BƏZƏK Neyliyirdim bəzəyi, ya düzəyi? Dama, divara yapardım təzəyi (M.Ə.Sabir); ARAYIŞ (kl.əd.) Olub arayişi-baği-səadət cəhl-pərvərlər (M.Hadi); BƏRBƏZƏK Təbriz qadınları bərbəzək, xüsusilə qızıl zinət şeylərin aşiqidirlər (M.Hacıyev); BƏZƏK-DÜZƏK [Aytəmiz:] Bəzək-düzəkdən danışdım, Sürəyya ilə aramızdakı bir söhbət yadıma düşdü (Ə.Qasımov); DEKOR (teatrda) Açıq meydanlarda.. heç bir dekordan istifadə etmədən oyun çıxaran.. sehrbazlar.. kütlənin diqqətini həmişə cəlb etmişdilər (Ə.Haqverdiyev); SÜS Əntiqəfüruş: Bu daş-qaşlar, bu süslər sənə bir zərrə qədər; Əsər etmədi ancaq (B.Vahabzadə); TUALET ...xanımlar geyim və tualetlərinə son dərəcə əhəmiyyət verirdilər (Çəmənzəminli); YARAŞIQ Bu necə yaraşıqdı, bu nə sayaq bədəndi? Qız, vücudun nədəndi? (M.Rahim); ZİNƏT Füzuli: Zinətə çox vurulma, zinət dünya malıdır; İnsan özü dünyanın zinəti olmalıdır (B.Vahabzadə); ZİVƏR (kl.əd.) Yaraşdırdı məşşatələr zivəri; Bəzəndirdilər ol mələkmənzəri (M.Ə.Sabir).