BAŞ
BAŞ
OBASTAN VİKİ
Baş Göynük
Baş Göynük — Azərbaycan Respublikasının Şəki rayonunun eyniadlı inzibati ərazi dairəsində kənd. Şəki rayonunun ən böyük yaşayış məntəqəsidir. == Tarixi == Şin çayının (Əyri-çayın qolu) sol sahilində, Qoçumırıq silsiləsinin Şimal qərb ətəyindədir. Toponim cox vaxt Köynük variantında da işlənir. XIX əsrin əvvəllərində Göynük adlı kənddən bir qrup ailə ayrılaraq 10 km. Aşağıda düzənlik sahədə yeni məntəqə (Aşağı Göynük) yaratdıqdan sonra toponimin əvvəlinə baş sözü əlavə edilmişdır. Ehtimal edilir ki, Göynük yaşayış məntəqəsini orta əsrlərdə Kiçik Asiyada adı çəkilən Göynük mahalından və ya eyniadlı qaladan gəlmiş ailələr salmışlar. Oykonim "yuxarıda yerləşən Göynük kəndi" deməkdir. Göynük/göyrük Azərbaycan toponimiyasında "yaşıl sahə, otlu sahə" mənasını ifadə edir. Köynük variantı isə "kənd, el, məskun yer" mənasını bildirir.
Baş Gözəldərə
Baş Gözəldərə, Yuxarı Gözəldərə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Qaranlıq (Martuni) rayonunda kənd. == Tarixi == Göyçə gölünün yaxınlığında, Gözəldərə çayının yanında, Gözəldərə başı dağının ətəyində yerləşir. Kəndə həm də Yuxarı Gözəldərə deyilir. Toponim fərqləndirici əlamət bildirən baş (yuxarı) sözü ilə gözəl və dərə sözlərinin birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Ermənilər buraya 1828-ci ildən sonra Türkiyədən köçürülmüşdür. 1897-ci ildə burada ermənilərlə yanaşı 108 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar ermənilər tərəfindən deportasiya edilmişdir.
Baş Güneypəyə
Baş Güneypəyə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Baş Güneypəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Baş Güneypəyə kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Baş Güneypəyə kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikası == Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Güneypəyə kəndi" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd Qavartu çayının sahilində, dağ ətəyində yerləşir. == Əhalisi == 2019-cu il aprelin 6-da hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan, keçmiş Ağdərə rayonunun sakinləri, məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycan Respublikasının 10 milyonuncu sakini dünyaya gəlmişdir.
Baş Gərni
Baş Gərni — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 32 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.Kənd Gərni çayının mənbəyində salınmışdır. Toponim türk dilində «çayın mənbəyi» mənasında işlənən baş sözü ilə urartu dilində «qala» mənasında işlənən gərini (gərni) sözü əsasında formalaşmışdır. Relyef əsasında əmələ gələn toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Gərni qoyulmuşdur.
Baş Kov
Baş Kov — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Dağın adı mənbədə Baş Koy kimidir. İrəvan quberniyasının Aleksandropol qəzasında Baş Kov yaylaq (yenə orada) və Azərbaycanda Qovdağ (İsmayıllı rayonu) adı ilə eynidir. Peçeneqlərin qədim rus salnamələrində Kou (Kov) tayfasının adını əks etdirir. Orta əsrlərdə peçeneqlərin və ya qıpçaqların Kov (Qov) tayfasının adındandır. Rus salnaməsində 1097-ci ilə aid məlumatda peçeneqlərlə yanaşı Berendə, 1146-cı ilə məlumatda Qarabörk, yaxud Qarapapax (rusca yazılışda mənbədə Çernıy klobuk) və 1151-ci ilə aid məlumatda Kou (Kov) tayfalarının adları çəkilmişdir. 1170–1172-ci ilə aid məlumatdan aydın olur ki, kovlar bərəndələrin bir hissəsi idi. N. A. Baskakova görə rus salnaməsində adı çəkilən Tork (Türk), Berende və Kov tayfaları Uz tayfa birləşməsinə mənsub idi. Mənşəcə peçeneqlərə ya da uzlara mənsub olmuş Qov, Bərəndə (Vərəndə) və Qarabörk (Qarapapax) tayfaları Cənubi Qafqazda bir sıra coğrafi adlarda saxlanılmalıdır. Rus mənbələrində Kou kimi yazılmış Qov tayfasının adı Azərbaycanda Qovlar (Sabirabad rayonu) və Qovlar-Sarılı (Xanlar rayonu), Qovdərə (Lerik rayonu) və Qovdağ (İsmayıllı rayonu) adlarında saxlanılmışdır.
Baş Küngüt
Baş Küngüt — Azərbaycan Respublikasının Şəki rayonunda kənd.. == Toponimikası == Toponimin "Baş" hissəsi kəndin üst, hündür, yuxarı yerdə (yəni "başda") yerləşməsini əks etdirən sözdür. Toponimin ikinci komponenti olan "Küngüt" isə, XIII əsrdə monqol işğallarında iştirak etmiş kungiyat tayfasının adını əks etdirir. Kəndin adının ümumi mənası da "yuxarı tərəfdə yerləşən Küngüt kəndi" deməkdir. == Tarixi == Kənddəki bəzi məhəllə adları:: Həjjərlər, Süvərlər, Papaqçılar, Dəmirçilər,Muradlılar,Bəkirlər və s. === Tarixi abidələri === Ərazisində orta əsrlərə aid Küngüt qalası, alban məbədi, Həzrət Əli qalası və bir sıra tarixi abidələr yerləşir. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km şimal-şərqdə, Əyriçayın qolu olan Küngütçayın sahilində, dağlıq ərazidə yerləşir. Kənd şimaldan Böyük Qafqaz dağları, cənubdan Bideyiz, şərqdən Baş Kəldək, cənub-şərqdən isə Oraban kəndləri ilə əhatə olunmuşdur. Küngütçay kəndin şərqindən axır. Əsasən yayın sonu və payızın əvvəlində çayda daşqınlar olur.
Baş gizir
Baş gizir — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə baş miçman rütbəsidir.
Baş hərf
Kapitalizasiya – sözlərin böyük hərflərlə yazılması. Böyük hərf digər hərflərlə müqayisədə daha iri ölçüdə yazılan hərfdir. O digər qrafika ilə işlənir. Bir çox dillərdə baş hərflər cümlənin başlanğıcında, xüsusi isimlərdə və şeirlərdə hər sətirin əvvəlində yazılır. Bəzi hallarda xüsusi ayırmaq üçün hansısa söz və ya cümlə ancaq baş hərflə yazıla bilər.
Baş kəsmə
Boğazdan və ya boyundan hər hansısa bir soyuq alətlə, gilyotinlə, baltayla başın bədəndən qoparılaraq ayrılmasıdır. Bu cür hallarda 100% ölüm gerçəkləşər. Dünyada edam növü olaraq bu keçmişdə bəzi ölkələr tərəfindən istifadə edilmişdir. Amma sonradan yeni hüquq sisteminin yaranması və guya avropalıların insafa gəlməsi bunu edam növü olaraq tarix səhnəsindən çıxardı. Günümüzdə Səudiyyə Ərəbistanı bunu hələ də istifadə etməkdədir. Bəzi terrorçu qruplaşmalarda, bundan istifadə etməklə insanlar arasında çaşqınlığa və qorxuya yol açmaq istəyir.
Baş leytenant
Baş leytenant (fr. lieu tenant — müavin, lieu — yer və tenant — mövqe tutan) — Bir çox dövlətlərin silahlı qüvvələrinin kiçik zabit heyətində hərbi rütbə.
Baş matros
Baş matros — Xidməti öhdəliklərini nümunəvi yerinə yetirdiyinə və nümunəvi nizam-intizamına görə matroslara verilən hərbi rütbə. Baş matroslar manqa komandirləri icazəli olduqları zaman onları əvəz etmək hüququna malikdirlər.
Baş miqyas
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Baş müəllim
Müəllim (ərəb. معلم‎) — konkret fənn üzrə tədris prosesini keçirən səlahiyyətli şəxs, və ya məktəbdə hər hansı bir fəndən dərs deyən şəxs. == Müəllimin pedaqoji qabiliyyətləri == Təhsil prosesinin əsas siması müəllimdir. Müəllimin peşə qabiliyyətləri sırasında akademik, didaktik, ünsiyyət, konstruktiv, təşkilatçılıq və iradi-emosional qabiliyyətlər mühüm yer tutur. Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. Pedaqoji qabiliyyətlər insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Baş pontifik
Baş pontifik (lat. Pontifeks Maksimus — "ən böyük körpü quran") Qədim Romada Pontifiklər Kollegiyasında (Collegium Pontificum) ən yüksək rahib rütbəsi. Bu rütbə Qədim Roma dinində ən mühüm mövqe olaraq qəbul edilirdi. Eramızdan əvvəl 254-cü ildə bu mövqeyə plebeylərin də gəlməyə başlamasına qədər, sadəcə patrisilər gəlirdi. Erkən Roma Respublikasında dini bir status ikən, yavaş-yavaş siyasi xarakter daşımağa başladı (İmperator Avqustun dövründən etibarən) və axırda imperial kabinetə birləşdirildi. Tarixi sənədlər bu titulla Roma imperatorlarından, 375-383-cü illər arasında hökm sürmüş ən son İmperator Gratsianın çağrıldığını göstərir. Daha sonra imperator öz adının yanından bu titulu yığışdırmışdır. "Pontifeks" sözü daha sonralar Xristiyan yepiskopları tərəfindən istifadə edilməyə başlandı (Roma Yepiskopu daxil) və "Pontifeks Maksimus" adı Roma Katolik Kilsəsində (baş yepiskop olan) Papanın tituluna tətbiq edilməyə başlandı. Bu titul Papanın rəsmi titullarından sayılmasa da, papaların Renesans və indiki dövrlərə aid binalarında, abidələrində və xırda pullarında öz əksini tapmaqdadır. == Etimologiya == Lüğət mənası olaraq, pontifeks "körpü quran" (pons + facere); maximus da "ən böyük" deməkdir.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Baş qərargah
Baş qərargah; silahlı qüvvələrə nəzarət etmək və onları operativ şəkildə idarə etmək üçün yaradılmış ən ali hərbi təşkilati quruluşdur. Bəzi dövlətlərdə Baş Qərargah Nazirliyi mövcuddur.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Baş serjant
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş starşina
Baş starşina — donanmada birinci dərəcəli starşinadan daha yüksək, baş gəmi starşinasından (18 noyabr 1971-ci ilə qədər miçmandan) isə daha aşağı tutulan hərbi rütbə.
Baş çavuş
Baş çavuş — Azərbaycan Silahlı Qüvvələrində kiçik komandir rütbəsi. Azərbaycan Hərbi Dəniz Qüvvələrindəki ekvivalent rütbə birinci starşina rütbəsidir.
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.
Baş Ştatlar
Baş Ştatlar - XIV - XVII əsrlərdə Fransada ali silki nümayəndələr orqanı. Şablon:Short description Baş Ştatlar 1302-ci ildə Fransa kralı IV Gözəl Filipp tərəfindən Roma papasına qarşı mübarizədə silklərin yardımını almaq məqsədi ilə yaradılmışdır. Bu, ruhanilərin, zadəganların və varlı şəhərlilərin nümayəndələrinin yığıncağı idi. Hər bir silkin nümayəndələri ayrıca iclas keçirirdilər və hər bir silkin bir səsi var idi. Ruhanilərin və zadəganların bir səsə qarşı iki səsləri var idi. Şəhər varlıları isə güzəştə getmək məcburiyyətində idilər. Silklər arasındakı fikir ayrılığı Baş Ştatların dövlət işlərinə təsirini zəiflədirdi. Bu dövrdən etibarən krallar hər dəfə vergi tətbiq etmək istəyəndə Baş Ştatları çağırırdılar. Lakin kral hakimiyyəti möhkəmləndikdən sonra 1614-cü ildən Baş Ştatları çağırmadılar. Yalnız 175 il keçdikdən sonra Baş Ştatlar 1789-cu ildə kral XVI Lüdovik tərəfindən çağırılmış və ona tabe olmadıqlarından özlərini Milli Məclis adlandırmışlar.
Baş Ələt
Baş Ələt — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Qəsəbə düzənlikdədir. Toponimin ikinci komponenti türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adı ilə bağlıdır. Bu etnonim digər xalqların toponimiyasında da özünü göstərir. Ələtli (Ermənistan, Dağıstan), Ələt (Monqolustan), Alat (Volqaboyunda), Ələt (Özbəkistan) və s. Oykonim "birinci Ələt" deməkdir.
Baş əsgər
Baş əsgər — Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçulara verilən rütbədir. Belə ki, bu rütbələr MAXE hərbi qulluqçular və müddətli hərbi qulluqçulara verilir. Əsasən hərbi xidmətdə şücaəti, idarəçiliyi və fədakarlığı ilə yoldaşlarından seçilən hərbi qulluqçulara verilir. Bu rütbə ilə təltif olunmuş hərbi qulluqçular kiçik komandir heyəti kateqoriyasına aiddirlər.
Başqırdıstanın coğrafi mərkəzi
Başqırdıstan Respublikasının coğrafi mərkəzi — ölkənin ucqar nöqtələrindən eyni məsafədə yerləşən, mərkəzi nöqtə. Başqırdıstanın coğrafi mərkəzi Qafuri rayonunun şimalında, Ağidel və Zilim çayları arasında, Erek kəndindən şərqdə, Arxangel və Karmaskalı rayonları sərhəddinə yaxın ərazidə yerləşir. Ufa şəhərindən 67,5 km məsafədə yerlkəşir Bu nöqtə 2002-ci ildə Başqırdıstan Dövlət Universiteti Fiziki coğrafiya və Torpaq hidrologiyası kafedrasının müdiri, coğrafiya elmləri doktoru, professor Aufar Qareyev və kafedra asistenti Əzəmət Niqmatullin tərfindən müəyyən edilmişdir. 4 iyul 2009-cu ildə Şəjərə bayram günündə, yerli əhali tərəfindən xatirə oxu qoyulmuşdur. Abidədən bir qədər aralıda inanac xüsiusiyyəti daşıyan, yay daşı vardır. == Mənbə == "Volqaİnform" informasiya agentliyi В самом центре Башкирии установят стелу. Комсомольская правда. 8 июля 2009 г. Krasnousolsk kəndinin saytı Памятник станет местом паломничества туристов со всех городов.
Başqırdıstanın dövlət müstəqilliyi haqqında bəyannamə
Başqırdıstan dövlət müstəqilliyi haqqında bəyannamə (başq. Башҡортостандың дәүләт суверенитеты тураһында декларация) — ictimai-siyasi əsas prinsipləri və Başqırd SSR-nin dövlət quruluşlarını elan etmiş sənəd. Bəyannamə 11 oktyabr, 1990-cı il Başqırd ASSR Ali sovetinin III sessiyasında qəbul edilmişdir. == Bəyannamənin qəbul edilmə tarixi == 12 iyun, 1990-cı ildə RSFSR-ın xalq deputatlarının qurultayı Rusiya Sovet Federativ Sosializm Respublikasının dövlət müstəqilliyi haqqında Bəyannaməni qəbul etdi. Bu Bəyannamə, həmçinin SSRİ-in Qanunları "SSR ittifaqının və Federasiyanın subyektlərinin arasında səlahiyyətlərin ayrılması haqqında", "SSR ittifaqının iqtisadi münasibətlərinin əsasları haqqında, ittifaqlar və muxtar respublikalar" qanunda, Başqırd respublikasının dövlət müstəqilliyi haqqında Bəyannamənin qəbulu üçün hüquq əsası oldu. 11 oktyabr, 1990-cı ildə Başqırd ASSR Ali sovetinin III sessiyasında respublikanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu. Müharibədən sonrakı dövrdə Tatarıstanda və Başqırdıstanda neft çıxarılması sürətlə inkişaf etməyə başladı. Azərbaycan geoloqlarının və neftçilərinin səyi ilə bu regionlarda yeni neft yataqları kəşf edildi və istismara verildi. 70-80-ci illərdə nəhəng maşınqayırma və digər sənaye müəssisələri işə salındı. SSRİ dağıldıqdan sonra Tatarıstanda və Başqırdıstanda yerli xalqların idarəçilikdə daha fəal iştirak etməsi tələbləri gücləndi.
Başqırdıstanın dövlət quruluşu
Başqırdıstanın dövlət quruluşu — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında Dövlət quruluşunun əsasları. Rusiya Federasiyasının subyektlərindən biri olan Başqırdıstan Respublikasının Dövlət hakimiyyəti orqanları sistemi 1993-cü ildə qəbul edilmiş Başqırdıstan Respublikasının Konstitusiyası ilə müəyyənləşir. Dövlət hakimiyyətini respublikanın prezidenti, Dövlət məclisi – Qurultay, Başqırdıstanın Nazirlər kabineti və respublika konstitusiyasına uyğun yaradılan digər hakimiyyət orqanları həyata keçirir. Başqırdıstan Respublikasının başçısı Rusiya Federasiyası Prezidentinin təqdimatına əsasən Dövlət məclisi tərəfindən səlahiyyətlər alan ali vəzifəli şəxs – Başqırdıstan Prezidentidir. Dövlət məclisi Qurultay adlanır və dövlət hakimiyyətinin ali qanunverici – təmsiledici orqanıdır. Birmandatlı seçki dairələri üzrə 5 il müddətinə seçilən 120 deputatdan ibarətdir. Deputatlar həm peşəkar daimi əsasda, həm də qeyri-daimi əsasda işləmək hüququna malikdirlər. Nazirlər kabineti (hökumət) dövlət hakimiyyətinin ali icraedici orqanıdır; prezident tərəfindən formalaşdırılır. Baş nazir Dövlət məclisinin razılığı ilə prezident tərəfindən təyin edilir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Başqırdıstanın ucqar nöqtələri
Başqırdıstanın Respublikasının ucqar nöqtələri. == Ucqar nöqtələr == Respublikanın ən ucar nöqtəsində abidə ucaldılmışdır. Abidə 12 oktyabr 2017-ci ildə Rusiya Coğrafiya cəmiyyətinin Başqırdıstan Respublikasındakı bölməsi tərəfindən açılmışdır. Eynilə respublikanın qərb nöqtəsində də bu cür abidə ucaldılmışdır. Abidə 27 oktyabr 2017-ci ildə ucaldılmışdır. sahəsi 143 000 km² . Uzunluğu şimaldan cənuba — 550 km, şərqdən qərbə — 430 km. == Ucar zirvələr == Respublikanın ən ucqar nöqtəsi Yamantau dağı (1640 m). Cənubi Uralda yerləşən yüksək nöqtə. İnzibati cəhətdən Rusiya Federasiyasının Başqırdıstan Respublikası Beloteski rayonu ərazisində yerləşir.
Başqırdıstan–Tatarıstan münasibətləri
Başqırdıstan–Tatarıstan münasibətləri — Rusiya Federasiyasının Başqırdıstan Respublikası ilə Tatarıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Etnik quruluş etibarilə başqırdlar tatarlara yaxındırlar. Tarixi mənbələrə görə, başqırd-tatar əlaqələri hələ təxminən on min il əvvəl başlamışdır. 1552-ci ildə Kazan xanlığının süqutundan sonra hər iki türk boyu – tatar və başqırdlar ruslara qarşı birlikdə qiyam qaldırmış, lakin XVIII əsrin sonlarında rus hakimiyyətinə daxil olmaq məcburiyyətində qalmışlar. Bundan sonra hər iki respublikanın ərazisi Rusiya imperiyasının tərkibində olmuşdur. Dörd əsrlik bir dövrdə bir yerdə yaşayan başqırdlar və tatarlar bir-biriləriylə tamamilə qaynaşmışlar. Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstan şəhərləri olan Ufa, Orenburq, Kargah, Troyskiy, İsterlibaş və digər şəhər və qəsəbələrdəki mədrəsələr arasında təhsil və tədris üsulları baxımından demək olar ki, heç bir fərq yox idi. Təhsil işçiləri arasında tatarlar olduğu kimi, çoxlu başqırdlar da var idi. Onlar heç bir zaman ayrılıq və həsrət yaşamamışlar. Son dövrlərin tanınmış yazıçı, tarixçi və şairlərindən Həbibünnəccar, Zəki Vəlidi Toğan, Şeyxadə Babiç və digərləri əsərlərini başqırd dilində deyil, məhz tatar dilində qələmə almışlar.
Başqırt atı
Başqırd atı — at cinsi olaraq Başqırdıstanın endemik canlısıdır. == Görünüşü == Bu cins yerli meşə və çöl atlarının seleksiyasi nəticəsində meydana gəlmişdir. Atın formalaşmasında il boyu davam edən kontinental iqlim mühüm rol oynamışdır. Bel nahiyədi enli, boynu idə yoğun və qısadır. Hündürlüyü 142–145 sm təşkil edir. Diri çəkisi 450–470 kq-dır. == Tarixi == Başqırd atı xüsusi ilə XVII—XVIII əsrlərdə geniş yayılmışdı. Onlar Ufa və Orenburq quberniyalarında yetişdirilirdi. Əsas arealından kənarda isə Perm, Samara və Kazan quberniyalarında belə rast gəlinirdi. Onlardan əsasən Qərbi Sibirdə poçt daşımalarında istifadə edilirdi.
Başqışlaq
Baş Qışlaq (Zəncan) —
Başsız
Başsız (Eçmiədzin)
Başsız (Bostanabad)
Başsız (fars. باش سيز‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 545 nəfər yaşayır (92 ailə).
Başsız (Eçmiədzin)
Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. == Toponim == Başsız — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd adı. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Karbi nahiyəsində kənd adı kimi qeyd olunur. Əsli Baş Sis. 1590-cı ilə aid mənbədə Başsız, 1727-ci ilə aid mənbədə isə kəndin adı Baş Sis kimidir. Sis-Kiçik Asiyanın cənubunda Kiligiya əyalətində şəhər və mahal adıdır. Cis və Masis orta əsrlərdə Türkiyənin cənubunda Qaraman əyalətində iki qalanın adı olmuşdur. Mənbələrdə ilk dəfə XVI əsrdən məlumdur. Kənd Sisdən gəlmiş türklərin məskunlaşması nəticəsində yaranmışdır. XVII əsrə aid erməni mənbəyinə görə Sis həm də Kozan adlanmışdır.
Başsız Ucan (Bostanabad)
Başsız Ucan (fars. باشسيزاوجان‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 466 nəfər yaşayır (81 ailə).
Başsız atlı (roman)
Başsız atlı — Mayn Rid tərəfindən 1865-ci ildə yazılmış roman. Vəhşi Qərb mövzusunda yazılmış romanda gənc qızı sevən iki gəncin mübarizəsi ilə yanaşı, ABŞ həyatının müstəmləkəçilik siyasəti, qul alverinin dəhşətləri, Amerika hindularının həyatı təsvir edilir. == Yazıçı haqqında == Mayn Rid Tomas 1818-ci ildə Britaniyada anadan olmuşdur. O, keçən əsrin ingilis romançılarındandır (Thomas Mayne Reid). Rid 20 yaşında ikən ABŞ-yə getmiş, Amerika-Meksika müharibəsində (1846–1848) iştirak etmişdir. Onun bir çox əsərləri Amerika həyatından bəhs edir. Müharibənin iştirakçısı kimi şəxsən müşahidə etdiyi bir çox hadisələr və insanlar sonralar yazdığı əsərlərində, xüsusən də "Azad atıcılar", "Ağ rəhbər", "Kbarteron qız", "Feminolların başçısı Otseolla", "Başsız atlı", "Öldürücü atəş" romanlarında öz bədii inikasını tapmışdır. Mayn Rid insan qəlbinin dərinliklərinə enməyi surətlər, arasındakı münasibətləri konkret həyat hadisələri əsasında təsvir etməyi bacaran xarakterlər ustasıdır. Əsərlərində müəllif ABŞ-nin müstəmləkəçilik siyasətini, qul alverinin dəhşətlərini, amerika hindularının həyatını təsvir etmişdir. Humanist ruhlu macəra romanlarında hinduların ağ müstəmləkəçilərə qarşı istiqlaliyyət mübarizəsini təsvir etmişdir.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Başt şəhristanı
Başt şəhristanı- İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Başt şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 22,170 nəfər və 4,309 ailədən ibarət idi.
Baştağ
Baştağ — binanın girişində, yuxarı hissəsində xüsusi fiqurlar və ya yazı elementləri ilə qapanan mütənasib biçimli memarlıq elementi. Çağlar memarlıqda girişin iki növü formalaşmışdı: baştağlar və portallar. Portalların ən bitkin növünə qədim yunan memarlığında, baştağlara isə qədim Misir memarlığında rast gəlinir. Memarlıq alimi Rayihə Əmənzadə XI əsrdən sonra Azərbaycanda milli memarlıq məktəblərinin formalaşdığı dövrdə yaranan baştağları 8 qrupa bölüb: taxça, üz, haşiyə, həcm-məkan, ayrıca dayanan, eyvan, balaxana ilə birləşdirilən və darvaza baştağlar. == Azərbaycan memarlığında baştağlar == Azərbaycan memarlığında haşiyə ilə çevrələnmiş dərin taxça quruluşlu baştağlar XII əsr abidələrində qeydə alınıb, XIV əsrdə Naxçıvandakı, sonralar Bakı və Ərdəbil, Təbriz və Bərdədəki abidələrdə özünü göstərib. Üz baştağların klassik örnəklərinin yaradılması memar Əcəmi Naxçıvaninin adı ilə bağlıdır. Bu nümunələrə Naxçıvan, Marağa, Qəbələ abidələrində rast gəlmək olur. Haşiyə baştağlar işğal altında olan Cəbrayıl, Zəngilan, Ağdam, Füzuli rayonlarında qalan tarixi abidələrdə daha çoxdur. === Həcm-məkan baştağlar === Həcm-məkan baştağlara Bakıda Şirvanşahlar sarayını, Şamaxı abidələrini göstərmək olar. Ayrıca dayanan baştağlardan Naxçıvandakı Qarabağlar kompleksini, Güney Azərbaycanın Sultaniyyə və Təbriz abidələrini, Bakıda Şirvanşahlar sarayının Şərq darvazasını, Gəncədə İmamzadə kompleksini, Buzovnadakı turbəni memarlar daha yüksək dəyərləndirilər.
Baştüklü yonca
Baştüklü yonca (lat. Trifolium trichocephalum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-70 sm, gövdəsi düz, möhkəm, sərt, 5-3 sayda olub, sadədir, nadir halda zəif budaqlanmış, adətən içi boş olan çoxillik, sıx qabarıq-tüklü ot bitkisidir. Aşağı yarpaqları uzun saplaq üzərindədir. Yarpaqcıqları iridir, uzunsovyumurtaşəkilli və ya ellipsşəkillidir, neştərvari formayadək dəyişir, tüklüdür, uzunluğu 2-6 smdir. Başcığı tək olub, oturaq, sıxçiçəkli, iridir, şarşəkilli və ya yumurtaşəkilli-şarşəkillidir, uzinluğu 3,5-5 sm, qaidə hissəsində təpə yarpaqları ilə sarınmışdır. Çiçəkləri 2,5-3 sm uzunluqdadır, solğun-sarı rəngdədir. Meyvəsi paxla birtoxumludur, təpə hissədə qığırdaqlı qapağı vardır. İyunda çiçəkləyir, iyulda meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, KQ şimal, KQ mərkəzi, Nax.
Başuki (Bicar)
Başuki (fars. باشوكي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (21 ailə). Əhalisini kürdlər təşkil edir.
Başxanım Şəfiqızı
Başxanım Şəfiqızı (1880, Daşkənd, Yeni Bəyazid qəzası – 18 noyabr 1958, Daşkənd, Basarkeçər rayonu) — Göyçə mahalında yaşamış şairə. == Həyatı == Rəsulova Başxanım Şəfi qızı 1880-ci ildə Göyçə mahalının Daşkənd kəndində ruhani ailəsində anadan olmuşdur. Atası Axund Şəfi, qardaşları Molla Mehdi və Hacı Rəhim dövrünün mütərəqqi ziyalısı olmuşdur. Qardaşı Hacı Rəhim 1905-ci və 1918-ci illərdə daşnaqlara qarşı vuruşan və bu yolda şəhid olan ən cəsur igidlərdən olmuşdur. Başxanım da atası və qardaşlarından ərəb və fars dilində yazıb oxumağı öyrənmişdir. Səxavətdə, mərhəmətdə Hatəmi-Taun qədər ad-san qazanan Başxanım hazırcavablığı ilə də Göyçə mahalında məşhur qadınlardan olmuşdur. Böyük Vətən müharibəsindən oğlu Nəsib (1909–1941/45) və İkinci dünya müharibəsindən oğlu Zülfiqarın (1912–1939/45) qayıtmaması, həyat yoldaşı Məhərrəmin (1873–1953) gözlərinin tez tutulması və onun da vəfatı Başxanımı çox sarsıtmışdır. Başxanım Şəfiqızı 18 noyabr 1958-ci ildə doğma vətəni Daşkənd kəndində vəfat etmiş və Daşkənd qəbiristanlığında dəfn edilmişdir. == Haqqında yazılanlar == Başxanım Şəfiqızının həyatı və yaradıcılığı haqqında bir neçə kitabda məlumat verilmişdir: 1991-ci ildə "Gənclik" nəşriyyatında çap olunan Əzizə Cəfərzadənin "Azərbaycanın aşıq və şair qadınları" kitabında Başxanım Şəfiqızının qoşmaları və bayatıları nəşr olunmuşdur (səh 157–159). 1998-ci ildə Gəncə nəşriyyatında çap olunan Sərraf Şiruyənin "Bu ocağın odu sönməz" kitabında (səh.
Başyarma
Başyarma (ərəb. تطبیر Tatbir‎, fars. قمه‌زنی‎) - Aşura əzadarlığı zamanı şiələrin qəmə və qılınc ilə başlarını yarma mərasimi.
Başıayaqlı molyusklar
Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. == Haqqında == Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır. Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər.
Başıayaqlılar
Başıayaqlılar (lat. Cephalopoda) — heyvanlar aləminin molyusklar tipinə aid heyvan sinfi. == Haqqında == Bu sinfin nümayəndələrinin ayaqları başlarında yerləşən bir neçə qolcuğa və hərəkəti təmin edən qıfa çevrilmişdir. Qolcuqlarda çoxlu sormaclar vardır. Suda aktiv üzürlər. Yırtıcıdırlar. Çox az nümayəndəsində çanaq vardır. Normal duzlu dənizlərdə yaşayırlar. Həm xariciqabıqlı (Nautilus cinsi) həm də daxiliqabıqlı (kalmarlar, karakatisalar, osminoqlar) nümayəndələrlə təmsil olunmuşlar. Qazıntı halında ammonit və belemnitlər daha çox rast gəlirlər.
Başın transpalantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başın transplantasiyası
Başın transplantasiyası — Günümüzdə ən çox yeniliklər olan sahələrdən biri orqan transplantasiyasıdır.Bu sahə o qədər inkişaf edib ki, hətta artıq başın transplantasiyası belə mümkündür.Bu transpalntasiyada ilk dəfə bir meymunun başı digərinin bədəninə köçürülüb.Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun imnun sistemi yad orqandan imtina edib.Serco Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-də keçirilən konfransda təqdim edib. O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək. İtaliyalı neyrocərrah Serco Kanavero başın köçürülməsi üzrə yoxlama əməliyyatından sağ çıxan heyvanların nümayiş olunduğu videonu dərc edib.Həkim heyvanların başını tam kəsməyib, o, yalnız onurğanı kəsib. Onurğanın bərpasının çətinliyi tam köçürülmənin həyata keçirilməsində maneədir.Kanaveronun sözlərinə əsasən, o, işində onurğa beyninin kəsilmiş sahələrinə daxil edilən polietilenqlikoldan istifadə edib ki, bu da minlərlə neyron arasında əlaqənin bərpasına yardımçı olub. Dünyada ilk dəfə keçiriləcəyi planlaşdırılan əməliyyatı italiyalı neyrocərrah Sercio Kanavero Rusiyada həyata keçirməli idi.Ömrünün 30 ilini bu əməliyyata hazırlaşan cərrah bir sıra çətinliklərlə üzləşib. Onun əməliyyat edəcəyi xəstə "Verdinq-Xofman” xəstəliyindən əziyyət çəkən və ömürlük əlil arabasına məhkum olan rusiyalı proqramçı Valeri Spiridonov idi. Əməliyyat 150 cərrahın iştirakı ilə 36 saat davam edəcəkdi. Əməliyyatın büdcəsi 20 milyon dollar müəyyən edilmişdi.Əməliyyata qədər həkim Kanavaro çinli cərrah Ren Syapinlə əməkdaşlığa başlayaraq heyvanlar üzərində bir sıra sınaq əməliyyatları həyata keçirmişdi. Ancaq elmi təşkilatlar bu əməliyyatlara skeptik yanaşaraq onun nəticələrini yayımlamaqdan imtina ediblər. Baş transplantasiyası kimi riskli əməliyyata razılıq verən Spiridonov isə əməliyyatdan imtina edərək ABŞ-yə köçüb.
Başınağacı
Başınağacı (lat. Viburnum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda yabanı halda 3 növü yayılıb, təbabətdə adi başınağacı (Viburnum opulus) istifadə edilir. Adi başınağacı – yaşıltəhər, qonur – boz rəngdə qabıqlı gövdəyə malik koldur. Qarşı-qarşıya düzülmüş, yumurtaşəkilli, kənarı iri dişli yarpaqları vardır. Çiçəkləri ağdır, çətir formada yerləşir. Al qırmızı rəngli yumurtavari – girdə formada bir çəyirdəkli yeməli meyvələri var. Bitki may – iyun aylarında çiçəkləyir, meyvələri avqust – sentyabrda yetişir. Başınağacı Azərbaycanda Böyük və Kiçik Qafaqzın meşəliklərində və Talışda – ovalıqdan başlayaraq orta dağ qurşağına kimi geniş yayılıb. Ona daha çox meşələrdə, çayların kənarında və kolluqlarda rast gəlinir.

Digər lüğətlərdə