BALQIMAQ
BALÜ-PƏR FARS
OBASTAN VİKİ
Pər
Pər — fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına baxmayaraq vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Balu (çay)
Balu (benq. বালু নদী ) -Banqladeşdə çay, Şitalakşa çayının sağ qolu. Banqladeşin şimal-mərkəzi hissəsi, Qazipur, Dakka və Narayanganj rayonlarının ərazisindən axır. Çay 44 kilometr uzunluğundadır və orta eni 79 metrdir. Banqladeş Su Ehtiyatlarının İnkişafı Şurasının çayları siyahısında 46-cı yerdə göstərilmişdir. Balu çayı yağışlı mövsümdə daşır. Çayda qazma işləri Banqladeş hökumətinin sponsorluğu ilə aparılır. Buna baxmayaraq Balu çayı "ölüm çayına" çevrilir. Bu, çayın əsas axınının musson dövründə, Şitalakşa çayının Balu çayı boyunca axması zamanı baş verməsi ilə əlaqədardır. Balu çayında yağış olmadığından 6-7 ay ərzində su axını quruyur .

Digər lüğətlərdə