BALABƏY

kiçik bəy, balaca bəy.
BALABAN
BALACAN
OBASTAN VİKİ
Balabəy Həsənbəyov
Həsənbəyov Bala bəy Cabbar bəy oğlu (1899, Yelizavetpol – 1937, Bakı) — iqtisadçı, professor, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru. == Həyatı == Bala bəy Həsənbəyov 1899-cu ildə Gəncə şəhərində anadan olub. İlk təhsilini də bu şəhərdə almışdır. Daha sonra Moskva Dövlət Univeristetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Əsasən işçi qüvvəsinin yerləşdirilməsi məsələlərinin tədqiqi ilə məşğul olmuş, 1931-ci ildə "Azərbaycanda işçi qüvvəsinin təkrar istehsalı problemi" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Vətənə döndükdən sonra respublikanın elmi həyatında yaxından iştirak edib == Fəaliyyəti == 1920-ci illərdə partiya, dövlət orqanlarında çalışmışdır. 1936-cı il mart ayının 30-da Azərbaycan KP(b)P Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırovun imzaladığı qərarla Azərbaycan Şura Ensiklopediyası iqtisadiyyat və kənd təsərrüfatı şöbəsinə redaktor təyin edilmişdi. Onun fəaliyyətinin son dövrü Azərbaycan Dövlət Universiteti ilə bağlıdır. B.Həsənbəyov rektor olmaqla yanaşı, həmçinin ADU-da siyasi iqtisad kafedrasına başçılıq edib. == Güllələnməsi == 1937-ci il yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsi tərəfindən professor, ADU-nun rektoru B.Həsənbəyov saxta ittihamlarla həbs olunub.
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Balabəy Ağayev
Balabəy Ağayev (30 sentyabr 1998) — Azərbaycanı təmsil edən cüdoçu. == Karyerası == Balabəy Ağayev 2017-2018-ci illərdə yeniyetmələr arasında beynəlxalq turnirlərdə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib oldu. 2018-ci ildə U-21 Azərbaycan Çempionatının qalibi oldu, U-23 Azərbaycan Çempionatı və seniorların Azərbaycan Çempionatını isə bürünc medallarla başa vurdu. Həmin il Sofiya şəhərində (Bolqarıstan) gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olan Balabəy Ağayev həm də Nassauda gənclər arasında Dünya Çempionatını gümüş medalla başa vurdu. Bir müddət hərbi xidmətlə bağlı olaraq idmandan uzaqlaşan Balabəy Ağayev 2021-ci ildə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2022-ci ildə Balabəy Ağayev əvvəlcə Portuqaliyada IJF Qran-Pri turnirinin gümüş medalına sahib oldu. Apreldə Sofiya şəhərində Avropa Çempionatını beşinci pillədə başa vurduqdan sonra avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu, həmçinin IJF Grand Slam turnirlərinin BƏƏ mərhələsində bürünc, Azərbaycan mərhələsində isə qızıl medallara sahib oldu. İlin sonunda Qüds şəhərində IJF World Masters turnirini bürünc medalla tamamladı. Balabəy Ağayev 2023-cü ilin fevralında növbəti dəfə Fransanın Paris şəhərində baş tutan IJF Grand Slam turnirində bütün rəqibləri üzərində qələbə qazanaraq turnirin qalibi oldu. Amma ilin növbəti turnirlərini — IJF Grand Slam turnirlərinin İsrail və Yaponiya mərhələlərini, həmçinin Macarıstanda IJF World Masters turnirini beşinci pillələrdə başa vurdu.
Balabəy Əlibəyov (diplomat)
Balabəy Əlibəyov (1855, Naxçıvan – XX əsr) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu. == Həyatı == Hələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B. Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L. Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B. Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş". Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir. Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir. Balabəy 1903–1908-ci illərdə polis zabiti, 1908–1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir. 1911-ci ildə pensiyaya çıxan Balabəy Əlibəyovun təcrübəsi, yerli əhali arasında olan nüfuzu və rus, türk, fars və digər dillərə yaxşı bələd olması onu xidmətini pensiya ala-ala davam etdirməsi ilə nəticələnmiş, beləliklə o 1911–1917-ci illərdə polis idarəsində həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1917-ci ildən 1920-ci ilə qədər Balabəy Əlibəyovun fəaliyyəti Urmiya şəhəri ilə bağlı olmuşdur.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Balabəy Əlibəyov (professor)
Əlibəyov Balabəy İsa oğlu (1910, Lənkəran, Lənkəran qəzası – 1988) — texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935–1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954–1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977–1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B. İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Balabəyli (Kəleybər)
Balabəyli (fars. بالي بيگ لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (14 ailə).
Faiq Balabəyli
Balabəyli Faiq Ağaş oğlu (23 fevral 1964, Sabirabad, Astraxanbazar rayonu) — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996). == Həyatı == Faiq Balabəyli 1964-cü il fevral ayının 23-də Cəlilabad rayonun Sabirabad kəndində anadan olub. 1971–1981-ci illərdə Sabirabad kənd orta məktəbində təhsil alıb. 1981–1984-cü illərdə 95 saylı Bakı Dənizçilik Məktəbində oxuyub. 1982–1984-cü illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra təhsilini qiyabi olaraq Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə daxil olaraq davam etdirib. 1984-cü ildən Xəzər Dəniz Neft Donanmasında matorçu vəzifəsində işə düzəlib. Elektrik mexanniki, gəmi kapitanın baş köməkçisi və gəmi kapitanı vəzifələrində işləyib. 1992–1994-cü illərdə iki illik Jurnalist Sənətkarliğı kursunu bitirib. 1996–2006-cı illərdə "Ədəbiyyat qəzeti"ndə işləyib.
Pərviz Balabəyov
Ramil Balabəyov
Elcan Balabəyli