BABAKİŞİ

hörmətli adam, babaya layiq kişi.
BABAXAN
BABALAR
OBASTAN VİKİ
Babakişi
Babakişi — Kişi adı. Babakişi Babaşov — Sosialist Əməyi Qəhrəmanı Kəndlər Babakişi (Abaran) — Abaran rayonunda kənd. Babakişi (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. Babakişilər — Gürcüstanda kənd.
Babakişi (Abaran)
Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.
Babakişi (Dərəçiçək)
Babakişi — İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şimal-qərbdə, Misxana çayının yaxınlığında yerləşir. Ermənilər buraya 1829-cu ildə Türkiyənin Alaşkert vilayətindən köçürülmüşdür. == Toponimi == Toponim Babakişi şəxs adı əssında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VII.1948-ci il fərmanı ilə adı dəyişdirilib Ağavnadzor qoyulmuşdur. == Əhalisi == 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi sıxışdırılıb çıxarılmışdır. Kənddə 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır.1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi.
Babakişi (Eçmiadzin)
Babakişi — 1972-ci ilə kimi Abaran rayonunun tərkibində kənd. == Tarixi == İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd. Nairi rayonu yaradılanadək 1972-ci ilə kimi Abaran rayonunun tərkibində olmuşdur. Rayon mərkəzindən 27 km cənub-şərqdə, Zəngi çayından axan arxın yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə X-XIV əsrlərə aid tarixi abidələr vardır. Toponim Babakişi şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı dəyişdirilib Bujakan qoyulmuşdur.
Babakişi Babaşov
Babakişi Musa oğlu Babaşov (1892, Bico, Şamaxı qəzası – 1972, Bico, Ağsu rayonu) — Sosialist Əməyi Qəhrəmanı 1892-cı ildə indiki Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndində doğulmuşdur. 1948-ci ildə bir fərmanla Sosialist Əməyi Qəhrəmanı fəxri adı ilə təltif edilmiş, eyni kənddən olan 6 nəfərdən biridir. Bico kəndinin Əzizbəyov adına kolxozunda sıravi kolxozçu və manqa başçısı işləmişdir. 1972-ci il may ayının 20-də Bico kəndində vəfat etmişdir.
Ayan Babakişiyeva
Babakişilər
Babakişilər — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Musoprian kəndi Rayon mərkəzindən 16 km günbatar səmtdə, dəniz səviyyəsindən 760 m yüksəklikdə yerləşir. Məxzlərdə Musapirilər kimi gedib. Babakişilər deyilir. == Əhalisi == 1870-ci ildə 5 ailədə 34 nəfər, 1918-ci ildə 228 nəfər, 1926-cı ildə 32 ailədə 288 nəfər, 2002-ci ildə 222 ailədə 724 nəfər, 2006-cı ildə 185 ailədə 721 nəfər. == Maarif == İlk məktəb 1931-ci ildə yaradılıb. hal-hazırda bir baza məktəbi (2005-də 9 sinifdə 74 şagird) fəaliyyətdədir.