Kəndir
Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi.