BANLAMAQ

f.
1. Oxumaq, ötmək (xoruz, beçə, qırqovul haqqında). Xoruz banlayır.
– Bir qarının bir xoruzu var idi; Hər gün obaşdandan o banlar idi. A.Səhhət.
Haradasa, xarabalıqda doğrudan da bir xoruz banlayırdı. Ə.Məmmədxanlı.

2. məc. Qışqırmaq, bağırmaq.
Bir də görürsən ki, olub heyvərə; Əlli uşaq banladı birdən-birə. M.Ə.Sabir.
Odur ki, hürriyyətinisvan deyə, şəst ilə banladım. C.Cabbarlı.

// dan. Birdən yerindən danışmaq, qışqırmaq. Nə banlayırsan oradan.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BANLAMAQ qışqırmaq — bağırmaq
  • BANLAMAQ oxumaq — ötmək

Etimologiya

  • BANLAMAQ 1. Güman edirəm ki, bağırmaq, böyürmək, bəyirmək, banlatmaq tipli söz­­lər tarixi baxımından qohumluq əlaqələrinə malikdir, onların etimoloji kökü ba
BANLAMA
BANLAŞMA

Digər lüğətlərdə