları çox yekə, ətli olan

    Tam oxu »
  • YEKƏYANAQLI

    sif. Yanaqları çox yekə, ətli olan

    Tam oxu »
  • YEKNƏSƏQ

    sif. [fars.] 1. Eyni ilə birbirinə oxşayan, eyni tərzdə, eyni şəkildə olan, eyni cür səslənən, bir-birindən qətiyyən ayrılmayan; yekrəng

    Tam oxu »
  • YEKNƏSƏQLİK

    is. Yeknəsəq şeyin hal və keyfiyyəti; yekrənglik. Musiqinin yeknəsəqliyi. Həyatın yeknəsəqliyi

    Tam oxu »
  • YEKPARƏ

    sif. [fars.] 1. Tam, bütün, bütöv, bir parçadan ibarət olan; monolit. Yekparə qaya. – Böyük daş parçalarından tikilmiş və ya yekparə (monolit) daşlard

    Tam oxu »
  • YEKPAY

    zərf [fars.] Aşıq havalarından biri. Aşıq Səfər yekpay oxuyur. Yekpaydan sonra balabançı əyləşir. Ə.Haqverdiyev

    Tam oxu »
  • YEKRƏNG

    sif. [fars.] 1. Eyni rəngdə olan, rəngi bir olan, bir-birinə oxşayan. 2. Bir cür, eyni. Mən yenə də, həmişə olduğu kimi, ona sadə və yekrəng cavablar

    Tam oxu »
  • YEKRƏNGLİK

    is. 1. Yekrəng şeyin hal və keyfiyyəti. Torpağın yekrəngliyi. 2. məc. Cansıxıcılıq, maraqsızlıq, yeknəsəqlik

    Tam oxu »
  • YEKSAN

    sif. [fars.] klas. Düz, bərabər, tən. Onunçun var yalnız bircə səadət; O səadət məhəbbətlə yeksandır

    Tam oxu »
  • YEKSƏR

    sif. [fars.] Başdan-başa, bütün, hamı, tamam. Sən o deyildinmi, edəndə qiyam; Səcdə edərdi sənə yeksər əvam? M

    Tam oxu »
  • YEKTA

    sif. [fars.] köhn. Tayı-bərabəri olmayan, nadir, yeganə, vahid

    Tam oxu »
  • YEKTƏRƏF

    sif. [fars. yek və ər. tərəf] Birtərəfli, məhdud

    Tam oxu »
  • YEKUN

    is. müh. Bir neçə ədədin cəmindən əldə edilən say, hesabın məcmusu. // məc. Bir şeyin nəticəsi. Xalq təsərrüfatı inkişafının yekunları

    Tam oxu »
  • YEKUNLAŞDIRILMAQ

    məch. 1. Yekun vurulmaq, yekunu çıxarılmaq, cəm edilib hasili əldə edilmək. Həftənin axırında şərbafların işlədiyi muzd və apardıqları nisyə ayrıayrı

    Tam oxu »
  • YEKUNLAŞDIRMA

    “Yekunlaşdırmaq”dan f.is

    Tam oxu »
  • YEKUNLAŞDIRMAQ

    f. 1. Ədədləri üstüstə gələrək cəmini tapmaq, ümumi məbləği hesablamaq; cəmləşdirmək. Gəlir cədvəlini yekunlaşdırmaq

    Tam oxu »
  • YEKVÜCUD

    sif. [fars.] köhn. kit. Vahid, bir, yekparə. Mənə qarşı hər bir hədyan söyləyəcəklərsə söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olma

    Tam oxu »
  • YEL₁

    is. 1. Külək. Yaman yel əsir. İsti yel. Bu gün bərk yel var. – Şirmayı telə işlər; Dəyirman yelə işlər; Heç nəfərin başına; Gəlməsin belə işlər

    Tam oxu »
  • YEL₂

    is. Revmatizm xəstəliyinin xalq arasında adı. Qıçlarımı yel tutub. – Əl-ayağını yel tutan xəstəni isə Qalaya (Pirvəro) aparardılar

    Tam oxu »
  • YELAPARDI

    is. məh. 1. Sac üstündə bişirilən nazik, yağlı yuxa. Yelapardını sac üzərində bişirərlər. 2. Çox yüngül, nazik şey haqqında

    Tam oxu »
  • YELAYAQ

    sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar

    Tam oxu »
  • YELAYAQLI

    sif. Yeyin yeriyən, çox iti gedən. Çəkirlər əllərimi qupquru damardamar; Ey uzunsaç rəssamlar, yelayaq fotoqraflar

    Tam oxu »
  • YELBEYİN

    sif. və is. Başıboş, axmaq, gic, səfeh; yüngül. Yelbeyin adam. – Birisi ona övliya, o birisi ona yelbeyin, birisi ona əzim, o birisi ona vəzir, birisi

    Tam oxu »
  • YELBEYİNCƏSİNƏ

    zərf Yelbeyin adama yaraşan bir tərzdə; axmaqcasına, səfehcəsinə. Yelbeyincəsinə hərəkət etmək

    Tam oxu »
  • YELBEYİNLİK

    is. Başıboşluq, giclik, axmaqlıq, səfehlik, yüngüllük, axmaqcasına hərəkət. Yelbeyinlik etmək

    Tam oxu »
  • YELBƏ

    is. zool. Çox iti yeriyən balaca köçəri quş. Dağa yelbə nə lazım; Girər qəlbə, nə lazım; Ağacda bar olmasa; Ona səlbə nə lazım

    Tam oxu »
  • YELBİZ

    is. məh. Qadın saçı

    Tam oxu »
  • YELBİZLƏMƏ

    “Yelbizləmək”dən f.is

    Tam oxu »
  • YELBİZLƏMƏK

    f. məh. Yelbizindən yapışmaq, saçından yapışmaq

    Tam oxu »
  • YELBİZLƏNMƏ

    “Yelbizlənmək”dən f.is

    Tam oxu »
  • YELBİZLƏNMƏK

    məch. məh. Yelbizindən tutulmaq, saçından tutulmaq

    Tam oxu »
  • YELCÖVÜZÜ

    is. Təbabətdə, ətriyyat işlərində, yaxud ədviyyə kimi işlənən bitki meyvəsi

    Tam oxu »
  • YELÇƏKƏN

    is. 1. Qapalı binada qarşıqarşıya olan açıq yerlərdən gələn hava cərəyanı. Yelçəkəndə oturmaq. Bura yaman yelçəkəndir

    Tam oxu »
  • YELÇÖPÜ

    is. məh. Çiçəksiz bir bitki adı

    Tam oxu »
  • YELDA

    1. is. [fars.] klas. şair. Dekabr ayının 21-nə təsadüf edən ən uzun gecə (çox vaxt “şəbi-yelda – yelda gecəsi” tərkibində işlənir)

    Tam oxu »
  • YELDƏYİRMANI

    is. Küləyin hərəkətə gətirdiyi pərlər vasitəsilə işləyən dəyirman. Arxa planda su quyusu üstündə hərəkətsiz dayanmış yeldəyirmanı

    Tam oxu »
  • YELƏK

    is. 1. Lələk. 2. məh. Oxun baş tərəfinin enli hissəsi. Oxun yeləyi olmayanda yerə tez düşər. Xəstə Qasım

    Tam oxu »
  • YELƏKLİ

    sif. Yeləyi olan

    Tam oxu »
  • YELƏKSİZ

    sif. Yeləyi olmayan. Bir iyidin dünya varı olmasa; Yeləksiz ox kimi çovar deyərlər. Xəstə Qasım

    Tam oxu »
  • YELƏN

    is. Haşiyə, qıraq, kənar. Xalça yeləni. Yeləni göy kəlağayı. – Asılır evlərin divarlarından; Yeləni çiçəkli, güllü xalılar

    Tam oxu »