Küftə-Bozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi.
== Tərkibi ==
Qoyun əti - 163q,
quyruq - 20q,
düyü - 15q,
təzə alça - 30q,
noxud - 25 q,
kartof - 150q,
baş soğan - 18q,
zəfəran - 0,1q,
quru nanə - 0,1q,
istiot,
duz.
== Hazırlanma qaydası ==
Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.