□ Cəlb etmək – 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək.
– [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən.
[Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu.
Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərək deyirdi… ;
2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək.
– [Dəmir Ataşa:] Ürək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! ;
3) məc. Maraq oyatmaq, diqqətini çəkmək.
[Rüstəmbəy] …bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi.
Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi.