BƏNİZ

is. Üz, çöhrə, sifət.
[Toğrulun] qara və böyükcə gözləri ildırımlar çaxır, geniş və qırmızı bənizindən qəzəb alovları qarsırdı. H.Nəzərli.

// Üzün rəngi. Bənizi solmaq. Bənizi qaçmaq. Bənizi ağ.
– Zəfərantək bənizimi döndərdi ol birəhm yar; Düşməni xəndan edib, dostini giryan eylədi. Nəsimi.
Bu sözləri dodağının altında deyə-deyə, ata … uşağın azarlı və bənizi qaçmış üzünə baxırdı. M.F.Axundzadə.
İdrisin bənizi solğun idi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BƏNİZ bəniz bax üz
  • BƏNİZ üz — çöhrə — sifət
BƏNİ
BƏNLİK

Digər lüğətlərdə