BOŞDAĞ

I
(Kürdəmir)
yumşaq, boştəhər. – Bizim yer boşdağdı, yaxşı əkin olur
II
(İmişli)
sahibsiz, yiyəsiz, boş. – Bılar gedib bi boşdağ yerdə kənd saldılar
◊ Boşdağa qoymax (Oğuz) – dincə qoymaq, müəyyən müddət üçün əkməmək. – Bu il yerimizi boşdağa qoymışıx
BOŞANAX
BOŞDAX