1. köhn. Görünüşündən cəmiyyətin imtiyazlı təbəqəsinə mənsub şəxsə oxşayan adam. Bir cənab içəri daxil oldu. Bu cənab kimdir?
// Ümumiyyətlə hörmət, sayğı məqamında işlədilir.
Biz axund cənablarının fərmayişini axıradək təsdiq edirik.
[Sərnişin:] …Görünür, sən həmişə faytonda gəzmiş cənablardansan…
2. İmtiyazlı cəmiyyətə mənsub şəxslərə, eləcə də başqa dövlətlərin nümayəndələrinə və ya vətəndaşlarına nəzakətlə müraciət forması. Cənab səfir. Cənab general.
// Bəzən istehza, kinayə ilə deyilir. Bu cənablardan hər şey gözləmək olar.
– [Mirzə Abbas:] Cənab naçalnik, bizim şəriətimizdə keflənmək məndir və siz cənabın hüzurunda mən o qələti eləmərəm və edə bilmərəm.
3. Müsəlmanlarda: təzim ifadəsi olaraq Allahın, peyğəmbərlərin və ya müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilir; həzrət.