CƏNLƏNMƏK
CƏNNƏTLİK
OBASTAN VİKİ
Cənnət
Cənnət və ya behişt – əksər dini təlimlərə (xristianlıq, islam, iudaizm, buddizm) görə möminlərin ruhlarının əbədi xoşbəxt yaşayacağı yer. Cənnət İslamda, İslam dininə inananların əbədi olaraq qalacaqları bir axirət məkanıdır. Cəhənnəmin ziddidır. İslama görə cənnətdəki həyat sonsuz olacaqdır. Ayrıca Cənnətə düşənlərə bir çox mükafatlar veriləcəkdir. İslam inancına görə kafirlər Cənnətə girə bilməz, əbədi olaraq Cəhənnəmdə qalırlar. Müsəlman olub günah işləyənlərinsə, Allah günahlarını bağışlamasa, bir müddət Cəhənnəmdə günahlarının cəzasını çəkəcək daha sonra da Cənnətə girəcəklərinə inanılır. == Cənnətin təbəqələri == İbn Abbasdan (r.a.) rəvayət olunur ki Cənnətin 7 təbəqəsi var. Bu təbəqələrin hər birində möminlərin yaxşı işləri müqabilində onlar üçün yerlər vardır. Bunlar: 1-Nəim cənnəti: "Məni Nəim cənnətinin varislərindən elə…" (Şuəra surəsi, 85) (Həmçinin bax: Maidə surəsi,65; Tövbə surəsi, 21; Yunus surəsi, 9) 2-Ədn cənnəti : "Şübhəsiz ki, iman gətirənlər və gözəl əməl edənlər məxluqatın ən xeyirlisidirlər.
Cənnət Səlimova
Cənnət Səlimova (tam adı: Cənnət və ya Canetta Səlimova Əlibəyovna; 20 yanvar 1940, Bakı) — Azərbaycan teatr rejissoru, Azərbaycanın Respublikasının xalq artisti (1998), Mədəniyyət və İncəsənət Universetinin professoru, Azərbaycanda Kamera Teatrının yaradıcısı. == Həyatı == 20 yanvar 1940-cı ildə Bakı şəhərində anadan olub. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin "filologiya", 1962–1967-ci illərdə Leninqrad Dövlət Teatr Musiqi və Kinematoqrafiya İnstitutunun "dram rejissoru" fakultələrində təhsil alıb. Əvvəllər S.Vurğun adına Rus Dram Teatrı və Musiqili Komediya Teatrlarında rejissor kimi fəaliyyət göstərmişdir.Bakı Kamera Teatrının yaradıcısı və bədii rəhbəri olmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2009-cu il aprel ayının 8-dən 2012-ci il sentyabr ayının 1-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda teatrda quruluşçu rejissor vəzifəsini icra edir. Tanınmış teatr xadimi Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru Qəzənfər Topçuyevin həyat yoldaşıdır. Dünyaca tanınmış azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi,Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin xalası qızıdır. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 10 yanvar 1978 "Şərəf nişanı" ordeni "Azərbaycan Respublikası xalq artisti" fəxri adı — 24 may 1998 "Şöhrət" ordeni — 17 yanvar 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003 "Şərəf" ordeni — 17 yanvar 2020 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 == Quruluş verdiyi əsas tamaşalar == Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı: "Aydın" — (C.Cabbarlı) "Şeyx Sənan" — (H.Cavid) "Hekayəti xırs quldurbasan" — (M.F.Axundzadə) (2009) "Məkkəyə gedən yol" — (C.Məmmədquluzadə) "Cəsur qurbağa balası" — (L.Ustinov) "Axırıncı qatar, yaxud itlər" — (O.Kazımi, İ.Fəhmi) "Ezop" — (G.Fiqeyredo) "Sərgüzəşti vəziri Xani Lənkəran" — (M.F.Axundzadə) "Mənim ağ göyərçinim" — (T.Vəliyeva) "Göyçək Fatma" — (Azərbaycan Xalq nağılı) "Mən səni sevirəm –M.S.S" — (Ə.Əmirli) "Romeo və Cülyetta" — (U.Şekspir) "Buzovna kəndinin əhvalatları" — (Elçin) "Don Rafaello Tranbomçu" — (F.Peppino) "Müsyo Jordan və Dərviş Məstəli şah" — (M.F.Axundzadə) "Əlincə qalası" — (Dilsuz) "İtalyansayağı xoşbəxtlik" — (D.Fo, P.Filippo) "III Riçard" — (U.Şekspir) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Dəli Yığıncağı" — (C.Məmmədquluzadə) Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı: "Fərhad və Şirin" — (S.Vurğun) Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı: "Söyüdlər ağlamaz" — (Ə.Bədəlbəyli) "Sevil" — (F.Əmirov) "Traviata" — (C.Verdi) "Məsxərəçilər" — (C.Leonkovallo) "Bohema" — (C.Puççini) Azərbaycan Dövlət Musiqili Komediya Teatrı: "Silva" — (İ.Kalman) "Bayadera" — (İ.Kalman) "Maritsa" — (İ.Kalman) "İddialı qaraçı" — (İ.Kalman) "Şən dul qadın" — (F.Leqar) "O olmasın, bu olsun" (Ü.Hacıbəyov) "Baladadaşın toy hamamı" — (Elçin) "Balaca şahzadə" — (A.S.Ekzüperi) "Utancaq qız" — (F.Dostoyevski) Azərbaycan Dövlət Rus Dram Teatrı: "Vanya dayı" — (A.P.Çexov) "İdiot" — (F.M.Dostoyevski) "Kuraj ana və onun uşaqları" — (B.Brext) "İvanov" — (A.P.Çexov) "Mehmanxana sahibəsi" — (K.Qaldoni) "Beluginin evlənməsi" — (A.Ostrovski) Bakı Kamera Teatrı: "Qodo həsrətində" — (S.Bekket) "Ezop" — (G.Fiqeyredo) "İtlər" — O.Kazımi, İ.Fəhmi) "Hekayəti- xırs quldurbasan" — (M.F.Axundov) == Filmoqrafiya == Zəlimxan dastanı (film, 2007) Dünən qəfildən gəldi (film, 2009) Allahın Lütfü (film, 2019) == İstinadlar == == Mənbə == "Kinoaktyor studiyasının fəaliyyəti (1966–1974)".
Cənnət balığı
Macropodus opercularis(Cənnət balığı) – Xanıkimilər dəstəsindən balıq növü. Böcəklər, onurğasız heyvanlar və bala balıqları yeyirlər. Həbidə idi və ana vətəni: Şərqi Asiyada Çin, Koreya, Tayvan bölgələri Bəslənmə forması: Heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan . Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan. Yetkin kişiləri təcavüzkar rəftarlar göstərər. Üzmə Səviyyəsi: Orta – Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və quyruqları daha uzundur. Artım: Su səthində köpük yuva edərlər. Çıxarılması asandır. Hazır bir cüt ayrı bir akvariuma alınar, su səviyyəsi aşağı tutular, istilik 28 dərəcə edilər.
Qaytarılmış cənnət
"Qaytarılmış cənnət" (ing. Paradise Regained) — Con Miltonun ilk dəfə 1671-ci ildə nəşr olunan poeması. Bu poema sonrakı dövrlərdə "İtirilmiş cənnət" poemasına yazılmış bir son söz kimi qarşılanmışdır. "Qaytarılmış cənnət" poeması 4 nəğmə və iki min misradan ibarət idi. "Qaytarılmış cənnət" poemasında İblisin İsanı aldada bilməməsi haqqındakı xristian əfsanəsi nəzmə çəkilmişdir. Miltonun il poemasına xas olan üsyankarlıq ruhu, "nüfuza qarşı üsyanın təntənəsi" burada yoxdur. Adəm və Həvva aldanıb yoldan çıxırsa, günah edirsə, onların varisi olan İsa mərdanəliyi və dəyanəti ilə İblisə qalib gəlir, bəşəriyyəti cəhənnəm əzablarından qurtarır. Qaytarılmış cənnət Qutenberq layihəsində.
İslamda cənnət
İslamda cənnət (ərəb. جنة‎‎)- bir çox dinlərdə göstərilən insanın axirət dünyasında sonra köçəcəyi müqəddəs dünyadır. Cənnət əbədi nemətlər yurdudur. Allah oranı iman edilməsi fərz olan şeylərə iman edən, Allah və rəsuluna itaət edən, bunu da Allaha ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi olan möminlər üçün hazırlamışdır. Peyğəmbər : "Allah cənnəti yaratdığı zaman Cəbrailə buyurdu: "Get ora bir bax". O da gedib cənnətə baxdı və "Ey Rəbbim, sənin izzətinə and olsun ki, onu eşidib və ora girməyən qalmayacaqdır. Hər kəs ora girəcəkdir" dedi. Allah cənnətin ətrafını məkruhlarla nəfsin xoşlanmadığı şeylərlə bəzədi və "İndi get ora bax" deyə buyurdu. Cəbrail gedib ora bir də baxdı və "Qorxuram ki, ora heç kimsə girməsin" dedi. Allah cəhənnəmi yaradib Cəbrailə "Get ora bir bax" deyə buyurdu.
İtirilmiş cənnət
"İtirilmiş cənnət" (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir. Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir. Poemanı 1640-cı illərin inqilabi hadisələri ilə qismən paraleldir. Şair bibliya əfsanələri vasitəsilə böyük ümumiləşdirmələr aparır, bəşəriyyətin çətin, əzablı yollarla inkişafa, tərəqqiyə doğru getdiyini təsdiq edir. Poema allaha qarşı üsyan etmiş mələklərin məğlu-biyyətinin təsviri ilə bağlayır.
Cənnət buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Cənnət Nağıyeva
Cənnət Mir Mustafa qızı Nağıyeva (2 oktyabr 1927, Salyan, Salyan qəzası – 7 oktyabr 2010) — filologiya elmləri doktoru, professor. == Həyatı == Cənnət Nağıyeva 1927-ci il oktyabr ayının 2-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 1945-ci ildə Bakı şəhəri 132 nömrəli tam orta məktəbin rus bölməsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil almışdır (1945–1950). Cənnət xanım Nağıyeva 2010-cu il də oktyabrın 7-də vəfat etmişdir. == Ailəsi == İki qızı var. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi Arxivlərin Tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın anasıdır. == Elmi fəaliyyətinin əsas göstəriciləri == AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (indiki Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) laborant vəzifəsi ilə əmək fəaliyyətinə başlamışdır (1950), baş laborant (1951-1956), elmi işçi (1956-1974), "Heyran xanımın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1968), Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda baş elmi işçi (1974-1977), Əlyazmaların elmi təsviri, Biblioqrafiyası və kataloqlaşdırılması şöbəsinin müdiri (1978), "Nəvai və Azərbaycan ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır (1986). Filologiya elmləri doktoru, professordur (2009). == Təltifləri == Əməkdar Mədəniyyət İşçisi == Kitabları == Süleyman Sani Axundovun arxivinin təsviri.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət Quşu (bürc)
Cənnət Quşu (lat. Apus) — göyün cənub yarımkürəsində bürc.
Cənnət bağı (Praqa)
Cənnət bağı (çex. Rajská zahrada) — Hartiqov və Na Valex bağları ilə birlikdə Praqa qəsrinin cənub bağ kompleksinə məxsusdur. Bağdakı platformalardan Praqa şəhərinə gözəl mənzərə açılır. == Tarix == XVI əsrin ortalarında Praqa qəsrinin qarşısında ilk bağ salınmışdı. Bura Çexiya tacına məxsus torpaqlarının valisi - ershersoq Ferdinand Tirolskinin şəxsi bağı idi. Onun əmri ilə buraya bir neçə min fur torpaq gətirilmişdi. B.Volmut tərəfindən yaradılmış bağ terraslardan ibarət idi və qala divarların pilləkənləri ilə ayrılır. Botanika üzrə Tirolskinin şəxsi həkim və məsləhətçisi, eləcə də alim və tanınmış geniş əhatəli Herbari müəllifi Mattiolli idi; o ershersoqun şəxsi bağı ilə məşğul olmuşdur. II Rudolfun hakimiyyəti dövründə cənnət bağında volyer, hovuz və Trubaç qülləsi tikilmişdi. Lakin imperator Mattiasın əmri ilə Trubaç qülləsi sökülür və onun yerində Pavilyon inşa edilir.
Pandemonium (İtirilmiş cənnət)
Pandemonium (ing. Pandæmonium) — Con Miltonun "İtirilmiş cənnət" epik poemasında cəhənnəmin paytaxtı. "Pandemonium" yunan dilində "hamısı" və ya "hər biri" mənasını verən "παν" və "kiçik mələk" və ya "kiçik ruh" demək olan "δαιμόνιον" sözlərindən gəlir. Xristianlar ikinci sözü "kiçik cin", daha sonra isə "demon" kimi təfsir etmişdir.. Beləliklə, bu söz "Bütün demonlar" kimi tərcümə olunur, lakin "Παν-δαιμον-ειον", yəni "pandemoneyos" sözü "bütün iblislər yeri" kimi də şərh edilir. Con Milton cəhənnəmin paytaxtının adını"İtirilmiş cənnət" əsərində birinci nəğmənin (1667) sonunda yaratmışdır. Burada Mamonanın təklifi ilə "Şeytanın və onun tərəfdaşlarının uca paytaxtı" tikilmişdir. Əvvəl cənnətdə sarayların dizayneri olmuş memar Mulsiber tərəfindən hazırlanmışdır. Roma dövründə Mulsiber tanrı Vulkanın başqa adı idi.
Bizim cənnət (film, 2011)
«Bizim cənnət» (fr. Notre Paradis) — rejissor və ssenari müəllifi Qael Morelin filmi. == Məzmun == Vasili — 30 yaşında Parisdən olan hastlerdir. Müştəriləri tərəfindən nifrət və təhqirə məruz qaldığından, olnarın bir çoxunu qətlə yetirir. Bir dəfə Bulon meşəsində huşunu itirmiş və döyülmüş cavan oğlan görür. Vasili onu öz evinə gətirir və yaralarını müalicə edir. Özünün yeni dostunu Ancelo adlandırır — o öz adını yaddan çıxarmışdı, qarnının aşağı hissəsində isə ANGE yazılı tatuirovkası vardı. Vasili və Ancelo sevgililər olurlar və klientlərin qətlində və qarətində tərəfdaşlara çevrilirlər. Parisdə qalmaq təhlükəli olur və buna görə sevgililər əvvəlcə Liona, Vasilinin rəfiqəsinin yanına, sonradan isə rəfiqənin azyaşlı oğlunu da özləri ilə götürərək Fransanın kimsəsiz dağ rayonunda gedirlər. Orada onlar Viktorun və Kamel adlı onun boyfriendinin gözəl və bahalı evinə köçürlər.
Cənnət axtarışında (film, 2008)
Cənnət axtarışında (Rom: Jannat; ing: Jannat: In Search of Heaven...) — Kunal Deşmuxun rejissorluğu və Mukeş Bhattın prodüserliyi ilə 2008-ci ildə hind dilində çəkilmiş romantik cinayət filmidir. Filmdə baş rollarda Sonal Çauhan ilə Emraan Haşmi çəkilmişdirlər. Film 16 may 2008-ci ildə nümayiş etdirilmişdir və tənqidçilərdən müsbət rəylər alaraq dünya miqyasında böyük müvəffəqiyyətlər əldə etməyi bacarmışdır.
Cənnət məhəlləsi (teleserial, 2004)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Cənnət quşları
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Cənnət quşu
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Cənnət Əliyev
Cənnət Salman oğlu Əliyev (17 aprel 1954, Şahbuz rayonu – 30 oktyabr 2014, Bakı) — SSRİ-nin ilk rəsmi milyonçusu (1987), "Təbriz" kooperativinin sədri (1987-2001), Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri (1994–2000), Ural xalq cəbhəsinin qurucularından biri (1987), bəstəkar. == Həyatı == === Erkən illəri === Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 9 yaşında atasını itirmiş və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyümüşdür.Özü bu məsələ ilə bağlı söhbət açılarkən bunları deyərdi:"İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub.Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm." Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.Daha sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başlayır. Bakıda kiçik asfalt zavodlarına nə lazım idisə, Ukraynadan, Rusiyadan gətirməyə başlayır. Artıq 1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa” verilişinə dəvət alır. 1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşmüş, bu hadisədən ciddi psixoloji zədələr almışdır.
Cənnət qapısı (Giberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Cənnət qapısı (Gilberti)
Cənnət qapısı (it. Porta del Paradiso) — Florensiya vəftizxanasının Santa Maria del Fiore kafedralı ilə üzbəüz yerləşən əsas giriş qapısı; qapı vəftizxananın şərq fasadında olduğuna görə həm də "Şərq qapısı" adlandırılır. 1425-1452-ci illərdə italyan heykəltaraş və zərgər Lorenzo Giberti tərəfindən yaradılmış (oğlu Vittore Gibertinin aktiv iştirakı ilə) "Cənnət qapısı" sənətkarın şah əsəri, Florensiya intibahının ən məşhur nümunələrindən biridir. Tamamilə qızıl suyuna çəkilmiş qapı Mikelancelo Buonarroti tərəfindən "Cənnət qapısı" (it. del Paradiso) adlandırılmışdır. Cənnət qapısının 1966-cı ildə Arno çayının daşması zamanı zədələnmiş orijinal plastinləri bərpa edildikdən sonra qonşuluqdakı Opera-del-Duomo muzeyində saxlanılmaqdadır. == Tarixi == Florensiya vəftizxanasının cənub fasadında yerləşən ilk qapısı 1336-cı ildə Andrea Pizano tərəfindən hazırlanmış və quraşdırılmışdır. 1401-ci ildə vəftizxananın şimal qapısının hazırlanması üçün müsabiqə keçirilmiş, Filippo Brunelleski də daxil olmaqla, bir çox sənətkarın iştirak etdiyi müsabiqədə Lorenzo Giberti qalib gəlmişdir. 1424-cü ildə Giberti tərəfindən hazırlanmış qapılar vəftizxananın şimal fasadında quraşdırılmış, bundan sonra, işin keyfiyyətindən razı qalan şəhər şurası, vəftizxananın Santa Maria del Fiore kafedralına yönələn və əsas hesab edilən şərq fasadında qapının hazırlanması işi də yenicə Venesiyadan qayıtmış Gibertiyə həvalə edilmişdir (müqavilə 2 yanvar 1425-ci ildə imzalanmışdır). Sənətkarın işləməli olduğu mövzular respublika kansleri və dövrün böyük humanisti olan Leonardo Bruni tərəfindən Əhdi-ətiq mövzuları arasından seçilmiş, lakin, Gibertiyə seçilmiş mövzuları müstəqil təfsir etmək imkanı verilmişdir.
Cənnət qayası yaşayış yeri
Cənnət qаyаsı yаşаyış yеri — Naxçıvan Muxtar Respublikası ərazisində Tunc və Dəmir dövrünün аbidəsidir. О, Yаycı kəndinin şərqində «Аğ zirət» dеyilən yеrin yахınlığındа yеrləşir. Yаşаyış yеri təbii təpənin üzərində sаlınmış və hər tərəfdən dаğlаrlа əhаtə оlunmuşdur. Sаhəsi 6 hеktаrа yахındır. Аbidənin mərkəzi hissəsində dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı tikintilər, оnun yахınlığındа isə divаr qаlıqlаrı vаr. Yаşаyış yеrinin bəzi hissələrində tikinti qаlıqlаrının uçub tökülməsi nəticəsində dаş yığınlаrı əmələ gəlmişdir. Аşınmа nəticəsində bəzi yеrlərdə mədəni təbəqənin kəsiyi аlınmışdır. Mədəni təbəqə оlduqcа аz sахlаnmışdır. Bəzi yеrlərdə təbəqə 50 sm qаlınlığındаdır. Yеrüstü mаtеriаllаr sахsı qаb sınıqlаrındаn və dən dаşlаrındаn ibаrətdir.
Cənnət və Cəhənnəm çuxurları
Cənnət və Cəhənnəm çuxurları (türk. Cennet ve Cehennem Çökükleri və ya Cennet ve Cehennem Obruklar) — Mersin ilinin Narlıkuyu kəndi yaxınlığında karst prosesi nəticəsində meydana gələn mağaraların tavalarının çökməsi nəticəsəində formalaşan çuxurlar. == Ümumi məlumat == Mersinin Aralıq dənizi sahillərinə yaxın hissəsində, Narlıkuyu kəndinin 3 km-də, əhəng daşı süxurlarından təşkil olunmuş bir yayla da meydana gələn çüxurlar mənşə baxımdan karst mağaraları hesab olunur. Bir-birindən 80 metr məsafədə yerləşən çuxurların divarları çox dikdir. Vaxtilə tavan çökmüş və hal-hazırdada ərazidə çökmüş tavanın qalıqları qalmaqdadır. Hər iki çuxurun ağız hissəsi ellipsis formasındadır. Mağaralar tarixi, mifoloji və turizm baxımdan əhəmiyyətlidirlər. == Cənnət çuxuru == Ölçüləri 250 m və 110 m olan bu çuxurun dərinliyi 70 metrdir. Çüxurun cənub ucunda uzunluğu 200 m, maksimium dərinliyi 135 metr olan mağara girişi mövcuddur. Girişdə V əsrə aid olunan kiçik Məryəm Ana kilsəsi mövcuddur.
1492: Cənnətin fəthi (film, 1992)
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. == Süjet == Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
Əbdülxalıq Cənnəti
Əbdülxalıq Cənnəti (1855–1931) — Azərbaycan şairi Şair Əbdülxalıq Cənnəti 6 iyun 1855-ci ildə Bakıda anadan olmuşdur. Dini təhsil almışdır. Bakıda fəaliyyət göstərən “Məcməüş-Şüəra” ədəbi məclisinin fəal üzvlərindən, eyni zamanda "Füyuzat" jurnalı ətrafında birləşən maarifçi azərbaycanlılardan biri olmuşdur. Klassik üslubda Azərbaycan və fars dillərində şeir və qəzəllər yazmışdır. O, həmçinin “Qız qalası”, “Qılınc və qələm” poemalarının müəllifidir. 1931-ci ildə Bakı şəhərində vəfat etmişdir.
1492: Cənnətin fəthi
1492: Cənnətin fəthi (ing. 1492: Conquest of Paradise) — ABŞ, İngiltərə, Fransa və İspaniyanın birgə istehsal etdiyi tarixi film. Filmin buraxılışı Yeni Dünyanın Kolumb tərəfindən rəsmi kəşfinin beş yüzilliyinə təsadüf etmişdir. == Süjet == Filmdə Xristofor Kolumb tərəfindən Yeni Dünyanın kəşfindən, bu kəşfin Amerikanın yerli əhalisinə, Avropaya və Kolumbun özünə təsiri haqqında danışılır.
Cənnətin buğası
Səma buğası, həmçinin Səma öküzü, Göy buğası, Göyün buğası, Cənnət buğası və ya Cənnətin buğası — qədim Mesopotamiya mifologiyasında qəhrəman Gilqameşin döyüşdüyü mifik heyvan. Səma buğası hekayəsinin iki fərqli versiyası var. Onlardan ilki erkən şumercə yazılmış şeirdə, digəri isə standart Akkad dilində yazılmış Şumer şeiri olan "Gilqameş dastanı"nda yer alır. Şumer poeziyasında öküz tanrıça İnanna tərəfindən anlaşılmaz səbəblərdən Gilqameşə hücum etsin deyə göndərilir. "Gilqameş dastanı"nın VI lövhəsində akkadca verilən hesablarda tanrıça İştar (İnannanın şərqi sami dillərində ekvivalenti) Gilgameşə seksual xarakterli bir təklif irəli sürür, lakin Gilqameş bu təklifi rədd edir. Bundan qəzəblənən İştar atası Anunun yanına gedir və ondan Səma buğasını istəyir. Beləliklə, İştar Gilqameş və onun dostu Enkiduya hücum etmək üçün buğanı Uruk şəhərinə göndərir, amma ikisi həmin buğanı öldürür. Buğaya qalib gəldikdən sonra Enkidu onun sağ budunu İştara ataraq İştarı ələ salır. Buğanın kəsilməsi tanrıların Enkidunu ölümə məhkum etməsinə səbəb olur. Bu hadisə Gilqameşin ölüm qorxusunun yaranmasına səbəb olur və dastanın qalan hissəsini istiqamətləndirir.
Verilənlər cənnəti
Verilənlər cənnəti — korporativ cənnət və ya vergi cənnəti kimi, fasiləsiz və ya tənzimlənməyən məlumat üçün sığınacaq. Verilənlər cənnətləri məlumatı sərbəst saxlayan və hətta onun məzmununu və əlaqəli məlumatları qoruyan kompüter şəbəkəsi anlayışına uyğun hüquqi mühitə malik yerlərdir. Onlar üç kateqoriyaya uyğun gəlir: zəif informasiya sistemi tətbiqi və ekstradisiya qanunlarına malik fiziki ərazi, məlumatların qəsdən güclü mühafizəsi olan fiziki ərazi və hər hansı hüquqi qüvvədən asılı olmayaraq texniki vasitələrlə (şifrələmə kimi) məlumatların təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş virtual domenlər. Məlumat cənnətlərinin yaradılmasının səbəbləri arasında internet senzurasının tətbiq olunduğu ölkələrdə istifadəçilər üçün siyasi ifadə azadlığına çıxış daxildir. Digər səbəblərə aşağıdakılar aid edilə bilər: DMCA kimi qanunları pozan proqram təminatı, verilənlər və ya nitq paylanması Müəllif hüquqlarının pozulması İnformasiya məxfiliyi qanunlarından yayınma Onlayn qumar Pornoqrafiya Kibercinayətkarlıq Britaniya hökumətinin Verilənlərin Mühafizəsi Komitəsinin 1978-ci il hesabatında müxtəlif ölkələrdəki fərqli məxfilik standartlarının şəxsi məlumatların mühafizəsi zəif olan ölkələrə ötürülməsinə səbəb olacağından narahatlıq ifadə edilmişdir. Odur ki, Britaniyanın "verilənlər cənnətinə" çevriləcəyindən qorxulurdu. Həmçinin, 1978-ci ildə Adrian Norman geniş spektrli məlumat cənnəti xidmətləri göstərən şirkətin yaradılmasının məqsədəuyğunluğu ilə bağlı "Project Goldfish" adlı saxta konsaltinq tədqiqatını nəşr etdi. Elmi-fantastika yazıçısı Vilyam Gibson bu termini "Sıfırıncı qraf" və "Mona Liza Overdrayv" romanlarında, Brüs Sterlinq də "Şəbəkədəki adalar"da bu termindən istifadə etmişdir.
Əhməd Cənnəti
Əhməd Cənnəti və ya Ayətullah Əhməd Cənnəti, (fars. احمد جنتی‎; 22 fevral 1927, İsfahan) — İranlı din xadimi, siyasətçi və hakimdir. O, Konstitusiyanın Müdafiəsi Şurası və Ekspertlər Məclisinin sədri, həmçinin də Tehranın müvəqqəti imam-cüməsidir. Xalq Mücahidləri Təşkilatının üzvü olmuş olan oğlu Hüseyn Cənnəti İran təhlükəsizlik qüvvələri tərəfindən küçə qarşıdurması nəticəsində öldürülmüşdür. Digər oğlu olan Əli Cənnəti isə İrşad və Mədəniyyət Naziridir. Hakkani Mədrəsəsinin yaradıcılarından biri olan Əhməd Cənnəti 1980-ci ildən bəri Konstitusiyanın Müdafiəsi Şurasının üzvü, 1992-ci ildən bəri isə sədri vəzifəsindədir. O, eyni zamanda da Ekspertlər şurasının sədri vəzifəsini də icra edir. Məhz bu səbəblərə görə də İran siyasətini formalaşdıran şəxslərdən biri hesab edilir.
Cənnətə yaxın
Cənnətə yaxın (ing. Paradise)— Boris Kunzun rejissorluğu ilə çəkilmiş və baş rollarında Kostya Ulmann, Korinna Kirxqoff, Marlen Tançik və İris Berbenin rol aldığı elmi fantastika triller filmidir. Film 24 iyun 2023-cü ildə Netflixdə yayımlanmışdır. == Süjet xətti == Biotexnologiya şirkəti olan AEON, insanlar arasında həyat müddətini transfer edir. Ən yoxsul insanların daha yaxşı həyat yaşamaq ümidi ilə ömürlərinin müəyyən bir hissəsini satmağa dəvət edildiyi və ən varlıların da bundan istifadə etdiyi qarışıq bir sistem yaradılmışdır. Belə bir mühitdə AEON əməkdaşı olan Maks və həyat yoldaşı Yelena həyatlarının dəyişdiyini görürlər.
Mehdi Cənnətov
Mehdi Cənnətov — Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" klubunun və Azərbaycan milli komandasının qapıçısı kimi çıxış edən peşəkar futbolçu. == Karyera == === Klub karyerası === Cənnətov peşəkar debütünü "Anji-2 Mahaçqala" klubunun heyətində, Rusiya Peşəkar Futbol Liqasında 12 avqust 2014-cü ildə "Alania Vladiqafqaz" ilə oyunda edib. O, Rusiya Milli Futbol Liqasındakı debütünü isə 30 may 2015-ci il tarixində "Anji Mahaçqala" klubunu heyəti tərkibində, "Saxalin Yujno-Saxalinsk" klubuna qarşı oynanılan matçda edib. Cənnətov 2017-2021-ci illərdə "Sumqayıt" klubunda çıxış edib. 26 may 2021-ci ildə "Zirə" onunla iki illik müqavilə imzaladığını elan edib. 5 iyun 2023-cü ildə isə o, "Sumqayıt" ilə üç illik müqavilə imzalayaraq kluba yenidən qayıdıb. === Beynəlxalq karyerası === O, Azərbaycan milli komandasına ilk dəfə 2019-cu ilin oktyabrında Bəhreynlə yoldaşlıq görüşü üçün çağırılıb. Lakin Cənnətov millidəki debütünü 6 iyun 2021-ci ildə Moldova ilə yoldaşlıq oyununda edib.

Digər lüğətlərdə