CABƏCA

zərf [ fars. ] Yerbəyer, yerliyerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi.
[Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov.
[Məşədi İbad:] Allaha şükür, dişlərim hamısı öz yerində cabəca, saqqalım da qapqara şəvə kimi. Ü.Hacıbəyov.

□ Cabəca eləmək – yerbəyer eləmək.
[Seyidlər] ildə bir dəfə evlərinə qayıdıb, ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib, yenə gedirlər qazanc dalınca. Ə.Haqverdiyev.

C
CAD

Digər lüğətlərdə