BÜDRƏMƏK

f.
1. Yeriyərkən müvazinəti itirmək, yerişi pozulmaq.
Hamı tökülürlər Araza, ortasında Hacı Qaranın atı büdrəyir. M.F.Axundzadə.
Onlar bərk-bərk bir-birinin əlindən tutur, heyrətdən böyümüş gözləri ilə ayaqlarının altını görmədən, büdrəyərək yeriyirdilər. M.İbrahimov.

2. məc. Yolunu azmaq, sapmaq, yanılmaq.
Büdrəyənin, yıxılanın qolundan tutar; Qoy hamının işi getsin, deyə qabağa. S.Vurğun.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BÜDRƏMƏK yıxılmaq
  • BÜDRƏMƏK sapmaq — yanılmaq

Antonimlər (əks mənalı sözlər)

  • BÜDRƏMƏK BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, büdrəmişəm, yenə durmuşam (T.Şahdağlı)

Etimologiya

  • BÜDRƏMƏK Bud (ayaq) sözü ilə bağlıdır, –rə şəkilçisi feil düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
BÜDRƏMƏ
BÜĞZ

Digər lüğətlərdə