1. Yığışmaq, qırışmaq, büzük hala düşmək.
[Qızın] qaşlarının qovuşduğunu, dodaqlarının, büzüldüyünü … görürdüm.
2. Sığınıb durmaq, yazıq-yazıq durmaq (oturmaq), susmaq, dinməmək.
Ata ümmid ilə baxar uşağa; Büzülübdür anası bir bucağa.
Ayrım qızının belə öyünməsindən, Kərim babanın elə sükut ilə büzülüb durmasından bir qəhqəhə qopdu.
// Yığışmaq, öz bədənini yığışdırmaq.
Heyvanlar eyvanın küncündə büzülüb yatan Qəhrəmanı qoxulayır.