1. Əsil mənası “Allahın adı ilə” olub, dindar müsəlmanların bir işə başlarkən dua kimi işlətdikləri söz.
[Məsmə] bismillah deyib ayaq basmaq istəyirdi, yadına düşdü ki, indi Tahirzadə evdə olmaz.
// Yeməyə dəvət.
[Məmməd bəy:] – Uşaqlar, bismillah! – dedi, əlini süfrəyə uzatdı, qonaqlar da yeməyə başladılar.
Gözlərini dolmadan çəkməmiş Məşədi Heydər daha tab gətirə bilməyib “bismillah” deyə yeməyə təklif etdi…
2. məc. dan. Buyur, başla, elə, et mənasında.
[Salman:] Qardaş, indi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan isə, bismillah, sözüm yoxdur.
3. dan. Təəccüb bildirən nida kimi işlənir. Bismillah, belə də böhtan olar.