Ağı demək, ağlamaq, sıtqamaq, yağış tipli sözlərin hamısı “su” anlamı ilə bağlıdır. Fonetik dəyişmələr nəticəsində formaca bir-birindən uzaqlaşıb: tarixi baxımdan ağlamaq – “cığlamaq”, ağı demək – “cağu demək”, yağış – “cağış” kimi işlədilib. “Su” anlamı ilə bağlı olan belə sözlər 20-dən çoxdur: curdək, cuvar, çala, çay, çən və s.