BASIRIQ

is. Sıxlıq, adam çoxluğu, tünlük, basabas, qələbəlik. Orada basırıq vardır.
– Mədənin qapısı çox basırıq idi. M.S.Ordubadi.
Basırıq və hay-küy içində bir uşaq naləsi eşidildi. M.İbrahimov.
Ümumiyyətlə, hamam xəzinələrinin qapısı kiçik olduğundan burada daima basırıq olardı. H.Sarabski.

// Sıxıntı, darısqallıq. O basırıqda iş görmək olmur.
// Nizamsızlıq, törtöküntü. Bu basırıqda heç şey tapmaq olmaz.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BASIRIQ basırıq bax basabas
  • BASIRIQ bax: basabas
BASIM
BASİ́L

Digər lüğətlərdə