BOZAX

I
(Borçalı, Füzuli, Şəmkir, Tovuz)
yerli qoyun cinsi. – Bozax bizim yerin qoyunlarıdı, yunu seyrəx’di (Tovuz); – Bu bozax yunudu (Şəmkir)
II
(Füzuli)
yemiş növü. – Bozax yeməli yemişdi
III
(Ağdam)
quru ot
BOZAĞAN
BOZALAPERT
OBASTAN VİKİ
Bozax qoyunu
Bozax qoyunu — Qoyun cinslərindən biri. Qərbi Azərbaycanda, qismən şərqi Gürcüstan və Ermənistanın bir sıra rayonlarında yayılan bozax qoyunu qədim, həm də yerli Azərbaycan qoyun cinslərindən biri sayılır. Vaxtilə Gəncə və Qazax qəzalarında daha çox inkişaf tapan bozax qoyun cinsi ətlik, südlük, yunluq və satış üçün bəslənmişdir. Bozax qoyununun yunu əsasən boz, nadir hallarda ağ, qəhvəyi rəngdə olur. Çox güman ki, onun rənginin bozluğu nəzərə alınaraq ona bozax qoyunu adı verilmişdir. Bu cins qoyunların diri çəkisi əsasən 50–65 kq-a qədər olur. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. səh. 596.

Digər lüğətlərdə