BƏBƏK

is.
1. Göz giləsinin ortasındakı qara dairəcik.
[Səba] güzgüdə göz bəbəklərinin hərəkətini bir neçə kərə imtahandan keçirdi. M.S.Ordubadi.
[Abbasın] zəfəran kimi qırmızı xətlər görünən yanaqları yumrulandı, dərində gizlənən bəbəkləri parladı. Mir Cəlal.

2. bax bəbə 1-ci mənada.
O gözəl sevməli, ol nurlu bəbək; Yuxusundan oyanar əsnəyərək. A.Səhhət.

3. “Göz” sözü ilə bərabər şəfqət və nəvazişlə müraciət.
Dedi: – Oğlum! Göz bəbəyim, sən ey ömür çiçəyim; Tarixlərin şahididir mənim bu ağ birçəyim. S.Vurğun.
◊ Bəbək kimi, bəbək tək, yaxud göz bəbəyi kimi (qorumaq, saxlamaq və i.a.) – qeydkeşliklə, diqqətlə, əziz bir şey kimi, var gücü ilə.
Bəbək tək bəslədim daim gözümdə xali-hinduni. Nəsimi.
[Təliə:] Gələcək səadətin xatirəsinə onu [vəliəhdi] öz gözümün bəbəyi kimi qoruyacağam. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏBƏK 1. BƏBƏK Yenə də onun bəbəkləri göz yaşlarının içində üzməyə başladı (M.S.Ordubadi); QARA GİLƏ Ağacın biri atın gözünü tutdu, qara giləsini pırtlatdı
BƏBƏ
BƏBİR

Digər lüğətlərdə

лесхо́зный отстоя́ть песчи́нка прива́риваться словобоя́знь столяри́шка тук доскака́ться ло́говище отштампо́вывать очистны́е сде́льщина фехтова́ть целова́льник чем Amaterasu antediluvian middle class ordinance organizer quote sling unpublished выразить четырёхкратный