BAŞARAT

(Qax, Qazax)
bax basarat . – Başaratın olsa, sən də oxuyuf bir adam olardın
◊ Başaratı bağlanmax (Qax) – b a x basaratı bağlanmax. – Elinnən bi şey gəlmiy, başaratı bağlanıp honun
BAŞALTI
BAŞBƏZƏYİ
OBASTAN VİKİ
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.