Azərbaycan dilinin izahlı lüğəti

  • ZƏİFLƏTMƏK

    f. Zəif salmaq, gücdən salmaq, qüvvədən salmaq, gücünü azaltmaq. // Zəif düşməsinə səbəb olmaq, taqətsiz hala gətirmək, üzmək

    Tam oxu »
  • ZƏİFLİK

    is. 1. Qüvvə azlığı, gücsüzlük. İşığın zəifliyi. Motorun zəifliyi. // Üzgünlük, taqətsizlik, qüvvətsizlik, xəstəlik halı, fiziki qüvvə azlığı, arıqlıq

    Tam oxu »
  • ZƏKA

    is. [ər.] Bir şeyi tez anlama, tez dərk etmə, tez qavrama qabiliyyəti, zehin kəskinliyi; ağıl, fəhm, zehin

    Tam oxu »
  • ZƏKALI

    sif. Zəkası olan, fəhmli, zehinli, ağıllı, fərasətli, istedadlı, zəkası kəskin. Zəkalı qız. – Uşaq zəkalıydı, alnı ay kimi

    Tam oxu »
  • ZƏKALILIQ

    is. Zəkalı adamın xassəsi; zəka sahibi olma, zehinlilik, fəhmlilik, istedadlılıq

    Tam oxu »
  • ZƏKASIZ

    sif. Zəkası olmayan, fəhmsiz, zehinsiz, istedadsız

    Tam oxu »
  • ZƏKASIZLIQ

    is. Zəkasız adamın xassəsi; idraksızlıq, zehinsizlik, fəhmsizlik, fərasətsizlik, istedadsızlıq

    Tam oxu »
  • ZƏKAT

    is. [ər.] İslam dinində: əldə edilmiş mal və pulun halallığını təmin etməkdən ötrü, onun dini ehtiyaclar və fəqir-füqəraya verilmək üçün ayrılan hissə

    Tam oxu »
  • ZƏKAVƏT

    [ər.] bax zəka. Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi; Nə bir para oxumuşlarda bu zəkavət olaydı! M

    Tam oxu »
  • ZƏKAVƏTLİ

    bax zəkalı

    Tam oxu »
  • ZƏKAVƏTLİLİK

    bax zəkalılıq

    Tam oxu »
  • ZƏKİ

    [ər.] bax zəkalı. [Şeyx Kəbir:] Lakin ən son yerin, zəki Sənan! Olacaq son nəfəsdə Gürcüstan. H.Cavid

    Tam oxu »
  • ZƏKİLİK

    bax zəkalılıq

    Tam oxu »
  • ZƏQQƏTO

    sif. Çox acı, zəqqum kimi. Bu meyvə zəqqəto zəhərdir. // Həddən artıq turş

    Tam oxu »
  • ZƏQQƏTUN

    bax zəqqəto

    Tam oxu »
  • ZƏQQUM

    is. [ər.] 1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin

    Tam oxu »
  • ZƏQQUMLAMAQ

    f. 1. Zəqqum vermək, zəqqum yedirmək. 2. vulq. Yedirmək, doydurmaq (acıqla deyilir). 3. məc. Acılamaq, zəhərləmək

    Tam oxu »
  • ZƏQQUMLANMAQ

    qayıd. vulq. Yemək (acıqla deyilir). [Qurbanəli:] Bir əppəkdənzaddan ver, zəqqumlanaq. N.Nərimanov

    Tam oxu »
  • ZƏLALƏT₁

    is. [ər.] 1. klas. Alçalma, alçaqlıq, həqarət, rəzalət, xarlıq. Bu nə zəlalətdir? 2. Zillət, əzab və əziyyət, çətinlik, möhnət

    Tam oxu »
  • ZƏLALƏT₂

    is. [ər.] klas. Doğru yoldan azma, düz yoldan sapma (çıxma); sapqınlıq. □ Zəlalət əhli klas. – doğru yoldan azmış adam

    Tam oxu »
  • ZƏLAM

    is. [ər.] klas. Qaranlıq, zülmət. Sanki göydən yağırdı hüznü zəlam; Çulğayırdı cahan üzün zülmət. C.Cabbarlı

    Tam oxu »
  • ZƏLİ

    is. 1. Şirin sularda yaşayan, heyvanların bədəninə yapışıb onların qanını sormaqla dolanan xırda qurd

    Tam oxu »
  • ZƏLİL

    sif. [ər.] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z

    Tam oxu »
  • ZƏLİL-ZƏLİL

    zərf Yazıq-yazıq, fağır-fağır

    Tam oxu »
  • ZƏLİLANƏ

    zərf [ər. zəlil və fars. …anə] klas. Zəlil kimi, bədbəxtcəsinə, yazıq-yazıq. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zə

    Tam oxu »
  • ZƏLİLLƏŞMƏ

    “Zəlilləşmək”dən f.is

    Tam oxu »
  • ZƏLİLLƏŞMƏK

    f. Zəlil olmaq, xar olmaq, pis günə düşmək

    Tam oxu »
  • ZƏLİLLİK

    is. Zəlalətə düşmüş adamın halı; zəlalət, xarlıq, həqirlik, yazıqlıq, bədbəxtlik. Şadlıq ilə saxladığın aşığı; Zəlilliklə (z

    Tam oxu »
  • ZƏLZƏLƏ

    is. [ər.] Yer qabığının bəzi sahələrinin vulkanik və ya tektonik proseslər üzündən güclü titrəməsi; yer sarsıntısı

    Tam oxu »
  • ZƏLZƏLƏLİ

    sif. Tez-tez zəlzələ olan, zəlzələ baş verən; zəlzələyə məruz qalan. Zəlzələli yerlər

    Tam oxu »
  • ZƏM-ZƏM

    is. [ər.] Məkkənin yanında olub, suyu dindar müsəlmanlar tərəfindən müqəddəs sayılan bir quyunun adı (klassik şeirdə təmizlik, paklıq, saflıq, duruluq

    Tam oxu »
  • ZƏMANƏ

    [ər.] 1. Dövr, zaman. Səni mənə bəxş elədi zəmanə; Yaxşı olan nəsib olmaz yamanə. M.V.Vidadi. [Heydər bəy:] Pərvərdigara, bu necə əsrdir, bu necə zəma

    Tam oxu »
  • ZƏMANƏT

    is. [ər.] Zaminlik, zamin olma. [Əbdüləli bəy:] Balaş, sizin təməs-sükün vaxtı dünən qurtarmışdır. Çünki mən zəmanət vermişəm

    Tam oxu »
  • ZƏMANƏTÇİ

    is. Zəmanət verən adam, zamin olan adam; zamin

    Tam oxu »
  • ZƏMANƏTKAR

    is. [ər. zəmanət və fars. …kar] bax zaminkar

    Tam oxu »
  • ZƏMİ

    is. [fars.] Əkin yeri, tarla. Taxıl zəmisi. – Muğan səhraları bir tamaşadır; Buğda zəmiləri qoşa-qoşadır

    Tam oxu »
  • ZƏMİN

    is. [fars.] 1. klas. Yer, torpaq. Əhlizəmanə qanına çox təşnədir, zəmin; Qanın kimin tökərsə fələk, ol zaman içər

    Tam oxu »
  • ZƏMİNƏ

    bax zəmin 3-cü mənada. [Məsmə:] Məni yuxu aparmırdı. Məruzəm üzərində çıxışda bulunan natiqlərə verəcəyim cavab üçün zəminə düşünürdüm

    Tam oxu »
  • ZƏMİNƏSİZ

    sif. Heç bir zəmini, əsası olmayan, əsassız, zəminədən məhrum

    Tam oxu »
  • ZƏMİR

    is. [ər.] köhn. Köhnə qrammatikada: əvəzliyin adı

    Tam oxu »
  • ZƏMİSİÇANI

    is. zool. Taxılların arasında yaşayıb, onlara ziyan verən gəmirici (siçan)

    Tam oxu »
  • ZƏMMƏ

    is. [ər.] Ərəb əlifbasında “ü” saitini əvəz edən və hərfin üstündə qoyulan işarəsinin adı; piş

    Tam oxu »
  • ZƏNBƏRƏK

    is. [fars. “zənburək”dən] 1. Qədimdə: adətən dəvə üstündə gəzdirilən kiçik top. Əlliyə qədər atlı yavaş-yavaş gəlirdi

    Tam oxu »
  • ZƏNBƏRƏKÇİ

    is. köhn. Zənbərək atan, zənbərək topuna xidmət edən. Birinci güllə zənbərəkçini aşırıb dəvədən saldı

    Tam oxu »
  • ZƏNBİL

    is. [ər.] İçinə şey qoymaq üçün küləşdən, qarğıdan, çubuqdan və s.-dən hörülmüş qab. [Qız] kanalın yaxınlığında zənbilini yerə buraxıb bir daş üstündə

    Tam oxu »
  • ZƏNBİL-ZƏNBİL

    zərf Zənbillər dolusu, zənbillərlə. Ət bazardan daşınıb mənzilə zənbilzənbil; Etmədi mədələri yağlı qidanı təhlil

    Tam oxu »
  • ZƏNBİLCİK

    is. Kiçik zənbil, balaca zənbil

    Tam oxu »
  • ZƏNBİLÇİ

    is. Zənbil toxuyan və satan adam

    Tam oxu »
  • ZƏNBİLÇİLİK

    is. Zənbil toxuma və satma işi, zənbilçinin peşəsi. Zənbilçiliklə məşğul olmaq

    Tam oxu »
  • ZƏNBİLLİ

    sif. Əlində zənbili olan, zənbildə şey aparan. Zənbilli qız

    Tam oxu »